Bağışlanmanın asanlığı
Ata öz azmış oğlunu necə də asanlıqla bağışlayır!
«Rəbb, mən günah etdim... mən daha Sənin oğlun
adlanmağa layiq deyiləm, lakin mən Səndən mərhəmət
istəyirəm» deyən hətta ən iyrənc və alçaq cinayətkar
kədərlənəndə, səmimi etiraf edəndə Allah bağışlayır.
Günahlara görə kədərlənmə və məhəbbət kamildirsə,
Allah dərhal bağışlayır. Günahlara görə kədərlənmə və
məhəbbət tam kamil olmayanda da, günahkar, keşiş
vasitəsilə xilas və kömək axtaranda Allah bağışlayır.
Hamıya və hər yerdə Öz mərhəmətini bəyan etmək üçün
Allah Tövbə sirrini təsis etdi. Günahkarlara, hətta
mərhəmətə ən az layiq olanlara günahları buraxmaq
minlərlə keşişin vəzifəsidir! Bundan savayı, Allah Öz lütfü
ilə daxildən kömək edərək etiraf zamanı günahları etiraf
etməyi yüngülləşdirir, belə ki günahkar hətta ən alçaq
günahları da etiraf edə bilir!
Bağışlanmanın dolğunluğu
Mərhəmətli ata öz oğluna hər şeyi bağışladı və ona ən
yaxşı paltar gətirməyi və barmağına qaşlı üzük taxmağı
əmr etdi, bu da Onun evində oğula bütün hüquqların
qaytarılması mənasını daşıyır. Allah hətta kiçik bir şey
olan səmimi tövbə və etirafa görə ən ağır günahları
həmişəlik unutmağa razı olur! O, «paltarı və qaşlı
üzüyü», yəni təqdis edən lütfü, qəlbin gözəlliyini, itirilmiş
təmizliyi, Səmavi Padşahlıqda olmaq imkanı, ölümə
aparan günahın məhv etdiyi ləyaqəti insana qaytarır. O,
keçmişi həmişəlik unudur.
~ 187 ~
187
Böyük sevinc
İtmiş oğulun atası sevincdən özünə yer tapmır:
«Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq!»
(Luka 15, 23). Lakin Allah bundan da çox sevinir. Nə
üçün? Çünki O, övladlığa götürdüyü insanlara daha böyük
xoşbəxtlik təyin etmişdi və indi bunu onlara verə
biləcəyinə görə sonsuz sevinir. Axı Allah dünyanı və
insanları xoşbəxt etmək üçün yaratdı. Ata «çoxlu
məskəni» olan Öz evində hər birimizi görməyi arzulayır.
Lakin Allah sevgisiz, yalnız ədalətə əsaslansaydı, onda
cənnət, demək olar ki, boş olacaqdı, çünki hamımız
günahın təsirinə məruz qalmışıq.
Atasının davranışı böyük oğulu təəccübləndirdi,
nökərlər də təəccübləndilər, amma azmış oğulun özü
hamıdan çox təəccübləndi. Eləcə də Allahın hədsiz
xeyirxahlıq və mərhəmətinə görə Mələklər sözlə
deyilməz dərəcədə təəccüb edirlər. Buna görə İsa
demişdi: «Allahın mələklərinin önündə də tövbə edən bir
günahkara görə sevinc olur» (Luka 15, 10).
«Rəbbə şükür edin, çünki O, xeyirxahdır, çünki Onun
mərhəməti əbədidir!» – deyə məzmurçu nida edir.
Müqəddəs Faustinaya İsa Öz mərhəməti barədə
xatırladırdı. Sonralar o, «Gündəlik»də yazırdı: «Kim
olduğumu mən yaxşı bilirəm, çünki İsa qəlbimin gözlərini
açdı və mən yoxsulluğumun hədsiz olduğunu gördüm.
