masası arxasında ac olan adam nə edir?»
Atasının yanına qayıdan İsa şagirdlərinə dedi: «Mən
dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat 28, 20).
Xilaskarın yanımızda olması yalnız Kilsəsində Müqəddəs
Ruhun lütfü vasitəsilə olması deyil, həmçinin iman və
məhəbbətin bu böyük Sirrində çörək və şərab
görünüşündə Özünün həqiqətən və doğrudan da
həmişəlik bizimlə qalması deməkdir. Allah məm-
nuniyyətlə insanlarla qalır, «bəşər övladlarına görə fərəh-
lənir» (Sül 8, 31). Müqəddəs Tereza deyir: «Ey insanlar,
aranızda olmasından sevinc tapdığını söyləyən Allahı siz
necə təhqir edə bilərsiniz?»
Prezident, padşah yaxud cəmiyyətdə yüksək vəzifə
tutan bir insanla hər kəs görüşə bilməz, belə imkan
yarananda, bu möhtərəm şəxsiyyətlə birgə olanda adi
insan özünü hər cəhətdən, hər an xoşbəxt hiss edir.
Evxaristiya Sirrində Allah Oğlu və Xilaskarımız, əbədi
izzət Padşahı, bütün dünyanın Hakimi olan İsa Məsihin
Özü sakit və təvazökarlıqla həmişə bizi gözləyir, həmişə
bizi dinləməyə və bizə cavab verməyə hazırdır.
Diləklərimizi dinləmək, əzablarda bizə təsəlli vermək,
başladığımız işlərdə bizə xeyir-dua vermək, sınaqlarda
qüvvət vermək üçün, hətta xilasedici qida olaraq bizə
xidmət etmək, bizə sevən Ata və Dost olmaqdan ötrü
bizimlə yer üzündə qaldı. Onun qarşısında ürəyimizi
açmaq, Ona ehtiyaclarımızı bildirmək və Ondan lütf
diləmək olar.
Rəbb Özü haqda demişdi: «Mən yer üzünə od
yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı!»
(Luka 12, 49). Xilaskar məhəbbət alovu barədə danışır,
ürəyimizdə alovlandırmaq istədiyi Allaha və qardaşlara
~ 143 ~
143
olan məhəbbət barədə danışır. Məhz elə buna görə O
həmişəlik bizim kilsələrimizdə olacaq. Müqəddəs
Katarina Siyenli Müqəddəs Sirridəki İsanı məhəbbətlə
alovlanan tonqalla müqayisə edirdi, bu tonqaldan İlahi
məhəbbət alovu çıxıb bütün yer üzünü əhatə edir. O,
Allahın insana olan məhəbbətinin ecazkar böyüklüyünə
rəğmən insanların məhəbbətlə alovlanmadan
yaşadıqlarına təəccüb edirdi.
Müqəddəs Pavlos İsanın adamlara olan məhəbbətinə
görə Allaha itaət etdiyini mədh edir. Xilaskar «Özünü
aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə
qədər itaət göstərdi» (Fil 2, 8). Lakin Evxaristiyada Rəbb
bizə olan məhəbbətinə görə daha da böyük bir iş gördü,
yalnız Öz Atasına deyil, həmçinin hər bir keşişə və nəinki
ölümə qədər, həmçinin dünyanın sonuna qədər itaətli
oldu. Əbədi izzət Padşahı olan Məsih keşişin duası ilə
səmadan mehraba enir və orada qalır, Özünü
bəxşişxanaya köçürməyə, ibadət zamanı Özünü xalqa
göstərməyə, Evxaristiya yürüşü zamanı Özünü daşımağa
icazə verir, keşiş tərəfindən daşınaraq xəstələrin yanına
gəlir. Hər bir kəsə, hətta küfr edən nalayiq insana belə,
Özünü qida olaraq verməyə icazə verir. Yer üzündə
yaşayarkən İsa Bakirə Məryəmə və Müqəddəs Yusifə
itaətli idisə, bu gün O hər bir keşişə itaətlidir. Müqəddəs
Alfons Liquori Evxaristiyadakı Məsihin məhəbbəti barədə
düşünərək deyir: «Ey mənim əziz Xilaskarım, adamlara
olan məhəbbətinin çoxluğunu görəndə hisslər məni
doldurur və mən artıq deməyə bir söz tapa bilmirəm...»
Evlərimizin yanındakı kilsələrimizdə Müqəddəs Allah
yaşayır. O mələklərə və göydə olan müqəddəslərin
ruhlarına xoşbəxtlik verir. Bu Sirr ecazkar məhəbbətdir,
~ 145 ~
145
Allahın Özüdür, Öz məxluqlarına olan böyük
məhəbbətinə görə məhəbbət adlanır və Özü də
məhəbbətdir: «Allah məhəbbətdir» (1Yəh 4, 16).
Evxaristiyada iştirak etməyin səmərələri
«Müqəddəs Evxaristiyada Məsihin Bədənini və Qanını
qəbul etməsi iştirakçının Rəbblə birliyini möhkəmləndirir,
onun yüngül günahlarını buraxır və onu ağır günahlardan
qoruyur. İştirakçı ilə Məsih arasında məhəbbət bağları
möhkəmləndiyinə görə bu Sirr Məsihin Mistik Bədəni olan
Kilsənin birliyini möhkəmləndirir» (KKK 1416). Müqəddəs
Sirrdə İsa ilə birləşməyimiz bizdə təqdis edən lütfü
çoxaldır və təsirli lütfü gətirir, günahlı meyllərdən ürəyi-
mizi müalicə edir, tovlanmalarla mübarizədə onu möh-
kəmləndirir, bizi izzətdə Dirilmə və əbədi həyat üçün
layiq edir.
Müqəddəs Yazı bəhs edir ki, İlyas peyğəmbər səhra ilə
gedirdi, yorulub ağac altında uzandı. Onda Allah
əsrarəngiz qida ilə Öz nökərini qüvvətləndirdi. Mələk Onu
yuxudan oyadıb dedi: «Qalx yemək ye» (3Pad 19, 5).
İlyas yanında çörək və su gördü, o iki dəfə bu yeməkdən
daddı, bunun sayəsində qırx gün və qırx gecə Allahın
Xorev dağına qədər getdi. Bu əsrarəngiz qida Evxa-
ristiyanın rəmzidir. Rəbbin Bədəninin və Qanının Sirrində
Onunla birləşmə insanı böyük qüvvətlə doldurur, Allahın
izzəti üçün onu xidmət etməyə qadir edir. Müqəddəs
İohann Xrizostom deyir ki, məsihçilər Rəbbi Müqəddəs
Evxaristiyada qəbul etdikdən sonra od püskürən aslanlar
kimi Onun İlahi məhəbbətinin alovu ilə yanmalıdırlar və
aslan digər heyvanlar üçün qorxunc olduğu kimi
~ 147 ~
147
Dostları ilə paylaş: |