Günahlarımızın etirafı bizim üçün həyatverici,
xilasedici və səmərəli olsun deyə onda iştirak etməzdən
əvvəl növbəti şərtləri yerinə yetirmək lazımdır:
1. Vicdanın sınanması.
2. Günahlara görə kədərlənmə.
3. Daha günah etməmək barədə qəti niyyət.
4. Günahların səmimi etirafı.
5. Allaha və yaxınına günaha görə əvəzvermə.
Buna görə də istənilən nəticəni əldə etmək üçün
Tövbə ayinində iştirak etməzdən əvvəl ona yaxşı
hazırlaşmaq lazımdır (daha yaxşı olar ki, bir neçə gün
ərzində). Rəbb Allahı insafsızlıq, ürək soyuqluğu və
laqeydliklə təhqir etməmək üçün Allahın mərhəmət və
məhəbbət mənbəуinə hazırlıqsız yaxınlaşmaq lazım
deyil.
Günahların buraxılmasını almaq üçün mümkün qədər
yaxşı hazırlaşmaq məqsədi ilə biz ürəyimizi İlahi işığa
açmalı və qəlbin şəfası barədə Rəbdən təvazökarlıqla lütf
diləməliyik. Gəlin günahların yaxşı etirafına düşüncə və
dua ilə hazırlaşaq.
4. 1. VİCDANIN SINAĞI
Vicdanın sınağı sonuncu dəfə səmimi günah
etirafından sonra Allahın əmrlərinə zidd olan sözlə,
əməllə yaxud fikirlə etdiyimiz günahları yada salmaqdır;
əgər tövbə edən günahlarını ilk dəfə etiraf edirsə yaxud
bütün həyatındakı günahları yenidən etiraf etmək
istəyirsə, onda bütün əvvəlki həyatı ərzində etdiyi
günahları yada salmalıdır.
~ 215 ~
215
Vicdan sınağını başlayanda, Müqəddəs Ruha dua
etmək və qəlbimizi nurlandırması üçün Müqəddəs Ruhun
lütfünü istəmək lazımdır. Qaranlıq otaqda bir əşyanı
başqasından fərqləndirmək mümkün olmadığı kimi İlahi
işıq da az olarsa, insan öz günahını və qeyri-kamilliyini
görməyə çətinlik çəkəcək. Lakin otağa işıq versək, orada
olanların hamısını, həmçinin səliqəsizliyi də görəcəyik.
Eləcə də Müqəddəs Ruhun lütfü qəlbimizi nurlandıranda
biz öz günah və nöqsanlarımızı görəcəyik. Vicdan sına-
ğından əvvəl Müqəddəs Ruha oxunan Duanı sən bu
kitabın başqa təcrübi hissəsində yaxud öz dua kitabında
tapa bilərsən. Allahdan vicdanı nurlandırma lütfünü öz
sözlərinlə də diləmək olar.
Vicdan sınağı ciddi və nizamlı olmalıdır.
Özünü doğrultmağa çalışmadan, əksinə, öz qarşında
günahlarını tam səmimi, cəsarətlə və heç bir şey
gizlətmədən yada salsan, ciddi vicdan sınağını etmiş
olarsan. İnsan sağlamlığını qorumalıdır, lakin özündə
günahları qoruyub-saxlamamalıdır. Günahlara xəstəliklərə
yanaşdığımız kimi yanaşmaq lazımdır: xəstəlik nə qədər
tez və daha yaxşı müəyyən edilsə, tez sağalmağa ümid
də o qədər çox olacaq. Qədimdə müdrik adamlar «özünü
tanı» – deyirdilər. Müqəddəs Avqustin dua edirdi: «Rəbb
Allah, mənə özümü və Səni tanımaqda kömək et». Özünü
olduğun kimi görməkdən qorxma, çünki Allah səni məhz
belə tanıyır. Allah «hissləri bilir» (Zəb 7, 10) və
«fikirlərimi uzaqdan duyur» (Zəb 139, 2). Müqəddəs
Fransisk deyirdi: «Biz nə artıq, nə əskik, Allah qarşısında
olduğumuz kimiyik». Allahın ədaləti sənin bütün
günahlarını və onların sayını, vəziyyətini, ağırlığını bilir.
Sözlərindən və əməllərindən başqa bütün pis fikir və
~ 217 ~
217
niyyətlərindən, bütün günahlı hisslərindən xəbərdardır.
