Sonra günahların mənbəyinə və əsas səbəblərinə
diqqət yetirmək lazımdır. Ola bilsin ki, tez-tez günah
etməyin səbəbi dua çatışmamazlığı, İlahi Liturgiyada
iştirak etməmək və Tövbə ayinindən yayınmaqdır. Yaxud
bizdə anadangəlmə olan (əsəbilik, həddindən artıq
cismanilik, qəmginliyə və məyusluğa meyl) və ondan
azad olmaq üçün üzərində az işlədiyimiz bir pis meyl
buna gətirib çıxarır? Ola bilsin ki tez-tez günah etməyinin
səbəbi tovlanmaya məruz qalmamaq üçün yaxa
qurtarmadığın bir insan, yer yaxud əşyadır?
Vicdan sınağının nizamlı olmasından ötrü onu təklif
olunan növbəti üsulların biri ilə etmək olar:
1. Allahın on, Kilsənin beş əmrinə və yeddi əsas
günaha uyğun. Vicdanı bu üsulla sınayanda növbə ilə hər
əmri yada salmaq, əmrin nəyi tələb etdiyi, nəyi isə
qadağan etdiyi barədə düşünmək lazımdır və sual
vermək lazımdır: əmrin söylədiyini tam yerinə
yetirmişəmmi və mən əmrin qadağan etdiyini fikir, söz
və ya əməllə etməmişəmmi?
2. Allaha, başqa adamlara və özümüzə olan
borcumuza uyğun. Vicdanı bu üsulla sınayanda özümüzə
sual veririk: Allahla münasibətdə borclarıma etinasızlıq
göstərməmişəmmi və Ona olan məhəbbətimə zidd olanı
etməmişəmmi? Sonra eyni sualları başqa adamlar və
özümüzlə olan münasibətimizə aid edirik. Vicdan
sınağının bu üsulu imanını daha dərindən tanıyan, şüurla
kamilliyə can atan və daim Müqəddəs Kilsə həyatında
iştirak edənlərə daha çox uyğundur.
3. Öz fikirlərini, söz və əməllərini tədqiq etmək.
Vicdanın bu sınama üsulu ruhani həyatın artıq kifayət
qədər inkişaf etmiş səviyyəsini tələb edir.
~ 223 ~
223
Fransada Ars icmasının baş keşişi Müqəddəs Jan Mari
Vianney bir dəfə Kilsəyə gedəndə bir adama rast gəldi.
Rəbbin
günündə ibadətə getmək əvəzinə bu adam gözəl
ov iti ilə düzənliyə yola düşürdü. Keşiş dayandı və dedi:
«Əziz dost, arzu edirəm ki, qəlbin itin qədər gözəl
olsun». Din xadiminin bu sözləri ovçuya toxundu və o
çox fikirləşdi: «İtim cins olsa da, qəlbimi onunla
müqayisə etmək olarmı? Məgər qəlbim o qədər
eybəcərdir?» Sonra özünə gəlməyə başladı, vicdanını
sınadı və gördü ki, onun sevdiyi hər şey Allaha məqbul
deyil. Artıq o, neçə ildir ki, tövbəyə getmir və günahı
sevir. Özünə diqqət yetirdikcə daha çox kədərlənir və bu
vaxta qədər sevdiyi şeylərə nifrət hiss edirdi (şərab, ov,
günahlı cismani həzz). Axırda ürəkdən kədərlənərək o,
Tövbə ayininə gəldi və həyatını dəyişdi.
«Qanunsuzluqlarımı bilirəm, günahım daim gözümün
qarşısındadır» (Zəb 51, 5), – deyə padşah Davud nida
edir.
Vicdanı diqqətlə sınamaq çox vacibdir. Günahlarını
tanımayan adam onlara görə kədərlənə bilməz.
Günahlarını görməyən adam onları etiraf edə bilməz.
Allahdan üzr istəməyən insanın günahları bağışlana
bilməz. Bu kitabın ikinci (təcrübi) hissəsində verilən
suallar vicdanını sınamaqda sənə kömək edə bilər.
Əlbəttə, onlar mümkün olan bütün günahları sadalamır,
çünki vicdan hər bir insanın məxfi hissəsidir, lakin bu
kitabın ikinci hissəsində yerləşdirdiyimiz suallar sənə
müəyyən vaxtdan sonra vicdanını ətraflı sınaqdan
keçirməyinə kömək edəcək.