Buna görə mən indi yaxşı anlayıram ki, əgər qəlbimdə
yaxşı bir şey varsa da, bu yalnız Onun müqəddəs
lütfüdür. Yoxsulluğumu tanımağım mənə eyni zamanda
Sənin hədsiz mərhəmətini dərk etmək imkanını verir. Öz
~ 189 ~
189
daxili ruhani həyatımda mən bir gözümlə yoxsulluğumun
və yararsızlığımın hədsizliyinə, başqa gözümlə isə, ey
Allah, Sənin mərhəmətinin hədsizliyinə baxıram. ...Mən
başa düşdüm ki, Allahın ən böyük xüsusiyyətləri
məhəbbət və mərhəmətdir. Bu xüsusiyyətlər məxluqu
Yaradana bağlayır. Böyük məhəbbəti və hədsiz
mərhəməti mən Bədəndə Gələn Kəlamdan, Onun Fidiyə
işindən bilirəm və Allahda ən çox bu xüsusiyyətin
olduğunu dərk edirəm». («Gündəlik» 56, 180). 1935-ci
ildə Vilnüsdə Özünü ona göstərən İsa demişdi: «Ürəyim
insanlara, xüsusilə də, bədbəxt günahkarlara böyük
mərhəmətlə doludur. Kaş onlar yalnız bir şeyi başa
düşəydilər: Mən onlar üçün ən yaxşı Atayam, onlara
görə mərhəmətlə dolu mənbə olan Ürəyimdən Qan və
Su axdı, onlara görə Mən bəxşişxanada yaşayıram,
mərhəmət Padşahı olaraq insanlara mərhəmət vermək
istəyirəm, lakin onlar qəbul etmək istəmirlər. Heç
olmasa sən Mənim yanıma mümkün qədər tez-tez gəl və
onların qəbul etmək istəmədiyi mərhəməti qəbul et,
bununla Ürəyimə təsəlli verərsən. İnsanlar hədsiz xeyir-
xahlığa, məhəbbətin saysız sübutlarına etinasızlıq
göstərirlər. Dünyada yaşayan insanlardan Ürəyim yalnız
nankorluq və unutqanlıq görür; onların hər şeyə vaxtı
çatır, mərhəmət almaq üçün Mənim yanıma gəlməyə isə
vaxtları çatmır. ...Bu qədər bəhanə, bu qədər inamsızlıq,
bu qədər ehtiyat! Sənə təsəlli vermək üçün deyirəm ki,
dünyada yaşayanlar arasında Məni səmimi sevən
adamlar var, onların ürəklərində Mən sevinclə
yaşayıram, lakin bunların sayı çox deyil. ...Bu adamların
məhəbbəti və fədakarlığı dünyanın mövcudluğunu
saxlayır.
~ 191 ~
191
...İnsan mərhəmətimə tərəf ümidlə dönməsə, rahatlıq
tapmayacaq.
İnsanın inamsızlığı Məni çox yaralayır. İnsan Mənim
müqəddəs və ədalətli olduğumu etiraf edir, lakin
mərhəmətli olduğuma iman etmir, xeyirxahlığıma etibar
etmir.
Mərhəmət tituluna görə Ürəyim sevinir.
De ki, mərhəmət Allahın ən böyük xüsusiyyətidir.
Bütün işlərimin başında mərhəmət dayanır» («Gündəlik»
367, 300-301).
Həqiqi, səmimi tövbə və Allahın köməyi ilə insanın öz
həyatını islah etməsi Onun mərhəmətinin
izzətləndirilməsidir. Tövbə və Barışma ayininə elə hazırlaş
və iştirak et ki, bundan sonra sən deyə biləsən: «Sənin
məhəbbətinə güvənirəm. Çünki mənə olan məhəbbətin
böyükdür. Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə
şükür edəcəyəm!» (Zəb 13, 6; 86, 13. 12).
Günah barədə
Müasir insana günahın nə olduğunu dərindən dərk
etmək asan deyil. Çox vaxt bunun səbəbi hər gün rast
gəldiyimiz bir çox insanın problemi başa
düşməməsindədir. Bir çoxlarını günahlı olmaq heç
narahat da etmir. Onlar tez-tez deyirlər: «Günah o qədər
qorxuncdur? Ondan qorxmaq lazımdır? Əgər Allah
mehribandırsa, həmişə günahları etiraf etmək və
bağışlanmaq olar! Bütün insanlar müqəddəs olsa, həyat
maraqlı olmaz!» İnsanların bir çoxu Rəbb Allahın
müqəddəsliyini və ağır günahın Allaha qarşı cinayət
olduğunu, «qanunsuzluq sirrini» (2 Sal 2, 7) dərk etmir.
~ 193 ~
193
Dostları ilə paylaş: |