kifayətdir.
Bir nəfər ot biçəndə təsadüfən ilanı iki hissəyə böldü.
İlanın ölü olduğunu düşünən insan ona yaxından daha
yaxşı baxmaq istədi, ilanın bir hissəsini əlinə götürdü və
ağrıdan çığırdı. İlan onu sancdı! Yazığı xilas edə
bilmədilər və o öldü.
Günah da belədir. Onunla əylənmək istəyən, bəzi
günahlardan azad olan, əziz və xoş hesab etdiyi digər
günahı isə saxlamaq istəyən insanın qəlbindəki ilahi
həyatı məhz elə bu günah məhv edəcək.
İslah olmaq barədə qəti qərarda möhkəm olmaq üçün
onu tez-tez yeniləşdirmək, Ruhda oyaq durmaq və dua
etmək lazımdır. İsa deyir: «Oyaq qalıb dua edin ki, sınağa
düşməyəsiniz» (Мark 14, 38). Hər gün axşam dua
zamanı vicdanı sınamaq (yada salmaq: gün ərzində mən
harada olmuşam, nə etmişəm, nə demişəm, nə
fikirləşmişəm və nə hiss etmişəm), ötən gün üçün
Allahdan günahların bağışlanmasını diləmək və daha
günah etməmək barədə özündə qəti niyyəti
yeniləşdirmək lazımdır. Tez-tez tövbə etmək Allahla
yaşamaq niyyətini möhkəmləndirir. Ən azı ayda bir dəfə
tövbə edən, hər gün səhər və axşam dua edən, vicdanını
hər axşam sınayan, və eyni zamanda ölümə aparan
müəyyən bir günaha bağlı olan insanı təsəvvür etmək
çətindir.
4. 4. SƏMİMİ TÖVBƏ
«Günahların etirafı (tövbə), hətta insani
~ 255 ~
255
nöqteyi-nəzərdən, bizi azad edir və başqaları ilə
barışmanı yüngülləşdirir. Günahı etiraf edərək insan
gördüyü işi etiraf edir, günaha görə məsuliyyəti üzərinə
götürür, bununla da yenidən Allah və Kilsə ilə ünsiyyəti
açılır, yeni gələcəyi mümkün edir» (KKK 1455).
Katolik Kilsəsinin Katexizisi qeyd edir ki, hətta sadəcə
insani nöqteyi-nəzərdən belə, tövbədə vicdan əzabından
azadlıq və yüngüllük tapırıq. Eyni sözü psixologiya da
deyir. İnsan öz sevinci, qəmi, həyəcanı ilə başqaları ilə
bölüşməlidir, çünki əks halda o, qəlbinin tarazlığını
tezliklə itirəcək. Bəs vicdan əzabları necə? Düzdür,
insana xəcalət çəkdiyi şeylərlə başqaları ilə bölüşmək
daha çətindir, buna görə də indi insanların həyatına
«etibar telefonu» daha çox daxil olur; qəlbində narahatlıq
hiss edən insan öz həyəcanları, problemləri, həmçinin
vicdan əzabları ilə xəttin o tayındakı həkim yaxud
psixoloqla bölüşə bilər. Psixoloq ona xeyirxah söz,
məsləhət, təsəlli, nəsihətlə kömək etməyə çalışır. Bu
təcrübənin dəyərli xüsusiyyətlərini azaltmaq istəmədən
qeyd etməliyik ki, bu, «çarxın ixtirası» kimi təkrardır.
Çünki Rəbb Allah Özü 2000 il əvvəl tövbəni – öz
şübhələrinin, çətinliklərinin və vicdan əzablarının etirafını
təsis etmişdi. Bundan başqa, müqəddəs tövbə zamanı
biz insanla (keşişlə) deyil, Allah Oğlu İsa Məsihlə
görüşürük. O, xidmətçisi olan keşişdən istifadə edərək
bizi dinləyir, bizə təsəlli verir və vicdan əzabının yükünü
üzərimizdən götürür.
