mağa məcbur oldu, çünki Müqəddəs və ədalətli Rəbb şəri
cəzasız qoya bilmir. Lakin O, insan nəslini məhv etmədi,
onlara tövbə etmək və bağışlanmaq imkanını verdi.
Rəbbin cəzası belə (yer üzündə olan zəhmət və əzablar),
o qədər təsəlli ilə – dünyanın gözəlliyi, məhəbbət,
dostluq, ailə, qəlbdə olan ilham, musiqi, incəsənətlə
bəzədilib... Allah insana yaratmaq, bu dünyanı bəzəmək,
onun sirrini tanımaq imkanı verir. Dünyaya qovulduqda
zavallı insana təsəlli vermək və onu xilas etmək üçün
Allahın Kəlamı (Oğlu) yer üzünə gəldi, bununla da
həyatımızı təqdis etdi, Öz Bədəni və Qanının Ayinində
insanlarla əbədi qaldı.
Müqəddəs Tarix hadisələri və Müqəddəs Yazıda İlahi
sözlərin mənası barədə düşünməkdə davam edərək
Allahın seçilmiş xalqı olan İsraillilərlə böyük mərhəmətlə
davrandığını görürük. Onları Misir əsarətindən böyük
səbirlə çıxartdığını, Musanın onlara görə vəsatətçilik
edərək mərhəmət dilədikdə dəfələrlə günahlarını
bağışladığını görürük. Müqəddəs Yazıdan öyrənirik ki,
İbrahim onlara görə dua edəndə Allah Sodom və
Homorranı bağışlamaq istəyirdi. Əlli deyil, hətta on
salehə görə bütün sakinləri məhv etmək istəmirdi və
bunu İbrahimə bildirdi. Biz burada Allahın mərhəmətli və
xeyirxah, bağışlamağı arzulayan və bağışlaması üçün
əsas axtaran Ata olduğunu görürük. Bağışlamaq imkanını
tapmayan Allah kədərlənir, çünki Öz müqəddəsliyinə və
ədalətinə görə itaətsiz məxluqları cəzalandırmağa
məcburdur. Yunus peyğəmbərdən xəbərdarlıq eşidən və
tövbə edən, günahlarına görə yas tutan və həyatını
yaxşıya doğru dəyişən Nineva sakinlərini Allah necə də
böyük şəfqət və sevinclə qəbul etdi! Oruc tutan və öz
~ 181 ~
181
günahına görə mərhəmət diləyən padşah Davudun
tövbəsini Allah necə də böyük sevgi ilə qəbul etdi!
Lakin Allahın mərhəməti İsa Məsihdə kamilcəsinə izhar
olundu. Onun bütün işləri günahkarların xilasına
yönəlmişdi. Müqəddəs Həvari Pavlos Onun Xilaskarlıq
missiyasını növbəti sözlərlə yekunlaşdırır: «Məsih İsa
günahkarları xilas etmək üçün dünyaya gəldi... O
günahkarlardan ən betəri mənəm» (1Тiм 1, 15). Hətta
fariseylər Onu «vergiyığanların və günahkarların dostu»
adlandırırdılar, buna İsa belə cavab verirdi: «Sağlamların
deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil,
günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm» (Luka 5,
31-32). O daim Allahın məhəbbəti və mərhəməti barədə
öyrədir, bu barədə məsəllər danışır. Mərhəmətli ata və
azmış oğul barədə olan məsəl İlahi məhəbbəti daha
yaxşı çatdırır. Atası qarşısında təqsirini və itaətsizliyini
dərk edən oğul peşman olur və tövbə edir. Onda ona
sadə həqiqət açılır: yeganə çıxış yolu atasının yanına
qayıtmaq və ondan bağışlanma diləməkdir. Bəs atası
onu necə qəbul etdi? O heç oğlunun etirafını sona qədər
dinləmək istəmədi. O, oğlunda tövbə görür və bu ona
kifayətdir! Diz çökən oğlunu qaldırır, onu qucaqlayır və
öpür! Nəinki hər şeyi bağışlayır, hətta onun itirdiyini ona
qaytarır: ona ən yaxşı paltar gətirməyi əmr edir, ona oğul
hüququnu qaytarır və onun şərəfinə təntənəli, sevincli
ziyafət təşkil edir.
İsa bizə bu rəhmli atada son dərəcədə mərhəmətli
olan Allahı görməyi əmr edir. Əlbəttə, Rəbbin övladlarını
sevməsi və hər şeyi bağışlaması İsanın məsəlində olan
atanın məhəbbət və mərhəmətindən üstündür, lakin
Onun nümunəsi Allahın biz günahkarlara münasibətini
~ 183 ~
183
daha yaxşı anlamağa bizə kömək edir.
Allah günahkarın qayıtmasını gözləyir
İtmiş oğulun atası onun qayğısına qalır, çünki bu onun
oğludur, onun bədənindən olan bədəndir. Vahid Oğlunu
sevən Allah Ona olan məhəbbətini heç nədən yaratdığı
milyardlarla canlı məxluqa şamil edir.
Allah onlara Öz ata məhəbbətini şamil edir, Öz
mərhəmətinə görə onları Özünə övlad və varis edir. Bunu
yalnız Öz mərhəmət və şəfqətinə görə edir, çünki bizə
ehtiyac duymur. Məsəldəki mərhəmətli ata təqsirkarın
qayıtmasını istəyir, çünki onun əzablarını duyur və onun
xoşbəxtliyini arzulayır. Allah günahkarın mühakimə
alovunda əbədi əzab çəkəcəyinə görə narahatdır və
buna görə də onunla barışmağı çox arzulayır. Eyni
zamanda Allah ona Öz şəxsi xoşbəxtliyini – ölçülməz,
sözlə deyilməz, əbədi olan xoşbəxtliyi hazırlayıb. Buna
görə də insanlar tərəfindən rədd edilmiş iyrənc
günahkarın nəfəsi var ikən hətta əxlaqsızlıq və küfr
içində keçirdiyi bir çox ildən sonra Allah ədalətli qəzəbini
onun üzərinə tökməyə tələsmir, gələcəkdəki cəzanın
ağırlığına sevinmir, xeyr. Hər şeydən çox onu bağışlamaq
istəyir.
Məsəldəki mərhəmətli ata itmiş oğlunu uzaqdan görən
kimi onun qarşısına çıxaraq qaçır. Allah da günahkarın
qarşısına çıxır: Öz İlahi qüvvəsi ilə O, insanın Özünə tərəf
dönməsi üçün imkan yaradır (sınağlar, xilasedici vicdan
əzabları, vəzləri, lazımi sözü söyləyən yaxud lazımi
nümunə göstərən insanları göndərir). O daim, bəzən bir
çox illər ərzində çağırır.
~ 185 ~
185
Dostları ilə paylaş: |