~ 225 ~
225
4. 2. GÜNAHLARA GÖRƏ KƏDƏRLƏNMƏ
Tövbə edən şəxsin etdiyi hərəkətləri sırasında
günahlara görə kədərlənmə birinci yer tutur. Kədərlənmə
«qəlbin ağrısı və gələcəkdə daha günah etməmək qərarı
ilə etdiyin günaha nifrətdir» (KKK 1451).
Səmimi kədərlənmə və islah olmaq barədə qəti niyyət
bu günahların bağışlanması üçün ən əsas şərtdir. Bəzən
insan bütün günahlarını yada sala bilmir (xəstəliyə görə
yaxud uzun müddət tövbəyə getmədiyinə görə) yaxud
xəstəliyi üzündən danışa və günahlarını tövbə edə bilmir.
Lakin əgər o islah olmaq niyyəti ilə səmimi kədərlənirsə,
onda bağışlanır. Əgər insanın günah etməmək niyyəti və
səmimi kədəri yoxdursa, o heç cür bağışlana bilməz.
Təəssüfsüz tövbənin faydası yoxdur və xilasedici
bağışlanma səmərəsi vermir.
Bəzi insanlar deyir: «Tövbə ayinində hər bir günahın
bağışlanması barədə Katolik Kilsəsinin təlimi ilə razılaşa
bilmirəm. İstədiyini edirsən, ən ağır cinayətləri
törədirsən, sonra da tövbəyə gəlib keşişə danışırsan,
bununla da iş bitir, bütün günahların buraxılır, yenə
etdiyini edə bilərsən. Bu necə ola bilər?» Bu insanların
belə təsəvvürü bağışlanma üçün günahın təkcə etirafının
kifayət olduğunu zənn edən bəzi məsihçilərin yüngül
düşüncəli nümunəsinə görə yaranıb; əslində isə
bağışlanmaq üçün şərtlərin beşini də yerinə yetirmək
lazımdır, onlardan ən əsası kədərlənmədir. Səmimi
təəssüfsüz tövbə kirli paltarın sabunsuz soyuq suda
yuyulmasına bənzəyir. Belə yuyulan paltar daha da
kirlənir, korlanır və sonra onu yuyub təmizləmək daha
~ 227 ~
227
çətin olur. Günahlarına görə heyfsilənmədən Tövbə
ayinində iştirak edən insan da nəinki günahlarından azad
olmur, əksinə, daha da çox günaha batır.
Kədərlənmə günahlara görə qəlbin ağrısı və
təəssüfüdür; mən dəqiq bilməliyəm ki, etdiyim əməl
pisdir, Allaha məqbul deyil və bu daha davam edə
bilməz. Dərk etməliyəm ki, mən Allahı təhqir etmişəm,
cəzaya layiqəm və buna görə də Ondan üzr diləməliyəm.
Kədərlənmə fövqəltəbii, səmimi (daxili, ürəkdən),
güclü (hər şeydən üstün) və ümumi olmalıdır.
Fövqəltəbii kədərlənmə. Günah insanın yer üzündə
bir çox bəlasının səbəbidir (xəstəliklər, mülkün və ya
şöhrətin itirilməsi, həyata həvəssizlik). Lakin günah
barədə kədərlənməyin əsas səbəbləri bunlar deyil. İlk
növbədə ona görə kədərlənmək lazımdır ki, ağır günah
edən insan İlahi lütfü itirir və cəhənnəm əzablarına layiq
olur. İnsan bu niyyətlə (Allahı təhqir etdiyinə və
cəhənnəmi qazandığına görə) kədərlənəndə onun kədəri
Rəbb Allahın gözlərində dəyərlidir və bu kədərlənmə ona
bağışlanma gətirə bilər. İnsan xeyirxah və sevən Allahı
təhqir etdiyinə, Ona ağrı verdiyinə, Allahın ona olan
məhəbbətinin cavabında itaətsizlik göstərdiyinə görə
təəssüf edəndə kədərlənmə mükəmməl olur. İnsan Rəbb
Allahı təhqir edərək əbədi rədd olunma və cəhənnəmdə
əzablar qazandığına görə təəssüf edirsə, kədərlənməsi
daha az mükəmməl olacaq.
Səmimi (daxili, ürəkdən) kədərlənmə. Təəssüf süni
olmamalıdır, qəlbin ağrısı və günaha nifrət insanın
ürəyində olmalıdır, bunu Allah görür. Göz yaşı, ah çəkmə,
~ 229 ~
229
Dostları ilə paylaş: |