adamların adını çəkmək qəti olmaz. Hər günahı təfsilatı
ilə təsvir etmək lazım deyil. Bunu demək lazımdır:
günahların nədir, ağır günahların sayı neçədir və günahı
daha ağır yaxud daha yüngül edən vəziyyətlər hansıdır.
Hər bir günahı adı ilə söyləmək lazımdır, ümumi sözlərlə
kifayətlənmək olmaz, məsələn: «Mən çox günahkaram,
yaxşı davranmamışam, nalayiq iş görmüşəm». Müvafiq
yepitimiya qoymaq üçün keşiş tövbə edənin günahını və
bu günahın ağırlığını yaxşı anlamalıdır, tövbə edən isə nə
etdiyini və Allaha vədini dərk etməlidir. Günahlar barədə
indiki zamanda deyil, keçmiş zamanda danışmaq
lazımdır. Özünü təqsirləndirmədə belə bir məzmun var:
«İndi isə mən düzəlmək niyyətindəyəm». İnsan günahları
barədə indiki zamanda danışanda bu onun yalnız günahlı
olmasının təsdiqidir.
Tövbə zamanı ağır günahlarının sayını (heç olmasa
təxmini) söyləmək lazımdır. Əgər bunu yada salmaq
çətindirsə, həmin günahı hansı müddət ərzində etdiyimizi
və müntəzəmliyini göstərmək zəruridir. Ağır günahların
adlarının çəkilməsi tövbənin həqiqi olması, yəni
bağışlanma almaq üçün zəruridir.
Həmçinin günahın dərəcəsini müəyyən edən
vəziyyətləri qeyd etmək lazımdır. Məsələn, başqa insanı
təhqir etmək həmişə günahdır. Lakin öz ata-anasını
yaxud da keşişi təhqir etmək sənə bərabər olan insanı
təhqir etməkdən daha ağır günahdır. Həddən çox spirtli
içki içmək həmişə pis günahdır, lakin ailənin təminatı
üçün zəruri olan pulu həddən çox spirtli içkiyə sərf etmək
ikiqat cinayətdir. Əxlaqsız şeylər barədə danışmaq
günahdır, lakin uşaqların və gənclərin yanında bunu
etmək daha böyük günahdır, çünki bu başqalarını da
~ 277 ~
277
yoldan çıxarır. Həmçinin dua zamanı könüllü diqqətsizlik
günahdır, lakin xəstə insan üçün bu daha kiçik günahdır,
çünki ona diqqəti cəmləşdirmək çətindir.
Tövbə zamanı bir günahı gizlədən insan nə
etməlidir?
Birincisi, belə vəziyyətdə Evxaristiyanı qəbul etmək
olmaz, çünki bu, yeni küfr olacaq. Həmçinin Xəstələrin
mərhəm yağı ilə məshetmə, Miro yağı ilə məshetmə,
Nikah ayinlərində də iştirak etmək olmaz, çünki bu, Rəbb
üçün yeni təhqirdir. Tövbəyə tələsərək hər şeyi etiraf
etmək lazımdır. Bunu da bilmək lazımdır ki, küfr
tövbəsindən sonrakı bütün tövbələr həqiqi olmur
(günahların buraxılmasını təmin etmir, əksinə, hər dəfə
yeni ağır günah əlavə edərək günahların sayını artırır).
Buna görə də yükdən azad olmaq üçün yenidən tövbəyə
gedib sonuncu həqiqi tövbədən sonra edilən bütün
günahları etiraf etmək lazımdır. Bunları qeyd etmək
lazımdır:
1. Küfr tövbəsindən əvvəl sonuncu dəfə həqiqi tövbə
nə vaxt olub?
2. Bundan sonra neçə dəfə nalayiq tövbə etmisən?
3. Neçə dəfə nalayiq Şəriklik Ayini qəbul etmisən
yaxud başqa müqəddəs Ayinlərdə iştirak etmisən?
4. Sonuncu həqiqi tövbədən sonra etdiyin bütün ağır
günahlar hansılardır?
