tövbə zamanı söylədiyindən asılı olmayaraq, o nə «hə»,
nə də «yox» deyə bilər. Qəzəblənmiş kral keşişə işgəncə
verməyi və yalnız bir söz – «hə» yaxud «yox» cavabını
əldə etməyi əmr etdi. İşgəncənin faydasız olduğunu
görən cəlladlar kralın əmri ilə Müqəddəs İohannın dilini
kəsdilər və onu körpüdən ataraq Vitava çayında
boğdular. Lakin çox keçmədən imanlılar onun bədənini
tapdılar və Müqəddəs Çarmıx Kilsəsində basdırdılar.
Xalqın böyük narazılığı qarşısında dayana bilməyən kral
taxtdan imtina etməyə məcbur oldu və sürgündə
gözlənilmədən öldü.
Böyük fransız alimi Paskal Blez deyirdi: «Allahın insana
mərhəməti nə qədər böyükdür! Yalnız lənət təhdidi ilə
etirafımızın sirrini qorumağa borclu olan bir Kilsə xadimi
qarşısında cinayətləri etiraf etmək lazımdır, lakin insanın
korlanması o qədər böyükdür ki, bu ona çox ağır gəlir».
Tövbə necə olmalıdır? O səmimi, tam və aydın
olmalıdır.
Səmimi tövbə o vaxt olacaq ki, günahlarımızı
vicdanımızın bizə söylədiyi kimi, nə azaltmadan, nə də
artırmadan etiraf edirik. Günahların səmimi etirafından
utanmaq lazım deyil, çünki Allah bütün günahlarımızı
bilir, ürəkdən olan etirafımızı görən keşiş isə sevinir. Öz
xəstəliklərini şişirdən, müxtəlif simptomlar uyduran və
həkimi tamamilə çaşdıran xəstə barədə nə deyə
bilərsiniz? Axı həkim ona heç cür kömək edə bilməz!
Yaxud xəstə həkimin bütün suallarına belə cavab
versəydi ki, «eybi yox həkim, bir təhər... hər şey düzələr»
onda həkim belə xəstəyə necə kömək edə bilərdi? Eyni
~ 263 ~
263
cür əgər tövbə edən şəxs vicdanında olanları keşiş
qarşısında olduğu kimi açmırsa, Məsih onun qəlbinə şəfa
verə bilməz.
Tam tövbə o vaxt olacaq ki, biz bütün, heç olmasa
ciddi vicdan sınağı nəticəsində xatırladığımız ağır
günahları etiraf edək. Əlbəttə, insan Allahı bütün ürəyi
və ağlı ilə sevməyə can atanda bütün gündəlik
günahlarını da düzəltməyə çalışacaq və onları etiraf
edəcək. Lakin bir kəs ölümə aparan günahı (qorxu
yaxud utancaqlığa görə qəsdən deməmək) şüurlu
şəkildə gizlətsə, onun tövbəsi həqiqi olmayacaq, sanki
günahları barədə o heç kədərlənmir. Bu, küfr tövbəsi
adlanır. O, Allahı təhqir edir və tövbə edənin hesabına
daha bir ölümə aparan günah əlavə edir. Yalandan tövbə
etməkdənsə heç tövbə etməmək daha yaxşıdır. Yəhuda
İskaryotun taleyini unutmayaq. Gizli Gecədə İsa ona
xəyanət etmək niyyətini tam dərk etmək və tövbə
etmək üçün imkan verib dedi: «Sizə doğrusunu deyirəm:
sizlərdən biri Mənə xəyanət edəcək». Onlar çox
kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən
deyiləm ki?» Həvarilər öz fikirlərində bu niyyətin
olmadığını göstərmək istəyirdilər. Yəhuda da riyakarlıqla
söylədi: «Rabbi, mən deyiləm ki?» (Mat 26, 20-25). Küfr
tövbəsini edən ilk adam o idi.
Saleh həyat sürdüyünü göstərən bir qadın tez-tez
tövbə edir və Rəbbin Müqəddəs Evxaristiyada iştirak
edirdi. O ağır xəstələnəndə keşiş evinə gəldi və ona
müqəddəs Ayinlərlə xidmət etdi. O, bir neçə saatdan
sonra yaxınlaşan ölümü hiss edərək məyus oldu,
gözlənilmədən gəncliyinin günahlarını etiraf etməyə
~ 265 ~
265
başladı. Onun bu davranışı analarını həmişə təmkinli
görən uşaqları sarsıtdı, lakin ona heç cür kömək və
təsəlli verə bilmədilər. Qadın isə məyusluğun dəhşətli
iniltisi ilə öldü. Heç kim başqa adamın vicdan sirrini və
onun Rəbb Allahla şəxsi münasibətini bilmir, lakin
ölümdən əvvəlki bu dəhşət tövbədə günahların
gizlədilməsinə şəhadət etmirmi?
Müqəddəs Antoni danışırdı ki, bir zahid insanların
Kilsədə tövbə etdiyi vaxt bir cənabı gördü; o, adamlar
arasında gəzir, öz növbəsini gözləyirdi və onlara hansısa
vərəqçələri paylayırdı. Vərəqçəni əlinə alan adam dərhal
tərləməyə, əsməyə və qəmlənməyə başlayırdı. Buna
təəccüb edən Müqəddəs adam naməlum şəxsin əlindən
tutdu və soruşdu: «Sən nə edirsən?» İblis isə cavab
verdi: «Adamlara utancaqlığını qaytarıram. Onlar günah
edəndə onlardan utancaqlıq hissini alıram, lakin onlar
tövbəyə gedəndə utancaqlıq hissini onlara qaytarıram.
Mən nə qədər də mərifətliyəm, elə deyilmi?» – bunu
istehza ilə deyən şər ruh yox oldu.
Qoyunu boğan canavar onu boğazından tutur ki, səsini
çıxarmasın və çobanı köməyə çağırmasın. Eləcə də insanı
məhv etmək arzusunda olan iblis onu «boğazından
tutur», yəni qəlbini narahatlıq, qorxu və utancaqlıqla
doldurur ki, insan öz günahlarını etiraf etməsin, xeyirxah
Çobanı, Xilaskar İsa Məsihi köməyə çağırmasın və
bağışlanmasın.
Bir çox müqəddəs mistiklər israr edirlər ki, cəhənnəmə
düşən insan canlarının əksəriyyəti burada küfr tövbəsinə
görə mühakimə olunurlar. İnsani zəifliyinə görə onlar
ehtirasa qapıldılar və Allahın əmrlərini pozub günah
~ 267 ~
267
Dostları ilə paylaş: |