Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə62/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   58   59   60   61   62   63   64   65   ...   87

Ateizm  hətta Allahın mövcudluğunu inkar edir. Ateist
kitabları   oxuyan   və   Allahın   mövcudluğunu   inkar   edən
adamlarla   dostluq   edən   kəs   öz   imanını   tovlanmalara
düçar edir və onu nəinki zəiflədə, hətta onu itirə də bilər.
«Küfr vəftiz olunandan sonra İlahi və katolik imanı ilə
iman etmək lazım olan bir həqiqəti inadla inkar etmək
yaxud bu həqiqətə inadla şübhə etməkdir. 
Dönüklük (apostasiya) məsihçi imanının tam inkarıdır.
Parçalanma  (
sxizma
)   Romadakı   Baş   keşişə   tabe
olmaqdan   imtina   etməkdir   yaxud   Onun   başçılığını
tanımayan   Kilsə   üzvləri   ilə   ünsiyyətdə   olmaqdır»   (KKK
2089).
Məyusluqla  o   kəs   günah   işlədir   ki,  günahların
buraxılması   və   xilas   mərhəmətini   Allahdan   almağa
ümidini itirir. Eləcə də əbədi xilası Allahın lütfü olmadan
öz gücü ilə əldə etməyə çalışanlar yaxud tövbə etmədən
və   Allaha   tərəf   səmimiyyətlə   dönmədən   Allahla   əbədi
həyata   nail   olmağa   can   atanlar   ümidə   qarşı   günah
edirlər.
Mövhumat    maddi   şeylərə   yaxud   həyati   hadisələrə
fövqəltəbii bacarıq və qüvvə verməkdir; əslində isə onlar
öz təbiətinə və İlahi qaydaya görə buna malik deyillər.
Məsələn, insan iman edir ki, on üç rəqəmi uğursuzdur,
yolunun   üstündən   qara   pişik   yaxud   boş   vedrə   aparan
insan   keçsə,   bəxti   gətirməyəcək.   Mövhumat   çox   vaxt
xəlvətcə   insanların   həyatına   daxil   olur,   bu,   Allaha
inamsızlığın   təzahürüdür.   Bəziləri   deyir:   «Mən
mövhumatçı deyiləm, lakin hər ehtimala qarşı adamların
söylədiyi kimi edəcəyəm». Beləliklə, onlar günah edirlər
və   mövhumatçı   olurlar,   əməlləri   onların   İlahi   qüvvəyə
etibar etmədiyini göstərir.
~ 395 ~
395


Bir məşhur aktrisa uzun və gözəl şal örtürdü. Bir dəfə
bu şalın ucu dilicanın təkərinə ilişib qadını boğdu. Başqa
qadın   bu   şala   qırx   min   frank   verdi,   çünki   eşitmişdi   ki,
əgər boğulmanın səbəbi olan əşyanı üzərində gəzdirsən,
qumarda uğur qazanarsan. Mövhumata inamı adamlara
şər ruh verir.
Yuxulara iman –  insan Allahın Əmrlərinə və Katolik
Kilsəsinin təliminə uyğun deyil, yuxulara yaxud əşyalara
görə həyatını idarə etməyə başlayır və bu da günahdır.
Yuxular   üç   mənbənin   başlanğıcından   gəlir:  təbii  (gün
ərzində   yaşadığımız   təəssüratlardan,   hərdən   bir   də
yatmazdan   əvvəl   qəbul   edilən   yeməkdən   asılı   olan),
iblisanə  (şər   ruhun   təsiri   ilə   olan)   və  İlahi  (Allahın
verdiyi).   İlahi   yuxular   çox   nadir   halda   olur.   Allah
adamlara   yuxuları   Əhdi-Ətiqdə   və   Əhdi-Cədid   tarixinin
başlanğıcında   verirdi.   İndi   isə   biz   Katolik   Kilsəsinin
öyrətdiyi Allah barədə təlimi aydın bilirik, buna görə də
bizə yuxu vasitəsilə təlim almağa ehtiyac qalmır. Xəyala
dalmamaq,   gülməli   və   axmaq   səhvlər   etməmək,
həmçinin   əsəb   pozuntusuna   məruz   qalmamaq   üçün
(həyatında   yuxuları   rəhbər   tutanın   başına   bu   asanlıqla
gələ bilər)  yuxulara iman etmək lazım deyil.
Fala   baxma  (cadu)   və  magiya  –   iblisi   və   ölülərin
ruhunu   çağırma,   həmçinin   gələcəyi   aşkara   çıxarmaq
məqsədini   daşıyan   başqa   hərəkətlərdir.   Bu   əməllər
günahdır,   çünki   onlar  Allaha  etibarı   və  Onun   qüvvəsini
inkar   edir,   həmçinin   gələcəyə   qeyri-sağlam   maraq
göstərir. Ulduz falı, astrologiya, əl falı, spiritizm, gələcəyi
görmə   və   fala   baxma   –   bunlar   zaman,   tarix,   həmçinin
~ 397 ~
397


adamlar üzərində hökmetmə arzusunun təzahürü və sirli
qüvvəyə   malik   olma   arzusudur.   Bu,   Allaha   olan
məhəbbətə və etibara ziddir.
Cadugərlik (sehrbazlıq) və tilsim (ovsun) – adamlara
ziyan   yaxud   nə   sə   əldə   etmək   üçün   (sağlamlıq,   var
dövlət   və   s.)   istifadə   ediləcək   sirli   qüvvə   əldə   etmək
cəhdidir.   Çox   vaxt   məlumatı   olmayan   insan   belə
təcrübələrdə   iştirak   etməyə   başlayır,   çünki   cadugərlik
yaxud   ovsunla   məşğul   olanlar   öz   məqsədləri   üçün
insanın   etibarını   qazanmaq   üçün   başqa   vasitələrdən
savayı   Katolik   Kilsəsinin   dualarından   istifadə   edirlər.
Gözmuncuğu daşımaq da ciddi töhmətə layiqdir.
«Allahı sınamaq –  Allahın mərhəmətini və Onun hər
şeyə qadir olmasını söz yaxud əməllə sınamaq cəhdidir»
(KKK 2119).
Küfr  – müqəddəs ayinlərin nalayiq icra yaxud qəbul
edilməsi,   həmçinin   təqdis   olunan   şeylərə   və   yerlərə
(məbədlərə,   qəbiristanlıqlara),   liturgiya   hərəkətlərinə,
ruhani   şəxslərə   (Yepiskopa,   keşişə,   rahibə)   sayğısızlıq
(ləkələmə, təhqir) göstərməkdir.
Simoniya  –     ruhani   ənamları   pulla   almaq   cəhdidir.
Əlbəttə   ki   bu   mümkün   deyil,   lakin   insanın   hətta   belə
cəhdləri də Allaha təhqirdir.
Bütpərəstlik – «Allah olmayanı ilahiləşdirmədir. İnsan
məxluq   qarşısında   pərəstiş   edəndə,   onu   Allahın   yerinə
qoyanda və ona sitayiş edəndə bütpərəstlik baş verir. Bu,
səcdəgah   (büt),   cinlər   (şeytanpərəstlik),   hakimiyyət,
ləzzət, irq, əcdadlar, dövlət, pul və s. ola bilər. “Siz həm
Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz”, – deyir
İsa (Mat 6, 24)» (KKK 2113).
II. ALLAHIN RƏBBİN ADINI BOŞ YERƏ DİLİNƏ
~ 399 ~
399


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə