Xəstəliklər, əzablar, ağır əmək, ölüm, nifrət, müharibələr,
qətl – bu təkcə olan ilk günahın nəticələrini sonsuza
qədər sadalamaq olar. Bu cəza ilk insanların həyatı ilə
bitmir, Adəm və Həvvadan sonra bütün nəsillər onu irsən
aldılar. Hər bir insan bu ilk günah ilə zədələnmiş doğulur
və onun nəticələrini bütün insanlarla bölüşdürməyə
məcburdur. İlk günahın nəticəsində insanın təbiyəti
günaha meyllidir.
Cəhənnəmdə əbədi əzablara məhkum olunanlar
barədə düşünək. Oradan çıxış yolu yoxdur, çünki
mühakimə olunan daha heç vaxt bağışlanma almayacaq
ona görə ki, Allahın mərhəmətini qəbul etmək istəmirlər.
Əbədi məyusluq, əbədi bədbəxtlik, əbədi əzab və bütün
bunlar Allahın hədsiz xeyirxahlıq və mərhəmətinə
baxmayaraq, mövcuddur! Həqiqətən, günah böyük
şərdir!
Rəbbimiz İsa Məsihin Çarmıxdakı əzablarına və
Ölümünə nəzər salaq. Təmiz və günahsız Quzu olan İsa
bütün dünyanın günahlarını Öz üzərinə götürdü. Allah
qarşısında Xilaskarın bizə görə etdiyi himayəçiliyinin
nəticələrini dərhal görürük: O necə böyük təhqirlər,
əzablar və ölümə məruz qalır! Nəyə görə? Günaha görə!
Adamların günahlarına görə! «Bizim üsyankarlığımıza
görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi,
bizim əmin-amanlığımız üçün o cəza aldı» (Yeş 53, 5) –
deyə Yeşaya Peyğəmbər nida edir. Allah «Öz Oğlunu
belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə
(əzablara) təslim etdi» (Rom 8, 32). Xilaskarımız Öz xalqı
tərəfindən o dərəcədə təhqir olunur, tərk edilir, istehza
edilir və inkar edilir ki, Çarmıxdan nida edir: «Ey Allahım,
Allahım, niyə Məni tərk etdin?» (Mat 27, 46). Biz yenə də
~ 201 ~
201
günahın hədsiz şər olduğunu görürük. İnsanları günaha
görə layiq olduqları cəzadan qurtarmaq üçün «Allah
dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə
etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma
əbədi həyata malik olsun» (Yəh 3, 16). Günah nə qədər
böyük şər idi ki, Rəbb İsa ona görə belə əzab çəkməyə
məcbur oldu!
Günah ən böyük bədbəxtlikdir, çünki o səbəbdən
insan təqdis edən lütfü, Allahla dostluğu, göylərdə olma
imkanını, qəlbinin rahatlığını, həyatın sevincini itirir və
şər ruhun qulu olur. Bir insan müharibədən evə
qayıdanda öz evinin və təsərrüfatının yerində yalnız
küllük tapdı. Lakin o belə dedi: «Bizdə böyük bəla baş
verdi, lakin müharibə bizim ürəyimizi və övladlarımızın
ürəklərini daş etsəydi, bundan da pis olardı». Müqəddəs
Lüdovikin anası kraliça Blanka tez-tez ona təkrarlayırdı:
«Oğlum, ağır günah etdiyin barədə bilməkdənsə ölümün
barədə xəbər eşitmək mənim üçün daha yaxşıdır».
İnsanlar qədim məbədlərə baş çəkməyi və onların
gözəlliyinə heyran olmağı xoşlayırlar. Kilsələri boş, ikona
və çarmıxsız, sınıq qapı və pəncərələrlə, kirli divarlarla və
hər cür zibillə dolu, ən əsası isə Ən Müqəddəs yer
mehrab və onun üzərində Müqəddəs Bəxşişlərsiz qoyan
küfr nə qədər də dəhşətlidir! İnsanın qəlbi isə daha gözəl,
tayı-bərabəri olmayan və əbədi məbəddir. Ölüm günahı
vəziyyətində olan insanın qəlbi həqarət edilmiş
məbəddən daha acınacaqlı görünür. İnsanın qəlbi əbədi
məbəddir, Allah bu məbəddə yaşamağı arzulayır.
Müqəddəs Həvari Pavlos nida edir: «Məgər bilmirsiniz ki,
siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır?
Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan
~ 203 ~
203
vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu
məbəd sizsiniz» (1Kor 3, 16-17).
Günah insanın ləyaqətini alçaldır. Farslarla müharibə
zamanı Roma qeysəri Valerian əsir alındı. Fars padşahı
Şapur özünü yüksəldərək və böyük Roma
imperatorluğunun qeysərinə istehza etmək üçün
Valeriana xüsusi təhqir fikirləşdi. Şapur hər dəfə ata
minəndə, əsir olan imperatoru gətirirdilər, o diz çökməli
və alnını yerə qoymalı idi, padşah isə ayağını onun
çiyninə qoyub yəhərə otururdu. Ağır günah edən hər
kəs iblisin qulu olur. Azad Allah övladı olan, lakin
ləyaqətini şər ruhun əsarətinə dəyişən insanı hiyləgər
alçaldır və ona istehza edir. Məşhur rəssam Leonardo da
Vinçiyə monastır yeməkxanasında Sirli Axşam zamanı
İsa Məsihi şagirdləri ilə təsvir edən Santa-Mariya delle
Grasiye divar naxışını yaratmaq tapşırıldı. Rəssam ona
nümunə olacaq insanları axtarmağa başladı və bir dəfə,
xorun çıxışında iştirak edəndə gənc xoristlərin birində
Məsihin obrazını yaratmaq üçün ona lazım olan cizgiləri
gördü və onu öz atelyesinə dəvət edib eskizlər hazırladı.
Divar naxışının başqa personajları ilə də problem
olmadı, bir Yəhuda İskaryotdan başqa. Ona uyğun olan
insanı Leonardo uzun müddət tapa bilmirdi. Yalnız bir
neçə ildən sonra o, mənəvi düşkün insanların arasında
satqın həvariyə bənzəyən bir adamı tapdı. Rəssamın
atelyesinə gələn bu adam bir neçə il əvvəl Məsihin
şəklini çəkən Leonardo da Vinçi üçün poza aldığını
xatırladı. Onda o, günahın onunla nə etdiyini dərk etdi
və üzünü əlləri ilə örtüb ağladı.
Ağır günah insanı təqdis edən lütfdən, xeyirxah işlərin
bütün xidmətlərindən məhrum edir. Bir nəfər pul
~ 205 ~
205
Dostları ilə paylaş: |