onların ürəklərinə gəlib onların kiçik günahlarını
bağışlayacaq. Qoy ruhani zəifliyimizi və qüvvətsizliyimizi
dərk etməyimiz bizi möhkəmlənmə əldə etdiyimiz
Evxaristiyaya tez-tez istiqamətləndirsin.
3. Nəhayət, bəziləri yalançı utancaqlıqla adamların
rəyindən qorxaraq Evxaristiyada tez-tez iştirak etmirlər.
Onlar həyəcan keçirirlər və qorxurlar ki, bir kimsə onlar
barədə “layiq olmadığı halda tez-tez Evxaristiyada iştirak
edir” deyər yaxud «yalançı mömin» adlandırıb ona gülər.
Bu, məsihçiyə layiq deyil. İsa dedi: «Kim Məndən və
Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün,
Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o
adamdan utanacaq» (Luka 9, 26).
Əgər bizim Allaha məqbul olmaq niyyətimiz
səmimidirsə və Xilaskar İsa ilə Müqəddəs Evxaristiyada
birləşməyi arzulayırıqsa, bu və başqa səbəblər bizi
dayandırmamalıdır. Böyük ruhani rəhbər olan Müqəddəs
Fransisk Di Salesin sözlərinə fikir ver: «Evxaristiyada
tez-tez iştirak etdiyinin səbəbini insanlar səndən
soruşanda onlara belə cavab ver: «Günahlardan
təmizlənmək, zəifliyimdə dəstək almaq, kədərli halımda
təsəlli tapmaq, Allahı sevməyi öyrənmək üçün bunu
edirəm». Onlara de ki, tez-tez günahları etiraf etmək və
Evxaristiyanı qəbul etmək iki növ insanlara lazımdır:
kamillik mənbəyinə daha yaxın olmaq üçün kamil olan və
kamilliyi əldə etmək üçün kamil olmayan insanlara;
güclülərə zəifləməmək və zəiflərə güclü olmaq üçün;
sağlamlara – xəstələnməmək, xəstələrə – sağlamlıq əldə
etmək üçün lazımdır. Onlara de ki, sən qeyri-mükəmməl,
zəif və xəstəsən, bura isə kamillik, sağlamlıq və qüvvət
mənbəyidir. Onlara de ki, işlə az məşğul olan insanlar
~ 171 ~
171
tez-tez Evxaristiyanı qəbul etməlidirlər, çünki onların
bunu etməyə imkanları var və müxtəlif işlərlə çox məşğul
olan insanlar tez-tez Evxaristiyanı qəbul etməlidirlər,
çünki onların buna ehtiyacları var. Çox və ağır işləyən
insan daha çox qida almalıdır. De ki, Müqəddəs
Evxaristiyada iştirak etməyi öyrənmək üçün bunu
edirsən. İnsan nadir hallarda etdiyi işi yaxşı edə bilmir.
Qışda qarın ağ örtüyü ilə əhatə olunan dovşanlar ağ olur;
sən də təmiz, gözəl və xeyirxah olan Şəxsə nə qədər
yaxın olsan, o qədər də özün təmiz, gözəl və xeyirxah
olacaqsan» (Müqəddəs Fransisk Di Sales «Saleh həyata
göstəriş yaxud Filoteya»).
~ 173 ~
173
B. ŞƏFA AYİNLƏRİ
«Canımızın və bədənimizin təbibi olan, bədəni iflic
olana günahlarını buraxan və ona bədən sağlamlığını
qaytaran Rəbb İsa Məsih istədi ki, Onun Kilsəsi Müqəddəs
Ruhun qüvvəsi ilə Onun şəfa vermə və xilas işini hətta Öz
üzvlərinə münasibətdə belə, davam etdirsin. Tövbə və
Xəstələrin məsh edilməsi (Mərhəm yağı ilə məshetmə) –
bu iki şəfa ayininin məqsədi də elə bundan ibarətdir»
(KKK 1421).
Müqəddəs Müjdə bir çox yerdə qeyd edir ki, Rəbb İsa
adamların günahlarını bağışlayırdı. Vicdan əzabı çəkən
və islah olmağı arzulayan bu insanlar bağışlanmağa layiq
olurdular. Beləliklə, Xilaskar «Cəsarətli ol, oğlum,
günahların bağışlandı» (Mat 9, 2) deyərək iflic olanın
günahlarını buraxdı. Günahına görə yəhudilərin daşla
öldürmək istədiyi zavallı qadının günahını da Rəbb
bağışladı. Onun qəlbində səmimi tövbəsini görən Rəbb
dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah
etmə» (Yəh 8, 11). Məcdəlli Məryəm də günahlarından
azad oldu, Məsih onun barəsində belə dedi: «Bu qadının
çox olan günahları bağışlandı. Böyük məhəbbət
göstərməsi də bu səbəbdəndir» (Luka 7, 47). İsanın
yanında çarmıxda ölən və tövbə edən quldur nəinki
günahlarının buraxılmasını əldə etdi, həmçinin onlara
görə cəzadan da tam azad oldu. Xilaskar Öz vədini verir:
«Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə
cənnətdə olacaqsan» (Luka 23, 43). Rəbbə xəyanət edən
Müqəddəs Peterin də günahı buraxıldı. Hətta xain
Yəhuda bağışlana bilərdi, lakin o bunu diləmədi.
~ 175 ~
175
~ 177 ~
177
Allahın mərhəməti günahkarların ümididir
Məhəbbət və mərhəmət Allahın böyük
xüsusiyyətləridir. Müqəddəs Müjdəçi Yəhya qısa tərif
verir: «Allah məhəbbətdir» (1Yəh 4, 16). Əgər biz
Müqəddəs Yazını diqqətlə oxusaq, İlahi Sözlərin mənası
barədə dərindən düşünsək, görərik ki, Rəbbin
xeyirxahlığı və mərhəməti başqa xüsusiyyətlərdən daha
aydın görünür.
Allah ilk insanlara səxavətlə lütf verdi və onları cənnət
xoşbəxtliyində yerləşdirdi. Ulu valideynlərin ilk
günahından sonra Allah onları cəzalandırmağa tələsmir,
itaətsiz məxluqları məhv etməyi arzulamır, əksinə, sevən
Ata kimi onların ürəklərində tövbə hissləri oyatmağı və
bağışlamağı arzulayır. «Haradasan? Sənə yeməyi
qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
(Yar 3, 9. 11) – deyə Rəbb insandan soruşur.
İnsanların artıq Ondan uzaqlaşdıqlarını bilmədiyinə
görə deyil, baş verən pis işə görə kədərlənən və
övladının ürəyində etdiyinə görə tövbə oyanmasını
arzulayan mehriban, sevən Ata kimi soruşur. Eləcə də
qardaşını öldürən paxıl Qabildən tövbə gözləyən Allah
ondan soruşdu: «Qardaşın Habil haradadır?» (Yar 4, 9).
Bəs məhəbbət və mərhəmətə görə deyilsə, hər şeyi bilən
və hər yerdə olan Allah nə üçün sual verir? O sanki deyir:
«Qabil, axı bu sənin doğma qardaşındır, sənin kimi
insandır, sən onu özün kimi sevməlisən, sən isə ona
nifrət etdin və onu öldürməyə cəsarət etdin. Bir fikirləş,
gör necə böyük şər iş görmüsən! Tövbə et və mən səni
bağışlayacağam!» Nə Adəm, nə Həvva, nə də Qabil
tövbə etdi. Yalnız bundan sonra Allah onları cəzalandır-
~ 179 ~
179
Dostları ilə paylaş: |