məsihçilər də iblis üçün qorxunc olmalıdırlar.
Evxaristiyada tez-tez iştirak etmək insanın ürəyini qaynar
İlahi məhəbbətlə alovlandırır, insanı Allaha xidmətə səy
göstərməyə məcbur edir, həqiqi salehliyə gətirir.
Müqəddəs Evxaristiya bədbinlik və gileylənməyə meylli
olan insanların ürəklərinə yaşamaq və xeyirxah işlər
görmək arzusunu, əsəbilik və qəzəbə meylli olanlara isə
həlimlik və səbir verir. Evxaristiyada tez-tez iştirak etmək
qəlbimizdə təqdis edən lütfü çoxaldır, bu səbəblə də biz
imanımızın sirrini daha yaxşı anlamağa başlayırıq, duamız
Allaha daha məqbul olur, çünki biz ürəyimizdəki Məsihlə
birgə dua edirik. Evxaristiyada olan Rəblə tez-tez
birləşmə imanımızı möhkəmləndirir.
Evxaristiyada biz həqiqi salehliklə Dirilmiş Rəbbə
yaxınlaşanda O bizi günahdan qoruyan, sınaqlarda
möhkəmlədən təsirli lütfü bizdə çoxaldır. Müqəddəs
Fransisk di Sales deyir ki, şəkər meyvələri çürüməkdən
qoruduğu kimi həqiqi salehlik də ürəklərimizi
korlanmaqdan təmizlikdə qoruyur. İlahi Ziyafətə tez-tez
gələn şəxs Müqəddəs Sirrdən aldığı böyük köməyi bilir və
hansısa bir səbəblə Evxaristiyada iştirak edə bilməyəndə
çox həyəcan keçirir.
Evxaristiyaya yaxınlaşan şəxsə Müqəddəs Ruh
səxavətlə xeyir-dua verir: onu təqdis edir, təsəlli verir,
sınaqlarda möhkəmləndirir, ağır vəziyyətdə məsləhət
verir, xeyirxah ilham və təsəlliverici fikirlər göndərir.
Müqəddəs Atalar Evxaristiya zamanı insanın Allahla
birləşməsini ərimiş iki hissə mumun axıb birləşməsi ilə
müqayisə edirlər. Müqəddəs Avqustin deyir ki, Məsihin
Bədənini və Qanını tez-tez dadan şəxsi Xilaskar dəyişə-
rək tədricən Özünə bənzər edir (müqayisə edin: Şərq
~ 149 ~
149
Kilsəsinin tez-tez bəhs etdiyi «ilahiləşmə»). Onun
fikirləri, cəhdləri, niyyətləri və hissləri getdikcə İsanın
fikirləri, cəhdləri, niyyətləri və hisslərinə bənzəyir. Bir
nəfər Rəbbin Bədənini və Qanını dadmağı Qanının
köçürülməsi ilə müqayisə edirdi. Xəstə insana sağlam
Qanın köçürülməsi zəruri olduğu kimi ilk günahın
toxunduğu və pis meyllər və vərdişlərlə dolu olan bizlərə
də ruhani sağlamlığımızı bərpa etmək üçün Allahın bizə
Öz İlahi Qanını köçürməsi zəruridir.
Evxaristiya bizdə pis meylləri zəiflədir. Təəccüblü
deyil, çünki bizimlə birləşən Xilaskarın Qanı getdikcə
daha çox bizdə dövr etməyə başlayır. Biz səmanın dadını
hiss etməyə başlayırıq, insan ləyaqətini alçaldan bütün
şeylərdən üz döndəririk. İsa Özü barədə «Mən həlim və
qəlbən itaətkaram» (Mat 11, 29) deyirdi. Əgər biz İsa ilə
birləşiriksə, bizdə qürurun hökm etməsi heç
mümkündürmü? Əgər biz özümüzdə Müqəddəs Allahı
daşıyırıqsa, heç bizi ədəbsiz fikirlər və hisslər ləkələyə
bilərmi? Dilimiz, ürəyimiz və bütün mahiyyətimiz
getdikcə daha yüksək olur. Evxaristiyadan sonra məsihçi
öz dilini ədəbsiz söhbətlər üçün, gözlərini utanmaz
baxışlar və dodaqlarını ehtiras üçün istifadə etməyəcək.
O, ürəyində paxıllığın yaxud ədəbsiz arzuların yaşama-
sına yol verməyəcək. Evxaristiyadan sonra məsihçi
ürəyində inciklik və qisas arzusunu daşımayacaq, lakin
məmnuniyyətlə bağışlayacaq. Müqəddəs Bernard
deyirdi: «Övladlarım, özünüzdə şərə meylin azalmasını,
xeyirxahlığa isə meylin çoxalmasını hiss edəndə
Evxaristiyada sizə bu mərhəməti verən Rəbb İsa Məsihə
minnətdarlıq edin».
