möhkəmləndirir. Parlamentdə çıxış edən bir ingilis
həkim deyirdi: «İnsana yeddi gün ərzində istirahət etmək
zəruridir. Daimi fiziki və zehni əmək orqanizmi dağıdır.
Müqəddəs günü bayram etməyən özünü incidir və
xəstələnmə təhlükəsinə salır.
Rəbbin Günlərində istira
hət
nəinki dini borc, həyatı qorumaq üçün təbii öhdəlikdir».
Həddindən artıq məşğulluq insanı fiziki və ruhi
cəhətdən yorur, buna görə də müqəddəs gündə
qazandığı pulu insan dərmana xərcləyir.
Zəhmətdə xeyir-dua. Yorğunluğunu almış insan
özündə sülh və harmoniyaya sahib olur, buna görə də iş
günlərində daha səmərəli işləyə bilir. O öz işlərini daha
yaxşı planlaşdıra bilir, işdə qarşısına qoyduğu məqsədə
nail olmaq üçün ən yaxşı yolu tapır. İştirak edəndən
sonra insan sakitlikdə işləyir, əsəbiləşmir, əməyinin
nəticələrini korlamır və buna görə də ən yaxşı nəticələrə
nail olur. Bundan başqa o, işində Allahdan kömək alır,
çünki Allahın iradəsinə uyğun olaraq çalışır. «Evi Rəbb
tikməzsə, bənnaların zəhməti boşa gedər» (Zəb 127,1).
Müqəddəs Ruhun bu sözləri bizi öyrədir ki, insan öz
əməyində Allahın köməyini diləməlidir və Ona ümid
bəsləməlidir. Lakin insan yalnız özünə ümid etsə,
əməyinin səmərəsindən sülh və sakitliklə istifadə edə
bilməyəcək. İsa deyir: «Beləliklə, bu sözlərimi eşidib
onlara əməl edən hər kəs öz evini qaya üzərində quran
ağıllı adama bənzəyir... Bu sözlərimi eşidib onlara əməl
etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız
adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və
o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət
olar» (Mat 7, 24. 26 27). Müqəddəs Jan Mari Vianey
~ 417 ~
417
deyirdi: «Yoxsullaşmağın ən asan iki yolunu bilirəm –
oğurlamaq və müqəddəs gündə işləmək».
Allaha yaxınlaşdırır. İnsana müqəddəs günü təyin
edən Yaradan istəyirdi ki, bu gündə insan Allahın
xatirəsini özündə yeniləşdirsin, təqdis edən lütf
vəziyyətində yaşamağın, fəzilətli həyatın, dua və
əməllərinə görə cavabdehliyin zəruriliyini dərk etsin.
«İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər
kəlmə ilə yaşayar» (Mat 4, 4), – deyə Xilaskar yadımıza
salır. Həyatımızın hər bir anı Rəbbə izzət gətirməlidir,
lakin xüsusi «Rəbbin günü»
bazar
günü olan Dirilmə
günüdür. «Rəbbin günü» – bu, həm də «bizim
günümüzdür», çünki Həqiqət mənbəyi olan Allah yalnız
bizim xeyrimizə görə bizə gündəlik işlərimizi və
qayğılarımızı kənara qoyub daha böyük qüvvə ilə Ona
müraciət etməyimizi əmr edir.
Müqəddəs gündə Rozari duası üçün Müqəddəs Yazıları
və başqa katolik kitabları oxumağa daha çox vaxtımız
olur ki, bu da imanımızı və məhəbbətimizi
möhkəmləndirir, bizi Allaha yaxınlaşdırır və ruhani
həyatımıza səmərələr gətirir.
Ailəni möhkəmləndirir. Bizim əsrdə, xüsusilə də,
Qərb ölkələrində ailə birliyi çox zəifləyib. Ata və ana
vaxtın çox hissəsini işdə keçirirlər, uşaqlar isə çox vaxt
bütün günü tək qalırlar. Buna görə də ailədə qarşılıqlı
əlaqələrin, söhbətin, birgə naharların, istirahətin,
həmçinin duanın çatışmazlığı hiss olunur. Heç kim və heç
nə insana ailəni əvəz edə bilməz. Çox vaxt müasir insan
özünü tənha hiss edir və ürəyində elə düşünür ki, onu
~ 419 ~
419
heç kim anlamır. Ailə bizim müqəddəs yerimiz və məktə-
bimizdir; burada ana baş keşiş, ata isə qoruyucu
mələkdir. Bütün xəzinələrimiz ailəmizdədir. Ailə
məhəbbətindən daha şirin və möhkəm məhəbbət və
birlik yoxdur. Lakin eləcə də dağılmış ailədə olan
nifrətdən daha böyük nifrət yoxdur.
