kimi icra edilməlidir» (KKK 2102). Dini səbəblə məsihçi
özünü Allaha həsr edə bilər –
rahib rütbəsini qəbul etmək,
həmçinin hansısa xeyirxah əməli yerinə yetirə bilər,
məsələn, müəyyən duaları oxumaq, sədəqə vermək,
zəvvarlıq etmək. Verilən vədi sədaqətlə yerinə yetirmə
Allaha ehtiram göstərmə aktıdır.
Məryəm Ana və Müqəddəslərə hörmət barədə
Məryəm Ana və Müqəddəslər Allahın məxluqları
arasında xüsusi yer tutur və Məsihlə yaxın olduqlarına
görə biz onlara hörmət edirik. Məryəm Anaya və
Müqəddəslərə hörmət edərək biz Vahid Allaha sitayiş
edirik; onları təqdis edərək Allahın mərhəməti böyük iş
görüb və biz onların dua himayəçiliyinə müraciət edirik.
Allaha biz belə müraciət edirik: «Bizi bağışla, ya Rəbb;
bizə ver, ya Rəbb; bizə mərhəmət et, ya Rəbb!»
Müqəddəsləri isə biz belə çağırırıq: «Bizə görə dua edin!»
İsa Məsih Özü sədaqətlə İlahi əmri yerinə yetirdi:
«Ata-anana hörmət et»; buna görə də İsa Məsihin qardaş
və bacıları olan bizlər də Onun Müqəddəs Anasına
hörmət etməliyik. Məryəm, həqiqətən, Allah və insan
olan İsanın Anasıdır. Bakirə Məryəm Rəbb Allahdan
böyük lütf – Günahsız Döllənmə və günahsızlıq aldı və bu
lütfə həmişə sadiq qaldı. O heç vaxt Allahı hətta kiçik
günahla belə, məyus etmədi. Məryəm Rəbbə sədaqətlə
xidmət etməyin nümunəsidir. Dualarda biz Onun
himayəçiliyini çağırırıq; qeyri-adi müqəddəsliyinə görə
Onun duası Allah qarşısında son dərəcədə təsirlidir. O,
xilasımız üçün zəruri olan hər şeyi bizim üçün istəyə
bilər. Onun razılığı və vəsatətçiliyi ilə Allah Oğlu yer
~ 389 ~
389