ağılsızlığı ilə yaradılmış «başqa allahların» kənar
edilməsini tələb edir. «Var olan, Var olmuş və Gəlməli
olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa
Mənəm!»» (Vəhy 1, 8).
Əvvəlcə Allahın yaratdığı insanlar Onu tanıyır və
Ondan kənarda xoşbəxtlik axtarmırdılar. Allah onlar üçün
uzaq və naməlum bir şey deyildi, çünki onlar Onunla
yaxın ünsiyyət edirdilər. Lakin sonra ilk günahın bədbəxt
hadisəsi baş verdi və insanlar Yaradandan uzaqlaşdılar.
Allahı dərk etmə adamların şüurunda kölgədə qaldı və
demək olar ki, tamamilə itirildi. Allahın mərhəməti ilə
yalnız bir xalq – İsrail xalqı (yəhudilər) Onun haqqında
düzgün anlayışa malik idi. Digər xalqlar isə əllə
yaradılmış bütlərə, heyvanlara, günəşə və müxtəlif başqa
əşyalara sitayiş etməyə başladı.
Bu gün biz İsa Məsih sayəsində Allahı olduğu kimi
tanıyırıq. Allah bizdən Onu daha mükəmməl tanımağa
can atmağımızı istəyir. İman barədə təlimi dərk edərək
biz onu özümüzdə möhkəmlədirik. İmanımız dini
təcrübələr – müqəddəs Messada iştirak, tez-tez tövbə və
Evxaristiyada iştirak, dua, Müqəddəs Yazı və katolik
kitabları oxumaq sayəsində artır. Əks halda iman
getdikcə zəifləyəcək və ağır tovlanmalara uğrayacaq.
İfratçılıqdan qaçaraq (onu qəsdən nəzərə çarpdırmadan
və gizlətmədən) imanı açıq etiraf etmək lazımdır. Məsih
deyir: «İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən
də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm.
Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də
onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm»
(Mat 10, 32-33).
İmanlı öz nümunəsi və ağlabatan sözü ilə imanı
~ 379 ~
379
müdafiə etməlidir və onu yaymalıdır. Məsihçi özünü
Ümumdünya Kilsəsi olan İsa Məsihin böyük ailəsinin
övladı hiss etməlidir və Xilaskarın sözlərini yadda
saxlamalıdır: «Dünyanın hər tərəfinə gedin, bütün
yaradılışa Müjdəni vəz edin» (Мark 16, 15).
İman etməmək böyük təhlükədir.
1940-cı ildə alman təyyarəçi işğal olunmuş ərazidə
imanlı ailəsində yaşayırdı. O, doqquz yaşlı qızın hər gün
dua etdiyini görürdü. Bu onu əsəbiləşdirirdi və o bir dəfə
soruşdu: «Ay bala, bir de görüm, sən kimə dua edirsən?»
Uşaq cavab verdi: «Rəbb Allaha». – «Sən heç Allahı
görmüsən?» – deyə təyyarəçi söz aldı. «Xeyr, mən
görməmişəm, lakin bilirəm ki, Allah var», – deyə uşaq
cavab verdi. «Bu düz deyil, – alman güldü, – səndən üç
dəfə çox yaşamışam, iki ildir ki, havada hündürlükdə
uçuram, lakin Allahı heç vaxt görməmişəm. Mən çox
hündürlərə uçuram». – «Sən yıxılanda Onu görəcəksən»,
– deyə qız cavab verdi.
Viktor Hüqo yazırdı : «Ateizm nə qədər aciz, nə qədər
dəyərsizdir! Nə qədər cəfəngdir! Allah mövcuddur! Mən
özümdən çox Allahın mövcudluğuna inanıram... Özüm
barədə deyirəm: elə olmur ki, dörd saat keçsin və mən
dua etməyim. Gecə oyananda da dua edirəm».
Rəbbin birinci əmri bizə Allaha təvəkkül gətirməyi,
sınaq və əzablarda Ona ümid bəsləməyi və heç vaxt
məyus olmamağı öyrədir. Allah bizim xilasımızı istəyir,
Allah xeyirxahdır – bizə Öz iradəsini icra etməyə,
kamilliyə müvəffəq olmağa, lütf vəziyyətində yaşamağa
və əbədi həyata nail olmağa kömək edəcək.
İman və ümid Allahın məhəbbətinə gətirib çıxarır.
