diz çökmə, yumruqla sinəni döymə, titrəyən səs – bunlar
səmimi kədərlənmənin mütləq şəhadəti deyil.
Kədərlənmənin səmimiliyini yalnız Rəbb görür.
Kədərlənmə hisslərdə mütləq olmamalıdır, insanın
iradəsində isə mütləq olmalıdır, çünki kədərlənmə
iradəmizin günahdan Allaha tərəf dönməsidir.
Güclü (hər şeydən üstün) kədərlənmə. İnsan Rəbb
Allahı bütün məxluqlardan üstün tutanda, günahın bizə
çox ziyan vurduğuna g
örə ən böyük bəla olduğuna
inananda, ağır (ölümə aparan) günah etm
əkdənsə
gələcəkdə pulunu, mülkünü, sağlamlığını və hətta
həyatını itirməyə hazır olanda kədərlənmə güclü olacaq.
Ümumi kədərlənmə. Kədərlənərək bütün (ən azı ağır)
günahlarımıza görə Rəbdən bağışlanma diləyəndə
kədərlənmə ümumi olacaq.
Müqəddəs Yazıya nəzər salaq və bilavasitə Məsihdən
bağışlanmanı alan insanların nümunələrindən görək ki,
kədərlənmə necə olmalıdır.
Kitabın əvvəlində bəhs etdiyimiz itkin oğul səmimi
kədərlənirdi. O, atasının mərhəmətinə inandı, qürurunu
kənara atdı, səhvlərini etiraf etdi və ürəyində dedi: «Ata,
mən göyə və sənə qarşı günah etdim» (Luka 15, 18). O
bu sözləri söyləmədən bağışlandı.
Eləcə də həqiqi Allah və İnsan olan İsa Məsih, Məcdəlli
Məryəmin ürəyində səmimi kədərlənmə gördü. O, İsanın
yemək üçün dəvət olunduğu fariseylərdən birinin evinə
gəldi, Xilaskarın ayaqlarına düşdü və göz yaşları ilə Onun
ayaqlarını yudu, günahlarının bağışlanmasını dinməz
dilədi. Allah da onu bağışladı. Rəbb dedi: «Bu qadının çox
olan günahları bağışlandı» (Luka 7, 47).
Müqəddəs Peter də səmimi kədərlənirdi. Xilaskar əzab
~ 231 ~
231
çəkəndə o, üç dəfə Rəbbi inkar etdi, lakin yanından
keçən İsa ona baxdı və Peterin ürəyində elə güclü kədər
oyandı ki, bu möhkəm və cəsarətli kişi ağladı. İsa
diriləndən dərhal sonra ona bağışladığını söylədi, lakin
Peter bu günaha görə bütün həyatı boyu ağlayırdı.
Lakin günah və ürəyin tövbəsiz vəziyyətində qalmağın
çox təhlükəli olmasını göstərən başqa nümunələr barədə
də Müqəddəs Yazı bəhs edir.
Padşah Hirod qardaşı arvadı ilə qanunsuz nikahda
yaşadığının çox pis olduğunu yaxşı anlayırdı, lakin onun
kədərlənməsi səmərəsiz idi, çünki islah olmaq əvəzinə o,
günahkar qadının sözünə baxırdı, hətta onun sözü ilə
Allah adamı olan Vəftizçi Yəhyanı öldürməyi əmr etdi.
Müəllimini inkar etməklə şər iş gördüyünü dərk edən
Məsihin şagirdlərindən biri olan Yəhuda xəyanətinin
haqqını, 30 gümüş pulu atıb həyəcanla dedi: «Mən
təqsirsiz qanı təslim etməklə günah işlətdim» (Mat 27,
3). Lakin kədərlənmədi, İlahi mərhəmətə müraciət
etmədi, üzr diləmədi, məyusluğa düşdü, gedib özünü
asdı.
Bəzi insanlar həyatda birinci dərəcəli şeyləri çox vacib
olmayan şeylərdən ayıra bilmirlər; eləcə də məsihçilər öz
həyatlarında əhəmiyyətli, qəlblərinin xilası üçün zəruri
olan şeyləri əhəmiyyətsiz şeylərdən ayıra bilmirlər.
Bunun səbəbi çox vaxt dini tərbiyənin azlığının
nəticəsidir. Belə səhvlərdən biri odur ki, insan vicdanında
ağır günahı gündəlik (yüngül) günahdan fərqləndirə
bilmir, bu da ona tövbə zamanı günahlar üçün
kədərlənməyə mane olur. Növbəti nümunəyə nəzər
salaq: bir insan vicdanın sınağı zamanı yada saldı ki, o,
dörd dəfə
Rəbbin
günündə ibadətdə iştirak etməyib, iki
~ 233 ~
233
dəfə sərxoş olub, siqaret çəkib, işdə bir neçə dəfə
qəzəblənib, yaxınları ilə dalaşıb... Görürük ki, bu
günahların bəziləri ağır (
Rəbbin
günü müqəddəs Messada
iştirak etməmək, spirtli içki içmək), başqaları isə
yüngüldür. Beləliklə, siqaret çəkməyi, qəzəblənməyi,
ailədə hətta az münaqişə etməyi tərgidərək dərhal islah
ola bilməyəcəyini insan yaxşı anlayır, bütün günahları bir
sıraya qoyub özünə deyir: «Mən düzələn deyiləm». Bu
münasibətlə, şübhə və narahatlıq içində o, tövbəyə gedir,
Allaha vəd etdiyini heç özü də bilmir və onun tövbəsi
səmərəsiz olur. Tezliklə o, tövbədən sonra Evxaristiyaya
daha yaxınlaşmır, çünki gündəlik günah etmədən yaşaya
bilmir, Evxaristiyanı qəbul etməyəndə də çox tez
zəifləyir, ağır günaha yol verir, İlahi lütfü itirir. Amma o,
tövbəni başqa cür etməli idi. Qəlbində aydın və qəti
qərar qəbul etməli idi: «
Rəbbin
günündə ibadətə
getməmək və sərxoş olana qədər içmək – bu günahlar
ağırdır, bunlar məni İlahi lütfdən və əbədi xilasdan
məhrum edir. Mən bu günahları edəndə, əbədi xilasımı
təhlükə altına qoyuram, buna görə də ürəyimdə aydın və
təsirli surətdə deyirəm ki, daha belə etməyəcəyəm.
Gündəlik günahlarıma aid deyə bilərəm ki, öz zəifliyimi
bilirəm, onlardan dərhal azad ola bilməyəcəyimi anla-
yıram və onlardan azad olmaq üçün səy göstərəcəyəm.
Lakin diqqətsiz olub gündəlik günahı etsəm, dərhal üzr
diləyəcəyəm və gələcəkdə islah olmaq barədə qərar
qəbul edəcəyəm, Evxaristiyada iştirak etməzdən əvvəl
Rəbdən bağışlanma diləyəcəyəm, lakin Evxaristiyanı
qəbul edəcəyəm, çünki əgər Onu qəbul etməsəm, ruhani
cəhətdən zəifləyərəm və yenidən ağır günah işlədərəm.
Mən isə Allahla yaşamağı qəti arzulayıram».
~ 235 ~
235
Dostları ilə paylaş: |