etdilər, sonra isə tövbədə şüurlu və könüllü olaraq bu
günahları gizlətdilər, onları bütün həyatı boyu gizlədərək
tövbə etmədən öldülər və mühakimə olundular.
Bəziləri ehtiyat edirlər: «Günahlarımı etiraf etsəm,
tövbəni qəbul edən keşiş mənim barəmdə nə fikirləşər?
O məni şiddətlə danlamazmı? Günahlarımı başqalarına
danışmazmı?» Bu fikirlərin hamısı boş və mənasızdır.
Çünki tövbəni qəbul edən şəxs tövbə zamanı təvazökar,
amma tövbə edən və islah olmaq əzmi ilə dolu olan
adama rast gələndə sevinir. Məsih Müqəddəs Peteri,
Məcdəlli Məryəmi, iflic olanı, ağıllı qulduru danlamadığı
və təqsirləndirmədiyi kimi səmimi olan adamı da keşiş
danlamır və təqsirləndirmir. Lakin Rəbb İsa özünü
başqalarına həqiqətdə olduğundan daha yaxşı
göstərmək istəyən və tövbə etməyən adamların
ünvanına çox ağır sözlər söylədi. Xilaskarın həlimliyinə
və mərhəmətinə baxmayaraq, o öz dəhşətli niyyətini
etiraf etməyən Yəhuda İskaryot barədə dedi: «O adam
heç doğulmasaydı, onun üçün daha yaxşı olardı» (Мark
14, 21).
Tövbə edəndən sonra bir qız uzun müddət tanış
olduğu Müqəddəs Fransisk di Salesdən soruşdu:
«Müqəddəs Ata, bundan sonra çox güman ki mənim
barəmdə daha əvvəlki kimi düşünməyəcəksiniz, elə
deyilmi?» – «Bəli, əlbəttə, – deyə müqəddəs cavab verdi,
– indi mən sənə daha çox hörmət edirəm, çünki sən artıq
(Tövbə və təqdis edən lütfə görə) Allahın övladı oldun».
Kenterberiyanın baş Yepiskopu olan Müqəddəs Anselm
bir dəfə pəncərədən bir oğlanın sapa bağlı olan quş ilə
~ 269 ~
269
oynadığını gördü. Quşcuğaz qanadlarını açıb havaya
qalxırdı, lakin oğlan sapdan dartırdı və quş yerə düşürdü.
Bu, bir neçə dəfə təkrar olundu, lakin birdən sap qırıldı
və quş uçub getdi. Müqəddəs sevindi və bərkdən güldü.
Burada olanlar ondan soruşdular: «Nə olub?» Müqəddəs
gördüyü barədə onlara danışdı və əlavə etdi: «Çox rahat
oldum, çünki bu mənə tövbə və günahların buraxılmasını
xatırlatdı. Günahlı insan sapla bağlı olan quşa bənzəyir,
iblisin hakimiyyəti altındadır, azad deyil, lakin günahlarını
səmimi etiraf etsə və onun günahları buraxılsa, iblisin
onu özünə bağladığı bütün zəncirləri qırır».
Tövbə insanı alçaltmır, əksinə, yüksəldir, çünki insanın
həqiqi iyerarxiya dəyərlərini bildiyi barədə şəhadət edir.
Müqəddəs İohann Xrizostom deyir: «Allah insana
günahdan yan keçməsi üçün günahla bağlı xəcalət
hisslərini verdi. Həmçinin Allah insana tövbəyə etibar
hissini verdi və günahları barədə kədərlənənlərə, islah
olmaq istəyənlərə bağışlanmanı vəd etdi. Şər ruh isə hər
şeyi təhrif edir, günah etməkdən əvvəl insana ümid verir,
sonra isə xəcalət hisslərini oyadır ki, biz tövbə zamanı
günahları etiraf etməyək».
Məsihin doğulmasından əvvəl yaşayan məşhur filosof
Sokrat bir dəfə şəhərdə axmaqlığı ilə məşhur olan
adamla bir evdən çıxan şagirdlərindən birinə rast gəldi.
Xəcalət çəkən gənc qayıdıb qapı arxasında gizlənmək
istədi. Müdrik adam isə ona dedi: «Oğlum, çıxanda yox,
bu evə girəndə xəcalət çəkmək lazım idi».
