Günahlara görə kədərlənmə və islah olmaq barədə qəti
qərar İlahi lütfün səmərəsidir, bunu Rəbdən diləmək
lazımdır. Tövbənin sənin üçün həyatverici və səmərəli
olması üçün məsihçi imanının əsas həqiqətləri barədə
düşünərək ona hazırlaş. Tövbədən əvvəl bir neçə gün
ərzində bunları düşünmək yaxşı olardı. Kitabın başqa
(təcrübi) hissəsində olan düşüncələr sənə kömək edə
bilər. Bir neçə axşam onları oxu, qarşında qoyduğun xaça
baxaraq düşünmək üçün bəzən oxumağına fasilə ver.
4. 3. DAHA GÜNAH ETMƏMƏK BARƏDƏ QƏTI
NIYYƏT
İslah olmaq niyyəti
günahlara görə səmimi
kədərlənmə ilə ayrılmazdır. İslah olmaq niyyəti (ilk
növbədə, ağır) günahlardan çəkinməyə dair səmimi
iradəni və günaha tovlayan, bəzən də günaha aparan
şəraitlərdən (insanlar, yerlər, şeylər) çəkinməyə aid qəti
niyyəti özündə birləşdirir.
Canavar barədə bir nağıl var, qocalanda o öz-özünə
dedi: «Düzəlməliyəm, axırım pis ola bilər». Dostu çoban
itindən öyrəndi ki, günahlarının bağışlanmasını istəyən
insanlar keşişin yanına tövbəyə gəlirlər. Axşam, hava
qaralanda, canavar çoban iti ilə birgə Kilsəyə gəlir və
tövbə etməyə başlayır. Keşişə deyir ki, çoxlu toyuq, qaz,
donuz, qoyun, dovşan, sığın boğub, bir dəfə isə hətta
günahsız körpənin həyatına son qoyub. Keşiş elə qorxdu
ki, qaçmaq istəyirdi, lakin canavar yalvarmağa başladı
ki, keşiş qorxmasın, çünki daha günah etməyəcək, o,
səmimi tövbə edir. Kədərlənən canavarın gözlərindən
xeyli göz yaşı axırdı, o ucadan ah çəkir, pəncəsi ilə
~ 237 ~
237
sinəsini döyürdü. Keşiş ona inandı və günahlarını
buraxdı. Məbəddən çıxan canavar qoyunlarını evə
gətirən çobanı gördü. O, sürünün ardınca getdi, bir
qoyun ucadan mələyəndə canavar daha dözə bilmədi,
üstünə atılıb onu yerindəcə boğdu.
Bu canavarda biz özümüzü tanıya bilərik, çünki əgər
tövbə zamanı biz keşişə səmimi kədərləndiyimizi, islah
olmaq istəyimizi bildiririksə, tövbədən sonra isə günaha
aparan vəziyyətlərdən çəkinmək istəmiriksə, çox tezliklə
yenidən İlahi lütfü itirəcəyik.
İslah olmaq niyyəti qəti, fəal və ümumi olmalıdır.
Qəti
. Öz həyatını islah etmək işini sonraya qoymaq
lazım deyil, Allaha tərəf dönmək məsələsini ləngidən
insan xilasını təhlükə altına qoyur. Çox vaxt insan ümid
etdiyindən əvvəl bu həyatdan getməyə məcbur olur. Kral
Axiyas bir dəfə təntənəli ziyafət təşkil edib çoxlu qonaq
dəvət etdi. Şənliyin ən qızğın çağında yanına bir nəfər
yaxınlaşıb ona bir məktub verdi və onu dərhal oxumağı
xahiş etdi. Lakin şənlənməyi sevən hökmdar cavab verdi
ki, şadlığı məktub oxumaqla pozmağa dəyməz və onu
cibinə qoydu. Ziyafətin sonuna yaxın silahlılar saraya
hücum etdilər və dəhşətli qırğın başladı. Bütün qonaqlar
və kral qətlə yetirildi. Onun bədənini dəfnə hazırlayanlar
cibində məktub tapdılar. Burada hücum və padşahın
ölüm təhlükəsi barədə xəbərdarlıq var idi. Əgər padşah
vaxtında məktubu oxusaydı, hər şey başqa cür olacaqdı.
Biz bu nümunədən görürük ki, Allaha tərəf dönməyi
sonraya qoymağa dəyməz, çünki xilasımızın düşməni
olan iblis heç vaxt istirahət etmir, lakin daim qəlbimizi
~ 239 ~
239
məhv etməyə çalışır. Müqəddəs Peter xatırladır: «Ayıq
durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən
və kimisə aşırmaq istəyən aslan kimi dolaşır» (1 Peter 5,
8). «Əgər bu gün Onun səsini eşitsəniz, «qoy
ürəkləriniz... inadkar olmasın» (Zəb 95, 7-8), – deyə
Müqəddəs Ruh nəsihət verir.
Bir kilsə icmasında (prixodda) Böyük Orucun ruhani
təmrinləri keçirilirdi. Bir çox elm adamı burada iştirak
etməyə gəldi. Keşiş ilə görüşə bir məmur da gəldi. O, çox
qısa müddətə gəlmişdi, getməyə hazırlaşanda keşiş ona
dedi: «Təmrinlərdə iştirak etmək üçün sabah gəlin». –
«İndi vaxtım yoxdur, amma növbəti il mütləq gələrəm», –
deyə məmur cavab verdi. Lakin heç yarım il də
keçməmiş məmur öldü.
Fəal
. Yəqin ki tövbəyə şər iradə ilə və şüurlu olaraq
islah olmaq istəmədən başlamaq istəyən bir insan
tapmaq çətin olardı. Lakin çox vaxt insanlarda islah
olmaq barədə qəti əzm əvəzinə yalnız arzu olur. «Kim
daha yaxşı insan olmaq istəməz?» – deyə onlar
söyləyirlər. Lakin belə bir atalar sözü var: «Cəhənnəmə
aparan yol xoş niyyətlərlə döşənib». İslah olmaq üçün
daha yaxşı olmaq arzusu kifayət deyil. İslah olmaq
niyyəti bizi, həqiqətən, islah olmağa gətirməlidir.
Müqəddəs Həvari Pavlosun qərarı belə idi. O, gənc
yaşlarından məsihçilərə nifrət edirdi və onları təqib
edirdi, lakin möcüzəli yolla Məsihə tərəf dönəndən sonra
həyatını tamamilə dəyişdi. O nəinki bütün ürəkdən
inandı, hətta Məsihi vəz etməyə başladı. Nə işgəncədən,
nə qamçılanmadan, hətta ölümdən qorxmadı; o deyirdi
ki, Məsihlə müqayisədə onun üçün bütün dünya mənasız
~ 241 ~
241
Dostları ilə paylaş: |