qazanmaq üçün Amerikaya gedir, orada 25 il işləyir və
çoxlu pul qazanır, lakin evə qayıdanda bütün pulları
yolda oğurlanır. Bədbəxt insan saçını yolur və həyatına
qəsd etmək istəyir. Ölümə aparan günah insanı bütün
xeyirxah əməllərinin mükafatından məhrum edir. Onun
vəziyyəti də belə acınacaqlıdır.
Günah Allahın iradəsinə qarşıdurmadır. Lüsifer Allaha
dedi: «Xidmət etməyəcəyəm!» Allahın və kilsənin əmrini
pozaraq hər şeyə Qadir Olanın iradəsini yerinə yetirmək
istəməyən hər kəs özbaşına pis hərəkətlər edərək Rəbbə
«Sənə xidmət etməyəcəyəm!» deyir.
Günah nankorluqdur. Allah lütflə bizə bir çox iltifat
verdi: bizə həyat, ağıl, sağlamlıq, vəzifə, dostluq, təbiət
gözəlliyini, təqdis edən lütfü və bizi Öz övladları etmək
üçün hətta bizə Öz Oğlunu da verdi! Ağır günah edən
insan isə əvəzində Allaha görünməmiş nankorluq
göstərir. Müqəddəs şəhidlərin tarixi bizə bir yırtıcı
heyvanın minnətdarlıq nümunəsi barədə bəhs edir. Bir
müqəddəs insan Afrika meşəsində idi, bir aslan
yaxınlaşıb tikanla dolu olan şişmiş pəncəsini ona uzatdı.
Heyvan o qədər əzab çəkirdi ki, kömək axtararaq insana
yaxınlaşmağa cəhd etdi. Müqəddəs tikanları çıxartdı və
yaralar sağaldı. Bir müddətdən sonra müqəddəs
yaxalandı, Məsihi inkar etmədiyinə görə sirkin səhnəsin-
də vəhşi heyvanlar tərəfindən parçalanaraq ölməli idi.
Təyin olunmuş gündə tamaşaya baxmaq üçün bir çox
bütpərəst toplandı, səhnəyə həmin müqəddəs insanı
gətirdilər, sonra isə buraya vəhşi aslanı buraxdılar. Ac
heyvan öz qurbanına hücum etdi, lakin birdən quyruğunu
bulamağa və mehribanlıq etməyə başladı. Bu,
müqəddəsin bir neçə il əvvəl pəncəsindən tikanları
~ 207 ~
207
çıxartdığı həmin o aslan idi. Əgər düşüncəsiz heyvan
instinktlə bu qədər ecazkar minnətdarlığa qadirdirsə,
Allah övladları, Məsih tərəfindən fidiyə olunmuş biz
məsihçilər Allahımız və Xilaskarımıza nə qədər çox
minnətdar olmalıyıq və Onu günahlarla təhqir etməmə-
liyik. Bir dəfə makedoniyalı kral Filipin yanına onun
ordusunda xidmət edən zabitlərdən biri haqqında şikayət
edən balıqçı gəldi. Zabit onun evinə soxuldu, pul tələb
etdi, onu döydü, ölümlə hədələdi, axırda da evi yandırdı.
Amma o, bir neçə gün bundan əvvəl üzəndə batdığı
zaman bu balıqçı onu xilas etmişdi. Şahidlər balıqçının
sözlərini təsdiqləyəndə kral Filip təqsirkarın alnında
«nankor» sözünün damğasını vurmağı əmr etdi.
Adamların gözlərinə görünməsə də, ağır günah edən hər
bir məsihçi alnında buna bənzər işarəni daşıyır.
Günah insanın qəlbində Məsihi çarmıxa çəkir.
Müqəddəs Alfons Liquorinin yeparxiyasında sözləri və
davranışı ilə gəncləri yoldan çıxaran bir günahkar var idi.
Yepiskop bu insana onun yanına gəlməyi əmr etdi. O içəri
girmək üçün qapını açanda kandara qoyulmuş xaçı gördü
və tərəddüd içində dayandı. Müqəddəs onun tərəfinə üz
tutub dedi: «İçəri keç!» «Həzrət, – deyə o cavab verdi, –
xaçı tapdalamağa dini hisslərim məni qoymur».
