Bir icmada çox yaxşı bir boyaqçı yaşayırdı. Bir dəfə o,
dəmirçi ilə dalaşdı və adamlar qarşısında ona böhtan
atdı (guya, o, oğrularla əlbirdir və onlara saxta açarlar
düzəldir). Bununla o, insanları dəmirçidən uzaqlaşdırdı
və onu müştərilərdən məhrum etdi. Dəmirçi şikayətlə
kişi monastırının başçısının yanına gəldi. Keşiş ağ parça
götürüb boyaqçının yanına gəldi, onu qara rəngə
boyamağı xahiş etdi. Boyaqçı bunu çox yaxşı etdi.
Parçanı görəndən sonra baş keşiş onu yenidən ağ rəngə
boyamağa xahiş etdi. Usta çox təəccübləndi və dedi:
«Ata, bunu heç kim yaxşı edə bilməz. Ağı qaraya
boyamaq olar, lakin əksinə... Əfsus!» – «Bəli, – deyə
keşiş cavab verdi, – bəs sən indi insanların gözlərində
adını qara etdiyin dəmirçinin adını necə təmizə
çıxaracaqsan?» Boyaqçı bu nəsihəti başa düşdü və o
vaxtdan etibarən dəmirçinin xeyirxah adını qaytarmağa
çalışdı.
Bir nəfər 661 qulden məbləğində pul köçürməsi və
izah məktubu aldı: «Xahiş edirəm bu pulu qəbul edin:
400 quldeni mən sizə hesabda əskik verdim, 221 qulden
isə sizin bu vaxt ərzində ala biləcəyiniz faizdir. Xahiş
edirəm, məni bağışlayın, çünki bu pul mənim daim
uğursuzluğuma səbəb oldu».
Gəlin Tövbə və Barışma Ayininə yaxınlaşaraq cəsarətli
olaq ki, başqa adamlara verdiyimiz maddi və mənəvi
ziyanın əvəzini ödəmək hazırlığımızı görən Allah
mərhəmətlə günahlarımızı buraxsın və onları unutsun.
~ 297 ~
297
Tövbə ayininin ruhani səmərələri
Katolik Kilsəsinin Katexizisi (KKK (1496) belə deyir:
«Tövbə ayininin ruhani nəticələri bunlardır:
- Allahla barışma – bunun vasitəsilə tövbə edən şəxs
lütfü yenidən əldə edir;
- Kilsə ilə barışma;
- ölümə aparan günahların nəticəsi olan əbədi cəzadan
azad olma;
- günaha görə müvəqqəti cəzadan qismən olsa da,
azad olma;
- vicdanın sakitliyi və sülhü, ruhani təsəlli;
- məsihçi mübarizəsi üçün gərək olan ruhani qüvvənin
artması»
Ağır günah insanı Allahdan ayırır. Onun nəticələrini o
biri tərəfə keçməyi mümkün etməyən uçurum yaxud
azadlığa çıxmağı mümkün etməyən həbsxana divarı ilə
müqayisə etmək olar. Günah insanın Allaha elan etdiyi
müharibədir, bu müharibədə təcavüzkar həmişə insan
olur. Tövbə sülh barədə dilək, hücuma görə üzr diləmə və
barışma barədə xahişdir. Bu, günah vəziyyətində olan
insanı Rəbb Allahdan ayıran uçurumun üzərində
körpünün tikilməsidir; bu, Allahın və insanın düşməni
olan iblisin bizi saxladığı həbsxana divarının dağılmasıdır.
Tövbə bizi Allahla barışdırır.
Tövbə günaha görə itirilmiş təqdis edən lütfü bizə
qaytarır. Müqəddəs vəftizdə aldığımız bu lütf bizi Allah
övladları, Səmavi Padşahlığın varisləri, İsa Məsihin
qardaşları və Allaha məqbul insanlar edir. Təqdis edən
lütfün itirilməsi insanı yenidən şər ruhun əsarətinə
~ 299 ~
299
gətirir, bunun da nəticəsi rədd olunma və cəhənnəmdə
əbədi cəzadır. Tövbə Ayinində Allah günahkara «toy
libası»nı qaytarır (müqayisə edin: Мat 22, 11).
