GƏTİRMƏ
Katolik Kilsəsinin Katexizisi deyir: «İkinci Əmr Rəbbin
Adına sitayiş etməyi əmr edir. Rəbbin adı müqəddəsdir»
(KKK 2161).
Allahın adı bütün xalqların, irqlərin və mədəniyyətlərin
dinlərində həmişə ehtiramlı olub. Bəzi dinlər yalnız
xüsusi hallarda Allahın adını çəkməyə icazə verirdilər.
Musaya görünən Rəbb Özünü «Yahve» (Var olan)
adlandırdı. Baş keşişdən başqa heç bir adi yəhudi bu adı
dilinə gətirə bilməzdi. Bunu Allaha münasibətdə
yüngüllüyə yol verməmək üçün edirdilər.
Biz məsihçilər bu əmri daha geniş anlayırıq, çünki
burada «Allah», «Rəbb», «İsa» sözlərini yalnız ehtiramla
söyləməkdən deyil, ümumiyyətlə, Allaha və dinə ürəyin
ehtiram və tam hörmətli münasibətindən söhbət gedir.
Allahın adına biz necə ehtiram göstəririk?
Danışığımızla. «İsa», «Rəbb», «Allah» adlarını
müvafiq ehtiramla söyləmək lazımdır. Bu sözlərlə
milyonlarla şəhid həyatını imana görə qurban verdi. Buna
görə də Allah barədə böyük diqqət və ehtiramla
danışmaq lazımdır. Eyni diqqət və hörmətlə müqəddəs
ayinlər və Katolik Kilsəsinin Liturgiya mərasimləri barədə
danışmaq və Müqəddəs Yazının mətnlərini təkrarlamaq
lazımdır.
İman etirafı ilə biz Allaha və Katolik Kilsəsinə
məxsus olduğumuzu etiraf etməyə utanmırıq. İsa dedi:
«İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də
göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm» (Mat
~ 401 ~
401
10, 32). Söz və əməllərimiz etiraf etdiyimiz imana uyğun
olmalıdır, çünki əgər biz dodaqlarımızla imanı etiraf
etsək, əməllərimizsə pis olsa, biz insanların gözündə
Allahın və dinin adını rüsvay edəcəyik.
Məsihçi salamlama – eyni zamanda duadır: «İsa
Məsihə izzət olsun» və bu salamlamaya cavab: «Əbədi
olaraq. Amin».
Dini and – (sözümüzün düzgünlüyünü təsdiq etmək
üçün Allahı şahid çağırma) və Allaha verdiyimiz andı
sədaqətlə yerinə yetirməkdir. Belə andı biz Vəftiz, Mirro
yağı ilə məshetmə, Nikah zamanı veririk.
1940-cı ilin iyun ayında Fransadan İspaniyaya gedən
yollar hitlerçilərdən qaçan fransızlar, belçikalılar,
avstriyalılar, çexlərlə dolu idi. Qaçqınlar arasında
milliyyətcə yəhudi olan məşhur yazıçı Fransisk Verfel və
onun arvadı da var idi. Lakin onlar İspaniyaya gedə
bilmədilər və 1854-cü ildə Allah Anası Müqəddəs
Bernardettanın olduğu Lurd şəhərində qaldılar. Bu
barədə bilən Verfel Allaha and verdi ki, əgər yəhudi olan
o, işğaldan sağ çıxsa, Bakirə Məryəmin təzahürləri
barədə kitab yazacaq. Allah onun həyatını xilas etdi,
yazıçı Amerikaуa köçdü və orada «Bernardetta barədə
nəğmə» adlı kitab yazdı. Bu, Allah Anasının Lurdda
möcüzəvi təzahürləri barədə ən yaxşı kitabdır. Bu
nümunə bizə Allaha verdiyimiz sözü sədaqətlə yerinə
yetirməyi öyrədir.
Rəbbin ikinci əmri nəyi qadağan edir?
Andı pozma – bir şəxsin yalan danışaraq Allahı
~ 403 ~
403
sözünün düzgünlüyünə şahid olmağa çağırmasıdır.