Müqəddəs Alfons nida etdi: «Eləmi? Söz və əməllərinlə
şüurlu olaraq Onu təhqir edəndə Rəbbin Müqəddəs
Çarmıxını qəlbində dəfələrlə tapdalamamısanmı?» Bu
sözlər günahkarın qəlbinə elə dərin təsir göstərdi ki, o
gündən etibarən o, həyatını tamamilə dəyişdi. Müqəddəs
Yazı deyir ki, ağır günah edən məsihçilər «Allahın Oğlunu
yenidən çarmıxa çəkib rüsvay edirlər» (İbr 6, 6).
Könüllü və şüurlu edilən gündəlik günah ruhani
~ 209 ~
209
inkişafa, İlahi lütfün qəbul edilməsinə və duaya böyük
maneə törədir. İnsan dua etmək istəmir və Allah belə
insana bol səxavət verə bilmir. Məsih dedi: «Hansı
hökmlə mühakimə etsəniz, onunla da mühakimə
olunacaqsınız» (Mat 7, 2).
Nəticədə qeyd etmək lazımdır ki, günah insanı kor
edir. O öz nöqsanlarını daha görmür və Allahdan
uzaqlaşaraq şərdə daha çox möhkəmlənir. Nəticədə
insan Rəbbin mərhəmətini qəbul etmək və Onun
məhəbbətinə cavab vermək (Müqəddəs Ruha qarşı
günah) qabiliyyətini itirir və Allah onu tərk edir. Allahın
bağışlamaq istəmədiyinə görə deyil, insanın günahları
barədə kədərlənməyə və Allahın mərhəmətini qəbul
etməyə qadir olmamasına görə tövbə qeyri-mümkün
olur.
«Övladlarım, bunları sizə yazıram ki, günah
etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın
hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
İsanın qanı bizi hər günahdan təmizləyir», – deyir Həvari
(1Yəh 2, 1; 1, 7).
4. TÖVBƏ AYİNİ
Tövbə ayininin təsisi
İsa Həvarilərə Ümumdünya Kilsəsisinin övladlarını
idarə etmək hakimiyyətini verdi: «Sizə doğrusunu
deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə
bağlanmış olacaq və yer üzündə açacağınız hər şey
göydə açılmış olacaq» (Mat 18, 18). Diriləndən sonra
Xilaskar Həvarilərə göründü və onlara günahları
bağışlamaq səlahiyyətini verdi. Bu belə oldu: «O gün –
həftənin ilk günü axşam çağı Yəhudi başçılarından
~ 211 ~
211
qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı
olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam
olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü
göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə
onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi
Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların
üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin
günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını
bağışlamasanız, bağışlanmamış qalır» (Yəh 20, 19 23).
Kilsədə günahları bağışlamaq səlahiyyəti Həvarilərin
davamçısı olan yepiskoplara verilib. Öz növbələrində,
onlar bu səlahiyyəti keşişlərə verirlər, keşişlər isə onu
Tövbə və Barışma ayinində istifadə edirlər.
Vəftizdən sonra edilən günahların bağışlanmasını
almaq üçün Tövbə ayinində iştirak etmək lazımdır.
Katolik Kilsəsinin Katexizisi öyrədir: «Tövbə ayinində
iştirak edənlər Allahın mərhəməti ilə Onun qarşısında
etdikləri günahın buraxılmasını
alır
və eyni zamanda
Kilsə ilə barışırlar. Günah etməklə onlar Kilsəni
yaralayırlar, Kilsə isə öz məhəbbəti, nümunəsi və duaları
ilə onların tövbəsinə kömək edir» (KKK 1422).
Müqəddəs Kilsənin ən başlanğıcdan günahları
buraxma səlahiyyətindən istifadə etdiyi barədə qədim
kilsə yazarları və Kilsə Ataları şəhadət edirlər. Məsələn,
II-III əsrlərdə yaşayan Müqəddəs Kiprian yazırdı: «Hələ ki
günah etirafı qəbul olunur, xeyirxah işlər və Tövbə Allaha
məqbuldur, yepiskop günahları buraxa bilir və bu, Allaha
məqbuldur, qoy hər kəs öz günahını etiraf etsin»
(«Əxlaqsızlar haqqında»).
Tövbə ayininin şərtləri
~ 213 ~
213
Dostları ilə paylaş: |