Düşünmədən müqəddəslərin adını çağırmaq –
zarafatlarda, qəzəbdə, boş söhbətlərdə yaxud söz
birləşməsi kimi onları istifadə edənlər bu günahı edirlər.
Lənət – insanın Allaha, başqa adamlara, özünə,
heyvanlara, cansız əşyalara yaxud təbiətin təzahürlərinə
nifrət bildirməsidir.
Xainlik – günahını edən, Allaha verdiyi andı yerinə
yetirməyən yaxud pis bir hərəkət etməyə and içən
insandır. Düşünmədən Allaha and verən, lakin andını
yerinə yetirməyi daim ləngidən yaxud heç yerinə
yetirməyən Allahın müqəddəsliyini təhqir edir. Gileylənən
insan bir iş onun istədiyi kimi olmayanda və əzab
çəkməli olanda şikayət edir, Allaha dolayı yaxud
bilavasitə şikayət edir.
III. BAYRAM GÜNLƏRİNİ YADDA SAXLAYIB
TƏQDİS ET
«Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün
çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın
Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun,
qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir
iş görməsin» (Çıx 20, 8-10). İsraillilər üçün şənbə günü
bayram idi. Bu bayram onlara dünyanın yaranmasını,
Misir əsarətindən azad olduqlarını, həmçinin onlarla Rəbb
Allahın arasında bağlanan Əhdi xatırladırdı. Lakin vaxt
getdikcə müqəddəs günün qeyd olunması yəhudilərdə
formal və cansız xarakter aldı.
İsa Məsih bizim diqqətimizi müqəddəs günün həqiqi
mənasına yönəldir: «İnsan Şənbə günü üçün deyil, şənbə
~ 409 ~
409
günü insan üçün yaradılıb» (Мark 2, 27). Özü haqda isə
dedi: «Bəşər Oğlu Şənbə gününün də Sahibidir» (Мark 2,
28). İsa çarmıxda fidya ölümündən yəhudilərin şənbə
günündən sonrakı növbəti gün dirildi. Məsihçilər üçün
Onun Dirilmə günü – yeniləşmə, yeni yaradılış, Allahın
lütfündə yeni həyatın başlanğıc günüdür. «Məsihin
Pasxası sayəsində
bazar
günü yəhudi şənbə gününün
ruhani həqiqətini icra edir və insanın Allahda əbədi
istirahəti barədə xəbər verir» (KKK 2175).
Əhdi-Ətiq öz rolunu Məsihin gəlişindən əvvəl icra etdi.
Biz məsihçilər artıq yəhudi dininin ayinlərinə deyil, Allahın
əmrlərinə tabe olmalıyıq. Çünki əgər biz Əhdi-Ətiq dininin
ayinlərini yerinə yetirmək istəsək, onun bütün tələblərini
yerinə yetirməliyik: sünnət, müəyyən günlərdə yalnız
mayasız çörək yemək, donuz ətindən imtina və həmçinin
Talmudun digər kiçik göstərişləri. Lakin Məsih bizi
bunlardan azad etdi. Buna görə də biz məsihçilər Onun
Dirildiyi gündə müqəddəs günü bayram edirik. Bu günü
«Rəbbin günü» yaxud «Dirilmə» günü adlandırırıq, çünki
bu gün Rəbb ölülərdən dirildi.
Məsihçilər ən əvvəldən Dirilmə gününü müqəddəs gün
olaraq bayram edirdilər. ІІ əsrdə Antioxiyalı Müqəddəs
İqnati yazırdı: «Məsihçilər Rəbbin gününü bayram edirlər;
bu gündə Məsih Öz ölümü və dirilməsi ilə həyatımıza
xeyir-dua verdi».
Müqəddəs günü necə bayram etmək lazımdır?
Birincisi, ağır və qazanc məqsədi ilə edilən işdən
imtina etmək lazımdır. «Sadiq olanlar
Rəbbin Günü
və
başqa bayram günlərində Allaha lazımi pərəstiş etmək,
~ 411 ~
411
Rəbbin Gününə xas olan sevincə malik olmaq, mərhəmət
işləri etmək üçün bədənlə ruhun zəruri olan istirahətinə
mane olan əməkdən yaxud fəaliyyətdən imtina
etməlidirlər» (KKK 2185). Çox vacib səbəbə görə,
məsələn, təbii fəlakət (yanğın, daşqın), şiddətli yağışdan
sonra məhsulun yığılması səbəbindən
Rəbbin Günü
və
bayram günlərində ağır iş görmək günah deyil.
