üçün o daha bir şey etməlidir: öz günahlarına görə
müvafiq olaraq “əvəz” verməli yaxud “rəhmə
gətirməlidir”. Belə “rəhmə gətirmə” həmçinin
“yepitimiya” da adlanır» (KKK 1459) – deyə Katolik
Kilsəsinin Katexizisi öyrədir.
Yepitimiyanın
(mərhəmət və orucdan ibarət
xeyirxah işlər) məqsədi günahlara görə bu həyatda və
ərafda insanı gözləyən cəzadan xilas olmaqdır. Birinci
əsrdə məsihçilər Tövbə ayinindən sonra ağır yepitimiya
alırdılar. Məsələn, bir neçə gün ərzində çörək və su ilə
oruc tutmaq, uzun dualar etmək, zəvvarlıq, sədəqə. Ən
ciddi yepitimiyalardan biri insanlar qarşısında tövbə idi.
Hamıya günahları məlum olan, öz əməlləri və sözləri ilə
başqalarını yoldan çıxaran insanlar belə etiraf etməli
idilər. Camaat qarşısında tövbə etməklə və islah olmaq
barədə vəd verməklə onlar Kilsəyə etdikləri pisliyə görə
müəyyən qədər əvəz verməli idilər. Camaat qarşısında
tövbə əsrlər boyunca, hətta indiki vaxtadək mövcuddur.
Mətbuatda nəşr olunan kitab yaxud məqalələri vasitəsilə
çox pislik edənlər imana gələndən sonra məsihçi imanı
və mənəviyyatının əleyhinə söylədiklərini camaat
qarşısında mətbuatda təkzib etmək barədə vicdanlarının
əmrini hiss edirdilər.
XX əsrdə camaat qarşısında tövbə edən amerikalı
həkim Bernard Natansonu bütün dünya tanıyır. Məhz
onun cəhdlərinə görə Amerikada abort etməyə icazə
verilmişdi. Baş verənin faciə olduğunu dərk edən həkim
camaat qarşısında bütün dünyaya bunu pula görə
etdiyini və əslində abortun nə olduğu barədə insanların
~ 285 ~
285
aldadıldığını etiraf etdi. İndi o, dünyaya gəlməmiş
uşaqların dəhşətli qətlini dayandırmağa və adamlar
qarşısında təqsirini yumağa çalışaraq televiziya
kameraları qarşısında daim bu barədə danışır.
IV əsrdə Roma qeysəri Böyük Feodosi Salonik
şəhərində üsyanı yatırtmaq üçün onun 2500 sakinini
qətlə yetirməyi əmr etdi. O,
Rəbbin
Günü Liturgiyaya
gələndə Мilan şəhərinin Yepiskopu müqəddəs Amvrosi
onu Kilsəyə buraxmadı, xalq qarşısında imperatora
yepitimiya qoydu, qeysər isə bunu öhdəliyinə götürdü. O,
tövbə işini tam yerinə yetirmədən Kilsəyə girə bilməzdi.
İndiki günlərdə keşişlər adətən yüngül yepitimiya
qoyurlar. Bunun səbəbi imanın zəifliyi və müasir
məsihçilərin tənbəlliyidir. Tövbə zamanı üzərimizə
qoyulmuş yepitimiyanı yerinə yetirərkən günahlarımızın
əvəzini Allaha tam verdiyimizə ümid edərək özümüzü
aldatmamalıyıq. Yepitimiya Ayinin həqiqi olması və
günahların buraxılmasının əldə edilməsi üçün zəruridir; o,
günahlardan azad olma ilə bilavasitə əlaqəlidir. Əgər
tövbə zamanı tövbə edən üzərinə qoyulan yepitimiyanı
ürəkdən qəbul etməsə və onu yerinə yetirməyəcəyini
özünə söyləsə, tövbə həqiqi olmayacaq və o,
günahlarının buraxılmasını almayacaq. Əgər insan tövbə
zamanı üzərinə qoyulan yepitimiyanı yerinə yetirməyə
səmimiyyətlə razı olursa, lakin sonra onu yerinə
yetirməkdə etinasızlıq göstərirsə, tövbə həqiqi olur,
amma o, yeni günahda (yepitimiyanı yerinə
yetirməməkdə) təqsirkar olur. Lakin tövbədən sonra
tövbə edən sadəcə olaraq yepitimiyanı yerinə yetirməyi
~ 287 ~
287
unudursa, onda günah etmir, lakin Allahı bacardığı qədər
razı salmır. Müqəddəs Kilsə bizi xeyirxah tövbə işlərinə,
xüsusilə də mərhəmət işlərinə çağırır. Mərhəmət işlərini
biz üç qrupa bölə bilərik: dua, sədəqə və oruc. Keşişlər
çox vaxt yepitimiya kimi dua etməyi tapşırırlar. Onu lütf
vəziyyətində yerinə yetirmək lazımdır və bunda çox
ləngimək lazım deyil. Tövbəni qəbul edən şəxs tərəfindən
üzərimizə qoyulan yepitimiyanı yaxşı anlamaq lazımdır.
Lakin hansı yepitimiyanın üzərimizə qoyulduğunu başa
düşməsək, xahiş etməliyik ki, keşiş onu bizə təkrar yaxud
izah etsin. Əgər keşişin üzərimizə qoyduğu yepitimiya
həddindən ağır olsa yaxud biz onu yerinə yetirə bilməsək,
bu barədə ona mütləq deməliyik və bizim gücümüzə
uyğun olan başqa yepitimiyanı istəməliyik. Lakin biz bu
yaxud digər ruhani tapşırığı yerinə yetirməyə razılıq
vermişiksə, daha özümüz onu dəyişə bilmərik. Təcrübədə
yepitimiyanı yerinə yetirə bilməyəcəyimizi aşkar etsək,
növbəti tövbədə bizə başqa yepitimiya verilməsini xahiş
etməli və bu xahişin səbəbini izah etməliyik. Tövbəni
qəbul edən bizə sədəqə verməyi yaxud oruc tutmağı
təyin edə bilər. Yaxşı olar ki, insan özü də bəzən
günahlarına görə Allaha əvəz vermək məqsədi ilə Tövbə
işlərini görsün. Biz belə işləri əhəmiyyətsiz hesab edə
bilərik, lakin bunlar Allaha məqbuldur, çünki O bizim
təvazökarlığımızı və tövbəmizi görür (məsələn, sevimli
xörəkdən yaxud şirniyyatdan inkar edərək dilənçiyə heç
olmasa kiçik sədəqə yaxud mərhəmət işi üçün ianə
vermək). Lakin xüsusi olaraq özümüzün cismin
ehtiraslarını öldürməyə səy göstərməyimiz zəruri deyil,
çünki həyat hər dəqiqə bizə bir çox kiçik əzab və sınaqlar
göndərir (xəstəliklər, uğursuzluq, cəhdlərimizin və
~ 289 ~
289
Dostları ilə paylaş: |