Pis kitab və jurnalların başlıqları cəlbedicidir, rəngli
illüstrasiyalı, keyfiyyətli kağızda nəşr olunur, lakin
onlarda günahdan başqa bir şey yoxdur. Onların üzündə
zəhərli şüşələrin yaxud yüksək gərginlikli
transformatorun üzərində olduğu kimi kəllə və sümük
şəklini yerləşdirmək lazımdır, çünki onların məzmunu
zəhərdən də pisdir. Bu, ruhani zəhərdir. Eyni sözü
ədəbsiz səhnələr və xeyirxah adamlara, imana və Kilsəyə
istehza ilə dolu olan əxlaqsız filmlər barədə də demək
olar. Onlar kitablardan da çox insanların qəlbində imana
qarşı şübhə salır, günahlı fikirlər və hisslər yaradırlar.
Bir çox illər ərzində tövbə etməyən və dini borclarını
yerinə yetirməyən bir zəngin insan Allahın lütfü ilə
Rəbbin yanına qayıtdı və tövbə etdi. Bu barədə arvadı
və qızına söyləyəndə onlar çox sevindilər. «İndi isə
mənə yepitimiyanı yerinə yetirməyə kömək edin» –
deyə ata onlardan xahiş etdi. «Xeyr, ata, – deyə qız
güldü, – yepitimiyanı hər adam özü yerinə yetirməlidir».
– «Öhdəliyimə götürdüyüm işi tək başına yerinə
yetirmək mənə ağır olacaq, gəlin, mənə kömək edin» –
deyə ata gülümsədi. O, arvadını və qızını öz
kitabxanasına gətirdi və növbə ilə, bir-bir, rəf-rəf bütün
kitablarına baxmağa başladı. O, ateist, ədəbsiz və
yoldan çıxaran kitabları yerə atırdı, arvadı və qızı isə
onları aparıb sobada yandırırdılar. Onun nə kitaba, nə də
onlara xərclədiyi pula heyfi gəlmədi, çünki onlarda necə
bir zəhərin olduğunu dərk edirdi.
Kitabxanada işləyən bir gənc qadın maraqlanıb
imandan dönmüş bir adam barədə kitab oxudu. Qadın -
~ 249 ~
249
məsihçi imanı və mənəviyyatında tərbiyə almışdı, lakin
bu kitabı oxuyandan sonra qəlbini şübhə və acı hisslərlə
doldurdu. O, kitabı oxuculara təklif etməyə başladı.
İmanlılar dinsizlik barədə bu kitabı oxumaq
istəmədiklərini söyləyərək imtina edirdilər: «Hətta
Məsihin şagirdləri arasında xain Yəhuda İskaryot olub,
onun barəsində və onun xəyanəti barədə kim oxumaq
istəyər?» Lakin «xeyirxahlıq edən» qadın onları yola
gətirməyə, təkid və sübut etməyə çalışırdı ki, «hər şeyi
bilmək lazımdır». Beləliklə, əvvəl imanı olan adam
başqalarını da yoldan çıxardı. Bu, çox qəmli nümunədir.
İnsan xeyirxah və gözəl bir şeylə maraqlanmaq əvəzinə
kirli və alçaq bir şeyə könlünü verəndə kədərli hal olur.
Onu bal hazırlamaq üçün ətirli güllər axtaran və şirə
yığan arı ilə deyil, daha çox zibilə qonan eşşəkarısı ilə
müqayisə etmək olar.
Daha günah etməmək barədə qəti niyyət günaha
aparan adamlardan, yerlərdən və əşyalardan çəkinmək
qərarını da özündə birləşdirir. Məsihin əsgəri və
cəngavəri olan məsihçi günaha səbəb olan hər şeydən
qətiyyətlə çəkinməlidir. İsa Məsih deyir: «Əgər sağ gözün
səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün
bədən üzvlərindən birinin məhv olması bütün bədəninin
cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis
yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən
üzvlərindən birinin məhv olması bütün bədəninin
cəhənnəmə düşməsindən yaxşıdır» (Mat 5, 29-30).
Aydındır ki, Rəbb bədənimizi şikəst etməyi öyrətmir,
lakin günaha aparan vəziyyətlərdən çəkinmək barədə
qəti niyyətdən danışır. Əgər müəyyən bir insan, yer və ya
əşya sənə gözün yaxud əlin qədər əzizdirsə və eyni
~ 251 ~
251
zamanda səni günaha çəkirsə, hətta bu sənə gözünü
qoparırmış yaxud qolunu kəsirmiş kimi ağrılı olsa belə,
onlardan qətiyyətlə uzaqlaş.
Əvvəllər canavarlar adamları çox bezdirirdilər. Onları
ovlamaq asan deyildi, buna görə də onlar üçün meşədə
quyu qazırdılar. Bu quyuların üstünü şüvüllər və
yarpaqlarla örtürdülər, ortasına isə ördək və ya qazı
bağlayırdılar. Canavar uzaqdan yemi hiss edirdi, ona
atılırdı və... quyuya düşürdü. İblis də insanlar üçün həmin
«quyular»ı qazır. Bunlar pornoqrafiya filmləri və kitabları,
fiziki qüvvənin hakimiyyətini təbliğ edən «döyüş»
filmləri, tökülən qanı, ölümü, ədəbsiz paltarları, rəqsləri,
gecə barlarını, spirtli içkiləri göstərən filmlərdir... Şər ruh
insanı dərhal ağır günaha təhrik etməyin asan olmadığını
bilir, buna görə də o, balıqçı kimi tilova müxtəlif yem
qoyur ki, yemlə birlikdə tilov da udulsun. O gizlicə
yaxınlaşır, sərçə dəstəsinə gizlicə yaxınlaşan pişik kimi
insanı əvvəlcə dırnağından tutur və əgər insan əlini
çəkmirsə, onu barmağından tutur. İnsan iblisin onu
barmağından tutmasına vərdiş edəndən sonra şər ruh
insanı əlindən tutur, sonra daha cəsarətlə bütün
qolundan tutur və ürəyinə girir.
Ümumi
. Tövbə edən insanın bütün günahlardan azad
olmaq niyyəti olmalıdır. İnsan qəlbini bir günahdan
təmizləyib digərlərini saxlayırsa, tövbədən ona nə fayda
olur? Əgər ev üç yerdən yanmağa başlayırsa, iki yerdə
alovu söndürmək, üçüncü yerdə isə alovu saxlamağın
mənası varmı? Axı yanğın bütün evi ələ keçirəcək və o
yanacaq. Günah qəlbdə olan və ilahi lütfü məhv edən
yanğındır. Allahı həmişəlik itirmək üçün bir ağır günah
~ 253 ~
253
Dostları ilə paylaş: |