Yeraltı bir şaxtada öküzlərin üstündə kömür
daşıyırdılar. İstirahət üçün heyvanları hər gün yuxarı
çıxarmamaqdan ötrü onlara yerin altında tövlə
düzəltdilər. Uzun müddət keçəndən sonra onları yuxarı
çıxaranda gördülər ki, heyvanlar kor olub. Eləcə də
müqəddəs günü bayram etməyən insanlar ruhani korluq
və əlacsızlıq vəziyyətinə düşürlər.
İkincisi, ruhu yayındıran və günaha aparan
əyləncədən imtina etmək lazımdır. Müqəddəs günü
layiqincə bayram etməyə mane olan günah daha da
ağırlaşır, məsələn, spirtli içkilərdən sui-istifadə, ədəbsiz
əyləncələr, davalar.
Lakin Allahın bizi müqəddəs günlərdə ağır işlərdən
azad etməsinin əsas səbəbi Ona lazımi izzət və
minnətdarlıq bildirməyimizdir. «
Rəbbin
Günündə
Evxaristiya bütün məsihçi həyatının imanda əsaslanması
və möhkəmlənməsidir. Buna görə təyin olunmuş bayram
günlərində sadiq olanlar Evxaristiyada iştirak
etməlidir... Şüurla bu öhdəçiliyi yerinə yetirməyənlər
ağır günah edirlər» (KKK 2181). Müqəddəs Messa
həyatımızın əsas anıdır, buna görə də Dirilmə və Bayram
günlərində Müqəddəs Qurbanın təqdimatında iştirak
etməyən şəxs özünü, ailəsini və bütün Ümumdünya
~ 413 ~
413
Kilsəsini ağır təhqir edir, Allahın mərhəmətlərini xeyli
itirir.
ІІ Vatikan Məclisi öyrədir: «Müqəddəs Messa
mənbədir, buradan Katolik Kilsəsi yer üzündə Öz
tapşırığını icra etmək üçün qüvvət alır. Müqəddəs Messa
Kilsənin bütün fəaliyyətinin zirvəsidir».
Bazar
günlərində
müntəzəm olaraq Liturgiyada iştirak etməyən yaxşı
məsihçini təsəvvür etmək çətindir. Müqəddəs Messada
iştirak edən məsihçiyə Rəbb Allaha və adamlara
məhəbbətdə Onun iradəsini yerinə yetirərək yaşaya
bilməsi üçün İlahi dəstək verilir. Buna görə də
bazar
günlərində müqəddəs Liturgiyada iştirak etmək insanı
kamil, əbədi və gözəl olan səmavi Liturgiyaya, Üçbirliyə
və Müqəddəs Allahı izzətləndirmə Liturgiyasına
hazırlaşdırır. Odur ki,
bazar
və bayram günlərində
müqəddəs Messada iştirak etmək vacibdir.
Biz müqəddəs günlərdə Allaha həmçinin mərhəmət
işləri ilə də sitayiş edirik: «Ənənəyə və məsihçi
salehliyinin prinsiplərinə uyğun olaraq,
Rəbbin Günü
xeyirxah işlərə və xəstələrə, əlillərə, qocalara təvazökar
qulluğa həsr edilir. Məsihçilər həmçinin ailəsinə və
yaxınlarına vaxt ayıraraq, qayğı göstərərək bu günü
təqdis edirlər. Həftənin digər günlərində bunu etmək
qeyri-mümkündür.
Rəbbin Günü
düşünmə, sakitlik, kitab
oxuma və fikirləşmə günüdür, bunlar məsihçi həyatının
ruhani böyüməsinə imkan yaradırlar» (KKK 2186).
Müqəddəs günün bayram edilməsi insana nə
verir?
Bayram
günündə
istirahət
sağlamlığı
~ 415 ~
415
Dostları ilə paylaş: |