~ 151 ~
151
Məsihçiliyin ilk əsrlərində qutan barədə bir əfsanə
məşhur idi: balalarını aclıqdan xilas etmək üçün sinəsini
dimdiyi ilə deşərək onları öz qanı ilə qidalandıra bilirdi.
Buna görə biz bir çox məbədlərdə qanı ilə balalarını
qidalandıran qutanın şəklini görürük. Bu, Öz Bədəni və
Qanı ilə Öz məsihçi övladlarını qidalandıran İsa Məsihin
bir çox surətlərindən biridir. Məsih bunu ona görə edir ki,
onlar irəli gedə bilsinlər, kamilliyə doğru can atsınlar,
Allaha xidmət etmək və Onun Padşahlığını tikmək üçün
qüvvətli olsunlar.
Müjdə bizə Rəbbin xəbərdarlıq sözlərini çatdırır. Rəbb
deyir ki, əgər biz Onun Bədənini yeməsək və Onun
Qanını içməsək, özümüzdə həyata malik olmayacağıq.
Hansı həyata? Allahın həyatına, Məsihin həyatına, lütf
həyatına. Müqəddəs Kilsə həyatlarının bir neçə ili ərzində
Müqəddəs Birləşmədən başqa bir şey dadmayan bir çox
Müqəddəsləri xatırlayır; məsələn: Katarina Emmerix,
Ancela Folinyolu, Nikola di Flüyes, bizim əsrdə isə Tereza
Noyman.
İman və həqiqi salehliklə Rəbbi Evxaristiyada qəbul
edənlərə Rəbb əbədi həyat vəd edir: «Göydən enmiş
canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi
yaşayar» (Yəh 6, 51). Evxaristiya sirrində Onun bədəni ilə
birləşən imanlının bədənini İsa dirildəcək və ona Özü ilə
birgə göydə əbədi həyat verəcək: «Mənim ətimdən yeyib
qanımdan içən əbədi həyata malikdir və Mən onu son
gündə dirildəcəyəm» (Yəh 6, 54).
Hər dəfə Müqəddəs Messada iştirak edəndə bu sözləri
eşidirik: «Alın! Bu Mənim bədənimdir... Bu Mənim
qanımdır» (Мark 14, 22. 24). İsa demir: «Baxın,
~ 153 ~
153
təəccüblənin və heyran qalın, bu Mənim Bədənim və
Mənim Qanımdır», lakin deyir: «Alın, yeyin...» İlahi
Xilaskarımızın bu sözlərindən Onu tez-tez ürəklərimizə
qəbul etməyimizi arzuladığını anlayırıq, çünki Rəbb gözəl
İbadət qablarında deyil, bizim ürəklərimizdə qalmaq
üçün gəldi. Buna görə də O arzulayır ki, bizim həmişə
ağır günahla ləkələnməmiş vicdanımız olsun, var
qüvvəmizlə təmiz ürəyə sahib olmağa can ataq və Onun
bizə Öz lütfünü verə bilməsi üçün Allahın Süfrəsinə
yaxınlaşmağa həmişə layiq olaq.
Müqəddəs Fransisk di Sales deyir: «Xilaskar Ona iman
edən kəsin əbədi həyatı olması üçün Öz Bədən və Qanını
real şəkildə özündə saxlayan müqəddəs Evxaristiya
Sirrini bizə verdi. Buna görə də bu Ayinə tez-tez və dərin
salehliklə yaxınlaşan həyatını və canının sağlamlığını
möhkəmləndirir və günahlı ehtiraslara demək olar ki,
əlçatmaz olur. Cənnətdəki insanlar həyat ağacından
meyvələri dadaraq bədənin ölümünü bilmirdilərsə,
müqəddəs Evxaristiya Ayini bizi ruhani ölümdən eyni
yolla qoruyur» (Müqəddəs Fransisk Di Sales «Saleh
həyata aparan dərslik yaxud “Filoteya”»).
Əlli il eyni dükanda işləyən bir qadın yetmiş yeddi
yaşında rəhmətə getdi. İşin çoxluğuna baxmayaraq, o,
Müqəddəs Messada və Evxaristiyada iştirak etmək üçün
hər səhər bir saat tez oyanırdı. İnsanlar onun qeyri-adi
səbrinə və həlimliyinə təəccüb edirdilər. Əzab çəkməyə
məcbur olanda mömin qadın masasının üzərinə «Allah
bunu mənə göndərir» yazılı kartını qoyurdu. O bir çox
gənc adama həyatda düzgün yol tapmağa kömək etdi,
bədbəxt və tərk edilmişlərə yardım göstərdi. Özü isə
~ 155 ~
155
Dostları ilə paylaş: |