Məhkəmədə yaxud Katolik Kilsəsinin ruhani səlahiyyətləri
qarşısında anddan sonra yalan ifadə verən kəs bu günahı
edir. Müəyyən bir xeyirxahlıq edəcəyi barədə and içən,
ürəyində isə bunu yerinə yetirmək niyyəti olmayan adam
da bu günahı edir (məsələn, gələcək həyat yoldaşına
nikah zamanı məhəbbət və sədaqət vəd edir, amma
buna əməl etmək istəmir).
Düşüncəsiz and – zəruriyyət olmadan, əhəmiyyətsiz
məsələlərdə yaxud müvafiq düşünmədən Allahı
sözlərinin həqiqiliyinə şahid olmağa çağırmaqdır.
Padşah Hirod Hirodiadanın qızı Salomeyanın hər bir
arzusunu yerinə yetirmək barədə and içəndə
yüngülxasiyyətlilik etdi və sonra onun istəyini yerinə
yetirərək Vəftizçi Yəhyanı öldürməyə məcbur oldu.
Gənc oğlan və qız yelbeyinlik edib bir-birini yaxşı
tanımadan, müvafiq düşünmədən ər-arvad olmağa
tələsirlər, sonra isə nikahlarını ləğv etməyə çalışırlar.
Gündəlik dünyəvi məsələlərdə Allahı şahid olmağa
çağıran adam da yüngülxasiyyətlilik edir: borc verməyə
pulu olmadığı barədə and içir, ona inanmayanda bir
hadisənin şahidi olduğu barədə and içir və s.
Küfr – xüsusilə ağır günahdır. Küfr «Allaha nifrət,
qınama, meydan oxuma sözlərinin təklikdə yaxud
hamının eşidəcəyi bir surətdə tələffüz etmək, Allahı
pisləmək, Onun barəsində söylənilən sözlərdə ehtiram
göstərməmək, Onun adından sui-istifadə etməkdir. Küfr
~ 405 ~
405
sözlərinə qadağan əmri həmçinin Məsihin Kilsəsinə,
müqəddəslərə və müqəddəs yerlərə qarşı deyilən sözlərə
də aiddir. Həmçinin, cinayət əməllərini gizlətmək, xalqları
əsarətdə saxlamaq, insanlara işgəncə vermək yaxud
öldürmək üçün Allahın adından istifadə edəndə küfr
edilir» (KKK 2148).
Məşhur ateist və dinsiz Volter məktublarını çox vaxt
belə imzalayırdı: «Məsihi lağa qoyan». 25 fevral 1753-cü
ildə o yazırdı: «İyirmi ildən sonra Allah istirahətə
gedəcək». Bununla o demək istəyirdi ki, onun dinə
istehzaları nəticəsində iyirmi ildən sonra daha heç kim
Kilsəyə getməyəcək. İyirmi ildən sonra onun ağ
ciyərindən qanaxma başladı və həkim sağalmağa
ümidin olmadığını söylədi. Volter katolik keşişinin
gəlməsini xahiş etdi, tövbə etdi, xəstələrin ayinini qəbul
etdi və camaat qarşısında öz kitablarından imtina etdi.
Xəstənin vəziyyəti yaxşılaşdı, allahsız dostları onun
yanına gəlməyə başladı və o, Məsih və Katolik Kilsəsi
barədə yenidən pis fikir söyləməyə başladı. Çox
keçmədən onun halı yenidən pisləşdi və o, keşişi çağırdı,
lakin dostları buna yol vermədilər. Volter məyus oldu. O
qışqırdı: «Allah və insanlar məni tərk ediblər! İblis
buradadır və məni aparmaq istəyir! Cəhənnəmi açıq
görürəm, onu bağlayın!» Məyusluq içində o, barmaqlarını
dişləyir və üzünü cırırdı. O gah Allahdan mərhəmət
diləyir, gah Onu söyürdü. Məyusluqda, özünə və
dostlarına lənət oxuyaraq öldü. Bu nümunə bizə
xəbərdarlıqdır: Allah və din barədə sözlərimiz ağıllı və
əsaslı, Rəbbə və katolik imanına ehtiramla dolu olmalıdır.
~ 407 ~
407
Dostları ilə paylaş: |