Özündən soruş və qəlbinin dərinliklərində vicdanını
ləkələdiyin və Müqəddəs Allahı təhqir etdiyin bütün
şeyləri İlahi nura aşkara çıxart; Mələklər və Seraflar Allah
qarşısında üzlərini örtürlər. Özünə elə sual ver, sanki sənə
başqa insan yaxud sənin Qoruyucu-Mələyin sual verir
yaxud elə bil ki sən Allahının məhkəməsində dayanmısan.
II Kral Filipin arvadı knyaginya Orleanaya bənzəmə. O,
eybəcər olduğuna görə güzgünü sevmirdi və heç vaxt
güzgüyə baxmırdı. Qədim müdrik adam Ezop deyirdi ki,
insan boynunda iki kisə günah daşıyır: bir kisədə onun,
digərində isə başqa insanların günahlarıdır. Özgə
günahlarla dolu olan kisəni o qarşısında, öz günahları ilə
dolu olan kisəni isə arxasında daşıyır. Buna görə də özgə
günahlarını, onların sayını və ağırlığını yaxşı bilir, özünün
günahlarını isə bilmir. Müqəddəs Yəhya yazır: «Əgər
günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq
və daxilimizdə həqiqət yoxdur. Amma günahlarımızı
etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün
günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan
təmizləyəcək» (1Yəh 1, 8-9). Gəlin vicdanın bizi kor və
qürurlu edən, fariseylərə bənzədən təhlükəli
kütləşməsindən çəkinək. Rəbb İsa fariseylər barədə
deyirdi: «...ağardılmış məqbərələrə bənzəyirsiniz: onların
bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər
cür murdarlıqla doludur» (Mat 23, 27). Allah bütün fikir,
söz və əməllərimizdən xəbərdardırsa, günahlarımızın
zülmətində qalmağın nə mənası var? Gec-tez Allah
qarşısında həqiqətdə dayanmağa və hər şeyə görə cavab
verməyə məcbur olacağıq! Öz mərhəmətinə müraciət
etmək üçün Rəbb bizə vaxt verirsə, indi bunu etmək
~ 219 ~
219
bizim üçün daha yaxşı deyilmi? Çünki «Var olan Allahın
əlinə düşmək dəhşətdir!» (İbr 10, 31).
Vicdanını sınayanda özünü ağır (ölümə aparan)
günahda təqsirkar hiss etsən, onda belə günahların
sayını mümkün qədər daha dəqiq yada salmaq lazımdır.
Bu şərtə böyük diqqət yetirmək lazımdır, çünki həmin
günahı bir yaxud on dəfə etməyin arasında böyük fərq
var. Çox vaxt insan ilk dəfə nə isə edəndə etdiyini tam
dərk etmir və əməlinin nəticələrini görməyərək eyni
günahı dəfələrlə, şüurlu və könüllü təkrarladığı zaman
hər dəfə Rəbbi daha çox təhqir edir. Ağır günahların sayı
barədə unutma, çünki bu tövbənin həqiqiliyi, yəni
günahların buraxılmasını təmin etmək üçün zəruridir.
Tövbə zamanı ağır günahların sayını şüurlu şəkildə az
göstərmək tövbəni təsirsiz, yəni günahların
buraxılmasını qeyri-mümkün edir. Həmçinin günahı
daha ağır yaxud daha yüngül edən vəziyyətləri də yada
salmaq lazımdır. Məsələn, kasıb dul qadının borcunu
qaytarmamaq zəngin bir insanın borcunu
qaytarmamaqdan daha ağır günahdır, lakin borcun
qaytarılmaması hər iki halda günah hesab olunur.
Mühakimə və böhtan həmişə günahdır, lakin Kilsə
xadiminə böhtan daha ağır günahdır, çünki belə böhtan
insanları yoldan çıxarır və onları Allaha imandan
uzaqlaşdırır. Ədəbsiz filmə baxmaq həmişə və hamı
üçün günahdır, lakin uşaqların yaxud gənclərin yanında
ədəbsiz filmə baxmaq daha ağır günahdır, çünki
bununla böyüklər pis nümunə göstərir və onların gənc
qəlblərini azdırırlar. Ağır günahların sayını yada salmaq
çox çətindirsə, onda hansı müddət ərzində və necə
tez-tez bu günahı etdiyimizi xatırlamağımız lazımdır.
~ 221 ~
221
Dostları ilə paylaş: |