Müqəddəs günlər ailə birliyini möhkəmləndirməyə
imkan yaradır. Müqəddəs Messada, ümumi duada, səhər,
nahar və şam yeməyində, ümumi gəzintidə, oyunda
birlikdə iştirak etmək ailə üzvlərinə münasibətlərində
yenidən bir-birlərinə yaxınlaşmağa, bir-birlərini
anlamağa, sözlə, məsləhətlə, təsəlli ilə kömək etməyə
imkan yaradır.
Rəbbin Günündə
yaxınlarımıza, dostlarımıza, həmçinin
tənha və xəstə insanlara baş çəkmək lazımdır.
IV. ATA-ANANA HÖRMƏT ET
«Dekaloqun ikinci lövhəsi dördüncü əmrlə başlayır. O,
məhəbbətdə nizamı əks etdirir. Rəbb istədi ki, Ondan
sonra biz valideynlərimizə hörmət göstərək, çünki
valideynlərimiz bizə həyat verib və Allahı tanıtdırıb» (KKK
2197).
Allah bizə insanları sevməyi əmr edir və bu insanlar
arasında valideynlər birinci yeri tutur, çünki Rəbb onların
vasitəsilə bizə həyat verdi və onlar demək olar ki, yer
üzündə bizə Allahı əvəz edirlər. Valideynlərdən sonra
qardaş və bacılarımız, həmçinin qohumlarımız məhəbbət
və hörmətimizə ümid edə bilərlər; bunların arasında baba
və nənənin xüsusi yeri var. Müəllimlər və tərbiyəçilər
~ 421 ~
421
övladların tərbiyə məsələsində valideynləri tamamla-
yırlar, buna görə də şagirdlər onlara münasibətlərində
hörmət, minnətdarlıq və itaət göstərməlidirlər. Rəbbin
dördüncü əmri bizi müdir və səlahiyyət nümayəndələrə
lazımi hörmətlə yanaşmağı öyrədir. Həmçinin Vətəni də
sevmək lazımdır. Katolik Kilsəsi və onun xadimləri də
xüsusi ehtirama layiqdir. Kilsə ruhani anamızdır. O, Vəftiz
ayinində bizə ruhani həyat verib, başqa ayinlər vasitəsilə
isə bu həyatı bizdə dəstəkləyir və möhkəmləndirir.
Övladların öhdəlikləri
«Dördüncü əmr uşaqlara aiddir və onların ata və anası
ilə münasibətlərini müəyyən edir» (KKK 2199). Uşaqlar
öz valideynlərinə ehtiramlarını məhəbbət, minnətdarlıq
və itaətlə göstərirlər.
Valideynlərə ehtiram göstərmək öhdəliyi ilk növbədə
təbii ixtiyardan gəlir. Hətta həqiqi Allahı tanımayan
xalqlar valideynlərinə hörmət edirlər.
Müqəddəs Yazıdakı dördüncü əmri yerinə yetirənə
Allah dəfələrlə bol-bol lütf və xeyir-dua vəd edir. Ona
sağlamlıq və uzun ömür vəd edir: «Ata-anana hörmət et
ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun
olsun» (Çıx 20, 12). Allah valideynlərinə hörmət edənlərə
xeyli mərhəmətli olacağını vəd edir: «Atasına hörmət
edən günahlarından təmizlənəcək və anasını sayğı
göstərən kəs xəzinə tapmış adama bənzəyir» (Sir 3, 3-4).
Allah öz valideynlərini sevənlərə övladlarını yaxşı tərbiyə
verməkdə və onların dualarını eşitməkdə kömək etməyi
vəd edir: «Atasına hörmət edən övladlarından sevinc
görəcək və dua günündə eşidiləcək» (Sir 3, 5).
~ 423 ~
423
Dostları ilə paylaş: |