əməyimizin əvəzinə nifrət, kiçik incikliklər, təhqirlər,
haqsızlıqlar). Kim bunları iman ruhunda, təvazökarlıq və
məhəbbətlə, səbirlə və məsihçi kimi (acıqlanmadan, lakin
bunu xeyirə çevirməyə cəhd edərək) qəbul edirsə, kim
əzab verənləri və təqib edənləri səmimi bağışlayırsa, o
tez-tez, hətta bunu dərk etmədən çox layiqli Tövbə işlərini
yerinə yetirir, bununla da Rəbb Allaha günahlarına görə
əvəzini verir, saysız məziyyətlərin və Allahın lütfünün
mənbəyini əldə edir.
Tövbə ayininin səmərəli olması üçün başqa insana
vurulan ziyanın (ruhani yaxud mənəvi) əvəzini vermək
də zəruridir. Biz çox vaxt öz günahlarımızla başqa insanı
yaralayır və təhqir edirik. Ziyanın əvəzini tövbədən əvvəl
ödəmək daha yaxşıdır, lakin çox vaxt elə olur ki,
qonşumuzu incitdiyimizi biz yalnız tövbə zamanı dərk
edirik; bu halda Tövbədən dərhal sonra günahın əvəzini
çıxmaq lazımdır.
Başqa insanı sözlə yaxud hərəkətlə təhqir edən kəs
üzr istəməlidir.
General Pol Lyamot bir dəfə Lion şəhərinin küçələrinin
biri ilə gedərkən sərxoş vəziyyətdə olan əsgərlərindən
birinə rast gəldi. Qəzəbdən özünü saxlaya bilməyən
general camaat qarşısında əsgərin üzünə şillə vurdu.
Sonra özünü ələ ala bilmədiyinə görə peşman oldu.
Növbəti gün sıra qarşısında durub zavallı əsgərdən
soruşdu: «Dünənki gün yadındadırmı?» – «Bəli, cənab
general!» – deyə o cavab verdi. «Bu 5 frankı götür və
incikliyi unut», – deyə qoşun başçısı təklif etdi. «Qəbul
etmərəm», – deyə təhqir olunmuş əsgər cavab verdi.
«Düz edirsən, – dedi general, – istəyirsən sənin
~ 291 ~
291
yanağından öpüm?» – «Bəli, cənab general!» – deyə
əsgər cavab verdi. Sərkərdə dünənki incikliyin bağışlan-
masını almaq üçün onu öpdü. Əlbəttə, bundan sonra
əsgər nizamnaməyə uyğun olaraq cəzalandırıldı, lakin
insani münasibət ədalətlə bərpa olundu.
Zahid Avva Aqafon deyirdi: «Mən heç vaxt başqasına
qarşı kin saxlayaraq yatmağa getməmişəm və məndən
asılı olanda qoymamışam ki, bir başqası ürəyində mənə
qarşı kin saxlayaraq yatmağa getsin». Bu sözlərlə o
demək istəyirdi ki, istəmədən incitdiyi adamdan üzr
istəməyənə qədər və onu incidəni ürəkdən
bağışlamayana qədər qəlbində rahatlığı olmurdu və yata
bilmirdi. «Günəş batmazdan əvvəl qəzəbinizi soyudub
iblisə yer verməyin» (Ef 4, 27), – deyə Həvari Pavlos
öyrədir. Digər tərəfdən yadda saxlamaq lazımdır ki,
başqasını bağışlamaq istəməyən tövbə zamanı öz
günahlarının bağışlanmasını ala bilməz. Xilaskar deyir:
«Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi
Atanız da sizi bağışlayar. Amma siz başqa insanları
bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz»
(Mat 6, 14-15).
Əgər bir kəs digərinə maddi ziyan vurubsa, onun
yerini doldurmalıdır. Oğurlanmış əşya qaytarılmalıdır.
Lakin əgər bu əşya artıq yoxdur yaxud o zədələnibsə,
təzəsini almaq və qaytarmaq lazımdır. Əgər bu da
mümkün deyilsə, həmin vaxt əşyanın dəyərinə bərabər
olan pul məbləği ödəmək lazımdır. Maddi ziyanın əvəzini
verərkən bunu mütləq açıq şəkildə etmək lazım deyil.
Oğurlanmış əşyanı yaxud pulu başqa bir adam vasitəsilə
ötürmək yaxud poçtla göndərmək və ya hansısa başqa
~ 293 ~
293
bir yolla sahibinə çatdırmaq olar. Əsas odur ki, zərər
çəkmiş adam müvafiq əvəzi alsın. Əgər maddi ziyan
vurduğumuz insan çox uzağa gedibsə və onu tapmaq
mümkün deyilsə (yaxud o ölübsə), onda əvəzi onun
yaxın qoyumlarına (arvadına, uşaqlarına, valideynlərinə)
vermək lazımdır. Lakin bu da mümkün deyilsə, onda
maddi ziyanın əvəzinə bərabər olan məbləği xeyirxah işə
(məbədə, yetimlərə, dul qadınlara, yoxsullara) xərcləmək
lazımdır.
Əgər bir kəs başqasına iftira yaxud böhtanla mənəvi
ziyan vurubsa, sözləri ilə qaraladığı xeyirxah adı insana
qaytarmaq lazımdır. İnsanı yaxşı addan məhrum edəndə
biz ondan maddi şeylərdən daha qiymətli olan bir şeyi
alırıq. Bunu necə düzəltmək olar? İftira ehtiyac olmadan
insanın pis əməllərindən, onun zəif cəhətlərindən
danışmaq (onun başqalarına məlum olmayan günahlarını
yaxud günahlı meyllərini ifşa etmək və bununla onu
xeyirxah addan məhrum etmək) deməkdir. Bu günahı
düzəltmək üçün qarşısında iftira söylədiyimiz insanlara
bu şəxs barədə bir yaxşı söz, onun xeyirxah işləri və
tərifə layiq vərdişləri barədə demək lazımdır. Beləliklə,
biz ləkələdiyimiz adı bərpa edə bilərik. Bəs böhtanla nə
etmək olar? Böhtan atmaq insanı etmədiyi günahlarda
təqsirləndirmək, ona malik olmadığı mənfi xüsusiyyətləri
və qüsurları vermək deməkdir. Bunu düzəltmək iftiradan
daha çətindir. Bunu etmək lazımdır: şəxsi hansı adamlar
qarşısında haqsızlıqla ittiham etmişiksə, eyni adamların
qarşısında da bu ittihamların yalan, özümüz tərəfindən
uydurulmuş, ona aid etdiyimiz günahlarda təqsirkar
olmadığını etiraf etmək lazımdır. Beləliklə, biz yaxınımıza
əlindən aldığımız təmiz adını qaytara bilərik.
~ 295 ~
295
Dostları ilə paylaş: |