Məcdəlli Məryəm çoxlu insan qarşısında Xilaskarın
~ 271 ~
271
ayaqlarına düşüb ağlayırdı; bağışlanmanı arzulayan
qadın bununla tövbə barədə şəhadət edirdi. Müqəddəs
Avqustin gəncliyinin günahlarını nəinki Allahın xadiminin
önündə, həm də «Tövbə» kitabında bütün dünya
qarşısında etiraf etdi. Bu kitab onun Allaha gəldiyi yol
barədə bəhs edir. Müqəddəs hamının qarşısında Rəbbi
gec sevdiyinə görə tövbə etdi.
Bəzi insanlar tövbədə gizlətdikləri günahı ürəklərində
saxlayaraq öz-özlərinə deyirlər: «Bilirəm, Allah qarşısında
bütün günahlarımı etiraf etməyib çox pis iş görmüşəm.
Bunu mütləq edəcəyəm, lakin indi yox, sonra bir qədər
sonra... Qocalanda, ölməzdən əvvəl keşişi çağıraram,
səmimi tövbə edərəm və günahlarımın buraxılmasını
alaram. İndi isə mənim etiraf etməyə hələ gücüm
yoxdur». Lakin yaxşı dərk etmək lazımdır ki, tövbəni
ölüm gününədək ləngidərək belə düşünmək Müqəddəs
Ruha qarşı günahdır. Florensiya Arxiyepiskopu Müqəddəs
Antonin bütün şimali İtaliyanı sarsıdan bir hadisə barədə
bəhs edir.
Çox yaxşı bir ailədə böyümüş, monastırda da çox
nümunəvi həyat yaşamış gənc bir rahib öldü. Hamı
deyirdi ki, ona görə heç dua etmək də gərək deyil, çünki
o, xilas olub. Axı əgər bu adam xilas olmayıbsa, onda kim
xilas ola bilər? Lakin ölü duasından və dəfndən əvvəl
qardaşlardan biri qəflətən ölünü dəmir zəncirlərlə
buxovlandığını gördü. Sanki o, alov içində bütün yanırdı.
Bədbəxt dəhşətli səslə fəryad etdi: «Mənə görə dua
etməyin, çünki mən əbədi zülmə məhkum olunmuşam».
O danışdı ki, on yeddi yaşında olanda o, tövbədə günahını
gizlədib Evxaristianı qəbul etdi. Hər gün vicdan əzabı
~ 273 ~
273
çəkərək etiraf etməyi ləngidirdi. Vicdan əzabını boğmaq
və özünü xeyirxah olduğuna inandırmaq üçün gənc
monastıra getməyi qərara aldı və belə də etdi, lakin orada
daha çox alçalmaq, günahı və küfrünü etiraf etməyə
özündə güc tapa bilmədi. Hətta ölüm yatağında da o
fikirləşirdi: «Hamı mənə hörmət edir. Bunları danışsam,
keşiş mənim barəmdə nə fikirləşər?» Sonra özündən getdi
və daha özünə gəlmədi, öldü və məhkum olundu. Bunu
danışan ölü yox oldu, bütün monastırı və Kilsəni dözülməz
üfunətlə doldurdu, belə ki heç kim orada qalıb daha dua
edə bilmədi.
Əgər bir kimsə günahını etiraf etməkdə çox çətinlik
çəkirsə, qoy tövbə zamanı keşişə desin: «Ata,
vicdanımda elə bir şey var ki, onu dilə gətirə bilmirəm».
Onda keşiş kömək edəcək, sual verəcək və bütün
mümkün olan günahların adını çəkəcək və tövbə edənin
günahının adını çəkəndə, o deyəcək: «Hə, mən bu
günahda təqsirkaram».
Günahları necə etiraf etmək lazımdır? Aydın
və
birmənalı
.
Tövbə özünü mühakimə etməkdir, təqsirinin etirafıdır,
Müqəddəs Yazıda deyilir: «Əgər biz özümüzü düzgün
dərk etsəydik, mühakiməyə düşməzdik» (1 Kor 11, 31).
Buna görə də təqsirin etirafı qısa və aydın olmalıdır.
Tövbə zamanı yalnız ona aid olan şeylər barədə
danışmaq lazımdır. Həyatınızdan hekayələr danışmaq
məsləhət deyil. Başqa adamların günahları barədə
danışmaq, səninlə birlikdə günahında iştirak edən başqa
~ 275 ~
275
Dostları ilə paylaş: |