Məşhur rus yazıçısı Lev Tolstoy «Gənclik» adlı
gündəliyində küfr tövbəsinə görə keçirdiyi həyəcanları
barədə yazır. Böyük oruc zamanı tövbə edərkən o, ağır
~ 279 ~
279
bir günahı gizlətdi. Axşam isə yuxuya gedərkən birdən
nə etdiyini aydın dərk etdi. Narahatlıq onu bürüdü. Sanki
Allah onu bu an cəzalandıracaq yaxud o, gözlənilmədən
öləcək. Gəncin qəlbini təsvir oluna bilməyən dəhşət
bürüdü. Birdən onun ağlına çox yaxşı bir fikir gəldi:
sabah səhər tövbəyə gedib hər şeyi etiraf etmək. Bu onu
sakitləşdirdi. O elə də etdi. Tövbədən sonra gənc xoşbəxt
idi, sevinc göz yaşları onun boğazını qəhərlə
doldurmuşdu.
Məşhur filosof Monten tövbə barədə deyirdi: «Bədən
xəstəliklərindən fərqli olaraq, qəlbin xəstəlikləri inkişaf
etdikcə tutqunlaşır və daha az seçilir. Buna görə də
onları işığa çıxarmaq, heyfsilənməmək, qəlbini açmaq və
onları qəlbin künclərindən çıxarmaq lazımdır. Etiraf
yüngüllük gətirir».
4. 5. A
LLAHA
VƏ
YAXININA
GÜNAHLARA
GÖRƏ
ƏVƏZ
VERMƏ
Hər bir günah bumeranq kimi hərəkət edir: nəticəsi
şəklində təqsirkarın üstünə qayıdır. Onu Rəbb Allaha
atılan daşla müqayisə etmək olar, lakin həmin daş
qayıdır və onu atana dəyir. Günah nə qədər ağır olsa,
nəticələri də o qədər ağır olacaq. Günahların sayı nə
qədər çox olsa, nəticələrin sayı o qədər də çox olacaq.
Müqəddəs Yazıda buna təsdiq tapa bilərik.
İlk insanlar birinci dəfə günah edərək Allahdan üz
döndərəndə dərhal cəzalarını aldılar. Allaha sədaqətsizlik
edən ulu valideynlərimizin bu günahı hədsiz dərəcədə
böyük idi, İlahi mərhəmətlə yüngülləşdirilməsinə
~ 281 ~
281
baxmayaraq, onun cəzası böyük oldu. Yaradan insana -
dedi: «Sənə görə torpaq lənətlənir, Ömrün boyu
zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə
tikan və qanqal bitirəcək... Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan, çünki oradan
götürülmüsən...» (Yar 3, 17 - 19). Qabil qardaşı Habili
öldürəndən sonra Rəbdən bu sözləri eşitdi: «Buna görə
də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə
tökülən qardaş qanını udmaq üçün ağzını açdı... Yer
üzündə qaçaq və sərgərdan olacaqsan». Qabil Rəbbə
dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır» (Yar 4,
10. 13). Yer üzündə insanları məhv edən daşqın onların
günahlarına görə cəza idi: «Rəbb gördü ki, yer üzündəki
insanların şər əməlləri çoxdur və hər zaman onların
ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir...
Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm»
(Yar 6, 5. 7). Onda daşqın başladı.
Eləcə də iyrənc ehtiraslara görə Sodom və Homorra
şəhərləri yer üzündən silindi. Padşah Davudun günahına
görə (Uriyanın arvadı Bat-Şeva ilə zina, Uriyanın
öldürülməsi) oğlu öldü, padşahın ölümündən sonra isə
bütün yəhudi padşahlığına saysız bədbəxtlik və qardaş
qırğını gəldi.
Günahlar barədə təəssüf etmək və islah olmağı vəd
etmək, günahları səmimi etiraf etmək və günahın
buraxılmasını əldə etmək azdır; bunlardan başqa,
günahın Allaha və qardaşlara törətdiyi təhqirə görə əvəz
vermək lazımdır. «Günahın buraxılması onu aradan
qaldırır, lakin günahın yaratdığı qarışıqlığı düzəltmir.
Günahdan ayrılan günahkar öz ruhani sağlamlığını
tamamilə bərpa etməlidir. Təqsirini aradan qaldırmaq
~ 283 ~
283
Dostları ilə paylaş: |