və heç nədir.
Eləcə də V əsrdə yaşayan Misirli Məryəmin islah olmaq
niyyəti fəal idi. On iki yaşında evdən qaçıb İsgəndəriyyə
şəhərinə yollandı. O, on yeddi il ərzində kişiləri yoldan
çıxarmaqla məşğul idi. Bir dəfə maraq üçün ziyarətçilərə
qoşulub Müqəddəs Torpağa getdi. Orada o, Rəbb İsanın
bəşəriyyətin xilasına görə həyatını qurban verdiyi
Müqəddəs Çarmıxa sitayiş etmə mərasiminə baxmaq
istəyirdi. Yerusəlimə gəlib bayramın başlanma gününü
gözləyərək öz «işi» ilə məşğul olmağa başladı. Müqəddəs
Çarmıxın Ağacına sitayiş günündə isə məbədə
yaxınlaşaraq müqəddəs yerə girmək istədi. Amma birdən
onu bir qüvvə itələdi. Bu, ikinci və üçüncü dəfə də təkrar
olundu. Dəhşətə düşmüş Məryəm diz çökdü və məbədə
daxil olub Rəbbin Müqəddəs Çarmıxının Ağacını görmək
üçün həyatını tamamilə dəyişməyə söz verərək Allahdan
mərhəmət diləməyə başladı. Bundan sonra o, Kilsəyə
girib Müqəddəs Çarmıxa sitayiş etdi. Verdiyi sözünün
üstündə dayandı. O, könüllü olaraq üzərinə yepitimiya –
İordan çayının yanındakı səhrada əmək və dua içində
yaşamağı qoydu. Orada o, qırx yeddi il yaşadı və həyatını
lütf və müqəddəsliklə bitirdi.
İslah olmaq barədə fəal niyyət günaha aparan
vəziyyətlərdən çəkinmək qərarını özündə birləşdirir. Belə
vəziyyətlər günaha təhrik edən, günaha gətirib çıxaran
yaxud günah etməyə kömək edən başqa insan, müəyyən
bir yer yaxud əşya ola bilər. Əgər müəyyən bir dəstədə
mütləq içib sərxoş olacağını bilirsənsə, bu insan qrupu
sənin üçün günaha aparan vəziyyət olacaq. Əgər sən
bilirsən ki, ateist söhbətlərə qulaq assan, pis kitablar
oxusan, özündə imana və Müqəddəs Kilsəyə qarşı
~ 243 ~
243
qarşıdurma yetişdirəcəksən, qəlbində isə Allahın
mövcudluğuna dair şübhələr yaranacaq, bu söhbətlər və
kitablar sənin üçün günaha aparan vəziyyətlər olacaq.
Əgər sən bilirsən ki, müəyyən bir əyləncə yerinə gəlib
orada ədəbsiz geyinmiş insanlar görəcəksən, utanmaz
söhbətlər və sözlər eşidəcəksən, fikirlərində və
hisslərində əxlaqa qarşı ağır sınaqlar keçirəcəksən, bu da
səni xəcalətli əməllərə gətirib çıxaracaq – bunlar günaha
aparan vəziyyətlərdir və Allah sənə bunlardan çəkinməyi
əmr edir. Əgər biz həbsxanada yaxud islah-əmək
düşərgəsində olan hər kəsdən müsahibə götürmək
istəsək, onlardan hər biri bizə onları ilk dəfə şərə itələyən
insanı, yeri, əli xatırladığını deyərdi. İnsanın fikir və
arzularını masanın üzərindəki ərzağa hücum edən
milçəklərlə müqayisə etmək olar. Əgər bir kimsə onları
daim qovsa, onlar sakitləşməyəcək. Lakin ərzaq şkafa
qoyulsa, milçəklər başqa yerə uçacaq. Eləcə də günaha
aparan vəziyyətlər insanı şərə gətirib çıxaran tələ
yemidir. Əgər bu tələ yemindən, yəni günahlı meyllərdən
çəkinsən, xeyirxahlıqda dayanacaqsan və günah
etməyəcəksən.
Müdrik atalar sözü deyir: «Dostunun kim olduğunu
mənə de, mən də sənin kim olduğunu sənə
söyləyəcəyəm». Müqəddəs Yazı xeyirxah dostluğu mədh
edir, lakin həmçinin pis dostlar barədə xəbərdarlıq edir:
«Sadiq dost həyat üçün şəfadır» (Sir 6, 16). «Dostlarını
ehtiyatla seç» (Sir 6, 13). Əflatun deyirdi: «Sən dostluq
etdiyin insanlar kimi olacaqsan». Buna görə də Müqəd-
dəslər yekdilliklə korlanmış adamlarla dostluğa aid
xəbərdarlıq edirlər. Müqəddəs Avqustin deyir ki, sağlam
mənəvi prinsipləri olmayan adamlarla münasibət insanı
~ 245 ~
245
onların etdiyini etməyə məcbur edən kəməndə bənzəyir.
O xatırlayır ki, gənc ikən ədəbsiz dostları arasında onu
ədəbsiz əməllərə itələyən, sonra isə bununla öyünməyi
əmr edən müəyyən bir qüdrəti hiss edirdi. Müqəddəs
Bernard diqqətimizə çatdırır ki, Peter məhz tonqalın
yanında dayanıb qızınaraq Müəllimi barədə etinasız və
istehzalı sözlərə qulaq asanda İsanı inkar etdi. Müqəddəs
Alfons Liquori deyirdi: «Korlanmış dost iblisdən pisdir».
Həqiqətən, iblisi nəhəng zəncirli itlə müqayisə etmək
olar; o yalnız ona yaxınlaşanları qapır. Korlanmış insan isə
özü bizə yaxınlaşır, sirrimizi bilməyə çalışır, bizə pis
nümunə göstərir, yoldan çıxarır, pis şeyi öyrədir, günaha
aparır. Çıxış yolu nədir? Şər insanlardan çəkinmək, özünə
yaxşı, ədəbli dostlar seçmək. İmanlı insan Allahı
saymayan, Onun əmrləri ilə hesablaşmayan, imanın
həqiqətini tənqid edən, məsihçi mənəviyyatını işgəncə
edənlərlə dostluq edə bilərmi?
Günaha aparan vəziyyət nəinki insan, həmçinin kitab
yaxud jurnal da ola bilər. Yaxşı kitab dünyanın gözəlliyi
barədə bəhs edən sadiq dostdur, bilik və müdriklik
xəzinəsidir, lakin pis kitab imandan məhrum edən
oğrudur, insanda ruhani həyatı məhv edən cinayətkardır.
İnsanların bir çoxu pis kitablarla maraqlanıb oxumağa
başlayırlar, nəticədə alçaq səviyyəyə enir və imanı
itirirlər.
Bir filosof insanların qadağan olunmuş şeyə
münasibətini sınamaq istəyirdi. Evinin eyvanında balaca
pəncərə düzəltdi, üzərində yazdı: «Bura baxmayın».
Nəticədə nə oldu? Evinə gələn insanların əksəriyyəti,
yazını oxuyub yaxınlaşır və pəncərəyə baxırdılar, orada
isə heç bir şey yox idi.
~ 247 ~
247
Dostları ilə paylaş: |