~ 381 ~
381
İman və ümid əbədiyyətə keçid anında bitir, məhəbbət
isə əbədi davam edəcək.
«Allahın Rəbbə səcdə et» (Mat 4, 10)
Allahın mövcudluğunu etiraf etmək kifayət deyil, çünki
bunu cinlər və cəhənnəmdə məhkum olunanlar da etiraf
edirlər. Allaha sitayiş etmək zəruridir. Bu, möminlik
adlanır. Möminlik sitayiş, qurban, dua və s. kimi daxili və
zahiri insan aktlarında təzahür edir.
Sitayiş – Yaradanı Öz Allahın, Xilaskarın, Müəllimin və
Rəbbin olduğunu etiraf etmək Onun üzərimizdə hədsiz,
mərhəmətli və tam hakimiyyətini etiraf etməkdir.
Qurban – məhəbbət və təmənnasızlıqla qiymətli
hədiyyə verməkdir. İnsanlar ən əvvəldən Allaha qurbanlar
təqdim edirdilər, bununla öz minnətdarlıqlarını və
Yaradana tabe olduqlarını bildirirdilər. İlahi səlahiyyətə
tabeliyin və onun etirafının əlaməti olaraq qurbanları
adətən yandırırdılar. Müqəddəs Yazı Qabil və Habilin
torpağın bəhrəsindən və heyvanlardan necə qurban
təqdim etməsindən bəhs edir. Nuh Allaha su daşqınından
xilas olduğuna görə minnətdarlıqla qurban təqdim etdi. -
İbrahim Allaha hətta öz yeganə oğlunu qurban verməyə
hazır idi. Salim padşahı və hər şeyə Qadir olan Allahın
kahini Melkisedeq İbrahimin düşmənlər üzərində qələbə
çaldığına görə minnətdarlıq edərək çörək və şərabı
qurban gətirdi. Allaha minnətdarlıq edən Padşah
Süleyman tikdiyi müqəddəs yerdə bir çox öküz və qoyunu
qurban gətirməyi əmr etdi. Bütün bu qurbanlar
~ 383 ~
383
mükəmməl deyildi və Rəbb Allahın bunlara ehtiyacı yox
idi. Bu qurban təqdimatları insanların özünə lazım idi. Bu
yolla onlar Allaha tam tabe olduqlarını, Onun iradəsinə
uyğun olaraq torpağın nemətlərindən istifadə etmək
niyyətlərini göstərir, həmçinin Ona həyat ənamına görə
minnətdarlıqlarını bildirirdilər.
İsa Məsih bütün Əhdi-Ətiq qurbanlarını ləğv etdi. O
dedi: «O zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət
edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da
Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona
ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir»
(Yəh 4, 23-24). O bir çox dəfə şagirdlərinə çarmıxda Öz
əzablı ölümü barədə söyləyirdi. Çarmıxda O Özünü
«dünyanın həyatı üçün» (Yəh 6, 51) Qurban verəcəkdi.
Öz qurbanlıq ölümündən bir gün əvvəl Gizli Gecə zamanı,
İsa Evxaristiya Qurbanını təsis etdi. Evxaristiya dünyanın
sonuna qədər Onun Çarmıxdakı Qurbanını təqdim edəcək
(Qurbanı real edəcək). Müqəddəs Liturgiyada (müqəddəs
Messada) iştirak, Evxaristiyada Onun Bədəni və Qanını
qəbuletmə bizi «Ataya ruhda və həqiqətdə ibadət edən»
(Yəh 4, 23) həqiqi Allah pərəstişkarı edir. Müqəddəs
Liturgiya (müqəddəs Messa) Allaha ibadətin zirvəsidir,
ən kamil insan aktıdır. Müqəddəs Liturgiya vasitəsilə
insan Allaha ən yüksək ehtiram və izzət göstərə bilər,
çünki bu vaxt o, Allaha canlı, müqəddəs və günahsız,
Allah Oğlunun, İsa Məsihin Qurbanını təqdim edir. Bu
yeganə, müqəddəs, təmiz, Allaha məqbul Qurban
məhəbbət qurbanıdır.
Allah insanı candan və bədəndən ibarət yaratdı. Buna
görə o, Allaha həm canı, həm də bədəni ilə sitayiş
etməlidir. Allaha daxili ehtiram aktları zahiri hərəkətlərdə
~ 385 ~
385
Dostları ilə paylaş: |