Hindilər arasında təbliğ edən bir keşiş ecazkar bir
hadisəni yada salırdı. Onun xidmət etdiyi imanlılar
Kilsədən çox uzaqda yaşayırdılar. Bir dəfə sərt qış gəldi,
ətrafda aclıq və epidemiya başladı. Keşiş həyatlarının son
~ 257 ~
257
günlərində öz icmasına mənsub olan adamlara tövbə və
Evxaristiya ilə xidmət etmək üçün uzaq kəndləri gəzməyə
başladı. Balaca bir kəndə gəlib onun bütün on bir
sakininin ölü olduğunu gördü. Hər bir ölü əlində nə isə
tutmuşdu. «Necə ola bilər ki, onlar ölməzdən əvvəl
Məsihdən üz döndərdilər və bütlərə sitayişə qayıtdılar?» –
deyə keşiş narahat oldu. Lakin o gördü ki, onlardan hər
biri əlində ağac qabığının bir parçasını tutub. Bu parçaları
götürüb diqqətlə baxanda gördü ki, bunların hər birinin
üzərində günahlar yazılıb. Qaçılmaz ölümü hiss edən və
Allahla müqəddəs tövbədə barışmağı istəyən hindilər öz
günahlarını ağac qabığı üzərində yazaraq öz arzularını
bildirmişdilər. Onlar Rəbb Allahın onların tövbələrini qəbul
edəcəyinə və bütün günahlarını bağışlayacağına ümid
edirdilər. Şübhəsiz ki hər şeyə Qadir olan Allah onların
kədərlənməsini və tövbələrini qəbul etdi.
Tövbəmizi qəbul edən keşiş eşitdiyi günahları sirr
saxlamalıdır. Əgər o, qarşısında tövbə edən insanın
günahlarını başqa adamlara danışmağa cəsarət etsəydi,
ağır günah etmiş olardı və bu andan etibarən
Ümumdünya Kilsəsindən qovulardı və daha öz keşişlik
xidmətini yerinə yetirməyə ixtiyarı olmazdı (vəftiz etmək,
Müqəddəs Messanı icra etmək, nikah bağlamaq,
günahları buraxmaq). Belə günahın bağışlanmasını isə o
yalnız Müqəddəs Atanın (Roma Papası) icazəsi ilə ala
bilər.
1853-cü ildə Jitomir şəhərində qəmli hadisə baş verdi –
Yepiskop Kaspar Borovski göz yaşı ilə keşiş İohann
Kobıloviçdən keşiş cübbəsini çıxartdı, çünki çar
məhkəməsi onu qətldə təqsirkar hesab etdi və Sibirdə
~ 259 ~
259
ömürlük sürgünə məhkum etdi. Nüfuzu itirən keşiş Sibirə
getdi. İyirmi ildən sonra İohann Kobıloviçin həbs və
sürgündən əvvəl xidmət etdiyi Ostrov icmasında orqançı
ölüm ayağında idi. Ölən orqançı etiraf etdi ki, nifrətə
düçar olub bir adamı Oratovda tüfənglə güllələdi, qorxu
və məyusluq içində tüfənglə məhəllə Kilsəsinə qaçdı,
mehrabın arxasında tüfəngi gizlətdi, özünə yer
tapmayaraq tövbə etməyə başladı, çünki keşiş elə bu
vaxt günahları buraxırdı. Onun izi ilə gələn çar polisi
asanlıqla mehrabın arxasında tüfəngi tapdı və keşişdən
soruşdular, bu tüfəng buraya necə gəlib çıxıb və kim
ondan atıb. O isə tövbə edənin sirrini bildirmədi və yalnız
cavab verdi: «Bilmirəm». Dəlil göz qabağında olduğuna
görə keşiş təqsirkar hesab olundu. Həqiqəti bilən çar
hökuməti dərhal Sibirdə günahsız mühakimə olunan
keşişi axtarmağa başladı və onu azad etmək istədi, lakin
ağır əmək və xəstəliklər üzündən zəifləmiş keşiş İohann
Kobıloviç o vaxta artıq vəfat etmişdi.
Eləcə də 1393-cü ildə Praqada tövbə sirrini
qoruyub-saxlamağın uğrunda çex keşişi müqəddəs
İohann Nepomutski öz həyatını qurban verdi. O, IV
Vatslav Lüksemburqlu ilə arvadı kraliça Sofiyanın
günahlarını buraxan keşiş idi. Keşiş saray intriqasının
qurbanı oldu. Paxıl adamlar padşahı inandırdılar ki,
arvadı Sofiya ona sadiq deyil. Qısqanclıq hissinə
tutulmuş kral təsdiq axtarırdı və Müqəddəs İohannı
çağırmağı əmr etdi, ondan bunun doğru olmasını,
kraliçanın buna bənzər bir şeydə tövbə edib-etmədiyini
soruşdu. Allahın qulu cavab verdi ki, bu barədə
danışmağa onun ixtiyarı yoxdur, buna görə də kraliçanın
~ 261 ~
261
Dostları ilə paylaş: |