şübhə yaradır və Onu yalan danışdığına görə ittiham
edir. Məsih isə Müjdədən bildiyimiz kimi: «İman etsən,
bu çörək Mənim Bədənim olacaq» yaxud «Bu, Mənim
Bədənim kimidir» demir, lakin aydın və sadə deyir:
«Yeyin... bu Mənim Bədənimdir. İçin... bu Mənim
Qanımdır». Xilaskarı sevən, Onun sözlərini dəyişməz,
anlaya bilməsə də, təvazökarlıqla qəbul edər.
Bir protestant Londonda on yaşlı qızı ilə Katolik
Kilsəsinə getdi. Müqəddəs yerdə olan sakitlik və əzəmət
dua əhval-ruhiyyəsini yaradırdı. Mehrabda yanan
qırmızı qəndili görən qız atasından soruşdu: «Ata, nə
üçün orada qırmızı lampa yanır?» «Çünki katolik imanı
öyrədir ki, mehrabda gördüyün bəxşişxanada
Liturgiyadan sonra qalan çörəkdə İsa Məsih var». Uşaq
dedi: «İsanı görməyi çox istəyirəm, burada olmaq və
dua etmək mənim çox xoşuma gəlir». Sonra onlar
protestant Kilsəsinə getdilər. «Ata, nə üçün burada
qırmızı lampa yanmır?» – deyə qız soruşdu. Sual atanı
çaşdırdı və o, qızına başa salmağa başladı ki, protestant
imanı başqa cür, belə öyrədir ki, İsa Evxaristiya
çörəyində yalnız iman edəndə olur və s. Lakin qız sadə
sual verdi: «Yəni elə çıxır ki, burada İsa yoxdur?» Daha
böyük çaşqınlığa düşən ata cavab verdi: «Elə çıxır ki...
yoxdur». Onda uşaq dedi: «Burada İsa yoxdursa, onda
gəl buradan gedək». Uşağın bu sözləri protestantın
vicdanını narahat etdi. O çox düşündü, katolik və
protestant imanını öyrəndi, sonra arvadı və qızı ilə
birlikdə katolik oldu.
Yepiskop Mermilod öz həyatından bir hadisəni yadına
~ 129 ~
129
salırdı. O hələ Cenevrədə keşiş olanda hər axşam
yatmazdan əvvəl Kilsədə Müqəddəs Bəxşişlər qarşısında
dua etməyi və məbəddə hər şeyin qaydada
olub-olmamasını yoxlamağı adət etmişdi. Bir dəfə duanı
bitirəndən sonra və onu heç kimin görmədiyini
düşünərək əyildi və bu yerdə olan İsaya böyük
ehtiramını göstərərək mehrabın qarşısında yeri öpdü. Bu
an o, Kilsədə xışıltı eşitdi. Keşiş arxaya baxıb tövbə
hücrəsinin arxasında gizlənən bir qadını gördü. «Siz
burada nə edirsiniz?» – deyə keşiş soruşdu. Qadın cavab
verdi: «Mən protestantam, amma Böyük oruc zamanı
Evxaristiya barədə vəzlərinizi dinləyirdim. Sözlər məni
inandırdı, lakin bir şübhəm qalmışdı: adamlara
söylədiyinizə özünüz iman edirsinizmi? Buna görə də
mən sizi heç kim görməyəndə özünüzü mehrab
qarşısında necə aparmağınızı görmək istəyirdim. Xahiş
edirəm, məni bağışlayın; ibadətdən sonra mən tövbə
hücrəsinin arxasında gizləndim və heç kim sizə
baxmayanda Müqəddəs Bəxşişlər qarşısında diz
çökməyinizi görmək istəyirdim. İndi sonuncu şübhəm də
yox oldu. İndi mən iman edirəm». Bundan az sonra o,
katolik imanını qəbul etdi.
Zahid Avva Arseni bir qoca kişi barədə danışır. Çox
mömin olan bu adam iman həqiqətləri barədə kifayət
qədər biliyə malik deyildi və Müqəddəs Sirrlər barədə
səhv düşünərək deyirdi: «Evxaristiya zamanı daddığımız
çörək Məsihin həqiqi Bədəni deyil, Onun rəmzidir». Onun
pis niyyətlə deyil, biliksizlikdən səhv etdiyini bilən iki
başqa qoca zahid onun yanına gəldi və dedi: «Ata,
eşitmişik, bizim yerlərdə kim isə deyir ki, daddığımız
~ 131 ~
131
Çörək Məsihin həqiqi Bədəni deyil, Onun rəmzidir». Qoca
onlara cavab verdi: «Mən belə deyirəm». Onlar isə
ondan xahiş etməyə başladılar: «Ata, elə demə,
bundansa, Ümumdünya Kilsəsinin etiraf etdiyi təlimi
qəbul et, çünki biz hamımız iman edirik ki, bu Çörək
yalnız rəmz deyil, həqiqətən, Məsihin Bədəni, Kasa isə
həqiqi Məsihin Qanıdır». Qoca cavab verdi: «Bu işin özü
məni inandırmasa, mən buna inana bilmərəm». Onlar isə
cavab verdilər: «İmanın bu sirri barədə bütün bu həftə
ərzində Allaha yalvaracağıq və Allahın bizi eşidəcəyinə
ümid edəcəyik». Qoca onlarla razılaşdı və belə dua etdi:
«Rəbb Allah, Sən bilirsən ki, məndə pis niyyət yoxdur,
lakin bilmədiyimə görə səhv iman etməməyim üçün
həqiqəti mənə aç». İki başqa qoca isə öz hücrələrinə
qayıdıb dua edirdi: «Rəbb İsa Məsih, ona bu sirri aç ki, o
iman etsin və onun bütün xilas cəhdləri, cismin bütün
ehtiraslarının öldürmə cəhdləri, əziyyəti, duaları və
orucları nahaq olmasın». Allah onları eşitdi. Həftə
keçəndən sonra onlar
bazar
günü Kilsəyə gəldilər,
mehrabın yaxınlığında birlikdə əyləşdilər, şübhə edən
qoca isə onların arasında əyləşmişdi. Allah onların
gözlərini açdı. Keşiş Çevrilmə ayininin əsrarəngiz
sözlərini deyəndə onlar müqəddəs taxtın üzərində
Körpəni gördülər. Keşiş mərasimə uyğun olaraq çörəyi
bölmək üçün əlini uzadanda Mələk gəldi və qılıncla
Körpəni qurban kimi ikiyə böldü, Onun Qanını isə kasaya
tökdü. Keşiş Məsihin Bədənini kiçik hissələrə böləndə isə
Mələk də bunu edirdi. Nəhayət, onlar Müqəddəs
Birləşməyə başlayanda şübhə edən qoca keşişin
əllərində qanlı Bədəni gördü. O, dəhşətlə nida etdi:
«İman edirəm, Rəbb, bu Çörək Sənin həqiqi Bədənin, bu
~ 133 ~
133
Dostları ilə paylaş: |