Tövbə bizi Məsihin Kilsəsi ilə barışdırır. Kilsə Onun sirrli
Bədənidir. Onunla birlik Məsihlə birliyin əlamətidir və
əksinə, kilsədən ayrılma Rəbdən ayrılmanın əlamətidir.
Tövbə ayinində təqsirin buraxılması ölümə aparan
günahın nəticəsi olan cəhənnəmdəki əbədi cəzanı məhv
edir. Günahın nəticəsi olan bu həyatda yaxud ərafda olan
müvəqqəti cəzaların bağışlanması günahın buraxılması
anında kədərlənmənin və məhəbbətin gücündən asılıdır.
Kədər nə qədər kamil olsa və məhəbbət nə qədər güclü
olsa, Allah da müvəqqəti cəzaları bizə o qədər çox
bağışlayır.
İndulgensiya haqqında
İndulgensiyanın alınması Tövbə Ayini ilə sıx bağlıdır.
İndulgensiya Allah tərəfindən təqsiri bağışlanmış
günahların müvəqqəti cəzalarının buraxılmasıdır.
İndulgensiya tam yaxud natamam ola bilər. Tam
indulgensiya günahlara görə bütün müvəqqəti cəzaların
ləğvidir. Natamam indulgensiya müvafiq cəzaların
qismən ləğv edilməsidir.
Tam indulgensiyanı almaq üçün növbəti şərtləri yerinə
yetirmək lazımdır:
– təqdis edən lütf vəziyyətində olmaq (Tövbə ayinini
qəbul etmək) və Evxaristiyada iştirak etmək;
– hətta ən balaca könüllü günaha yaxud natamamlığa
bağlılıqdan azad olmağa çalışmaq;
~ 301 ~
301
– Roma Papasının niyyəti ilə dua etmək;
– indulgensiya ilə əlaqəli olan və Kilsə tərəfindən təyin
olunan işi yerinə yetirmək.
Tövbə Ayininin növbəti səmərəsi ruhani sevincin və
vicdan sakitliyinin qayıtmasıdır. Bu daxili sevincin,
sülhün, harmoniyanın və ruhani tarazlığın dəyərini
tez-tez tövbə edən bilir. Yeni Katexizis Tövbəni «Şəfa
Ayini» adlandırır. Bununla Kilsə demək istəyir ki, Barışma
Ayinində iştirak edən Allahdan nəinki günahların
buraxılmasını, həmçinin günahın yaraladığı ürəyinə şəfa
da diləməlidir. Tövbə edənin ümidi olmalıdır ki, Allah
ürəyinin dərinliyindəki yaraları sağaltmaq, günahın
mənbələri olan ehtirasların təsirini zəiflətmək istəyir və
bunu etməyə qadirdir. Çünki xəstəliyin zahiri təzahürünü
deyil, onun mənbəyini müalicə etmək lazımdır. Tez-tez və
lazımi hazırlıqla etiraf edən kəs yavaş-yavaş
günahkarlığının kökündən şəfa tapır. İsa deyir: «Əgər
gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.
Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq
olacaq» (Mat 6, 22-23). Tez-tez tövbə bizi pis meyllərdən
təmizləyir, bizdəki ehtirasları zəiflədir, niyyət və
arzularımızı nəcibləşdirir, vicdanımızı formalaşdırır, onu
əzmli və həssas edir.
Günahların etirafı yüngüllük və ruhani tarazlıq gətirir.
Uzun illər ərzində tövbə etməyən bir kişi xeyli
tərəddüd edəndən sonra Tövbə Ayinində iştirak etdi. Evə
qayıdıb arvadına dedi: «Özümü elə yüngül hiss edirəm
ki, elə bil çiyinlərimdən nəhəng yük götürüldü».
Tövbədən sonra insan ruhani cəhətdən daha güclü
olur: onda xeyirxahlıq etmək arzusu yaranır, özündəki
~ 303 ~
303
Dostları ilə paylaş: |