deməkdir.
Ağır günah Allahın əmrini böyük dərəcədə, könüllü
və şüurlu pozmaq deməkdir.
Əgər bu üç şərtdən biri olmasa, günah yüngül
olacaq. Onu gündəlik həyatımızda maddi şeylərə olan bir
çox kamil olmayan münasibətlərlə müqayisə etmək olar.
Məsələn, mən qəhvə ilə dolu fincanı sındırmaq
istəmirəm, lakin o, əlimdən düşüb sındı. Çox
heyfsilənirəm, lakin mən bunu istəmirdim. Bir şəxs
paltosunu ləkələmək istəmirdi, lakin diqqətsizliyinə görə
rənglənmiş divara söykəndi və paltoda boyanın ləkələri
qaldı. O heyfsilənir, bunu istəmirdi. Yaxud bir kimsə küçə
ilə gedəndə sürüşüb yıxılır və bunu istəmədən edir.
Ağır günahı növbəti hadisələrlə müqayisə etmək olar:
insan könüllü və şüurlu olaraq fincanları, stəkanları,
boşqabları yerə çırpıb sındırır. Bir nəfər şüurlu və könüllü
olaraq təzə kürklə divardan boyanı silir yaxud küçənin
ortasında gölməçəyə atılır.
Bu nümunələr arasında böyük fərq görürük. İndi
ruhani məsələlərdə, dəqiq desək, Allahın qaydalarının
pozulması zamanı bu anlayışlara nəzər salaq. İnciklik
hissi ilə dolaraq bir nəfər başqa insana bir neçə acıqlı
söz dedi, lakin bunu dərk edən kimi dərhal özünü
saxladı, hətta üzr istədi. Görürük ki, bu halda insan
hərəkətini tam dərk etmirdi, buna görə də günah
yüngüldür. Lakin insan pis iş gördüyünü tam dərk
edəndən sonra özünü saxlamır, nifrətə öz ürəyində
yaşamağa imkan verir, başqasına şüurlu və könüllü
şəkildə bədbəxtlik və pislik arzulayırsa, bu başqa
məsələ, günah ağır hesab olunur. Yaxud, məsələn,
məsihçi tərbiyəsi almayan bir gənc
Rəbbin Günü
və
~ 165 ~
165
bayram günlərində müqəddəs Messada iştirak etmək
borcu barədə bilmir, lakin imanlıların
bazar
günlərində
məbədə getdiyini və bunu etməyin yaxşı olduğunu
eşidib; o, ibadətlərdə iştirak etmədiyinə görə ağır günah
sahibi olmayacaq, çünki o bu borcu dərk etmir. Lakin
üzrlü (məsələn, xəstəlik, xəstəyə qulluq etmə öhdəliyi
yaxud körpə uşağa qayğı göstərmə) səbəb olmadan
Rəbbin Günü
(bazar günləri)
və bayram günlərində
müqəddəs Messada iştirak etməməyin özünə və Kilsəyə
böyük ruhani ziyan gətirdiyini aydın anlayan, lakin öz
iradəsi ilə belə hərəkət edən adam ağır günah sahibi
olur. Eləcə də insan şüurlu və könüllü olsa da, tam razılıq
vermədən balaca işdə günah etsə, kiçik pislik edir və
gündəlik (yüngül) günah sahibi olur.
Ağır və gündəlik günah arasında fərqi anlamağa bizə
vicdanımızı daha həssas və sadiq edən günahların
tez-tez etirafı kömək edə bilər.
Elə olur ki, kamilliyə səy göstərən və Evxaristiyada
tez-tez iştirak etməyi arzulayan insanlar özlərinə daxili
və zahiri maneələr yaradırlar. Gəlin onlara diqqət yetirək.
1. Bəziləri Evxaristiyanı kamilliyə görə mükafat hesab
edirlər. Bu anlayış səhv və tamamilə qürurla doludur.
Məsih dedi: «Tək Allahdan başqa yaxşısı yoxdur» (Мark
10, 18). Biz kamilliyə daim səy göstərməliyik, lakin heç
birimiz yer üzündəki həyatımızın sonuna qədər kamil
olmayacağıq, biz yalnız göydə kamil olacağıq. Buna görə
də heç kim Allah Oğlu ilə Birləşmək üçün layiq
olmayacaq. Hər dəfə Evxaristiyada iştirak etməzdən
əvvəl biz kədərlənərək deyirik: «Rəbb, yanıma gəlməyinə
layiq deyiləm...» İsa bizdən iman, məhəbbət,
minnətdarlıq və təvazökarlıq, həmçinin Ona daha yaxşı
~ 167 ~
167
xidmət etmək istəyimizi arzulayır və bunları ürəyimizdə
görəndə bizə etinasızlıq göstərmir, məmnuniyyətlə gəlir
və bizimlə birləşir. Evxaristiya kamilliyə görə mükafatdır
– belə bir sözü Müjdənin heç bir yerində tapa bilmərik.
İsa deyir: «Mənim cismim həqiqi gida, qanım da həqiqi
içkidir» (Yəh 6, 55). Məsihçilər lütf və möhkəmlənmək
üçün Evxaristiyada iştirak etməyə gedirlər. Xilaskarımız
deyir: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim
yanıma gəlin, Mən sizə rahatlıq verərəm» (Mat 11, 28).
2. Başqaları yalnız günahları etiraf edəndən dərhal
sonra vicdan əzabı çəkməyərək Rəbbin Bədənini qəbul
edirlər. Böyük şərəf hissi ilə onlar özlərindən mələklərə
xas olan təmizliyi tələb edirlər, bu isə yer üzündə
yaşayan insan üçün qeyri-mümkündür. İstəklərinə zidd
olan bir fikir ağıllarına gələndə onlar özlərinə böyük əzab
verirlər. Başqaları Evxaristiyada iştirakdan əvvəl və sonra
şirin hisslər keçirmədiklərinə və gözəl fikirlərə sahib
olmadıqlarına görə özlərini üzürlər (bu da bizim
iradəmizdən asılı deyil, çünki biz özümüzdə istədiyimiz
hissləri süni yolla yarada bilmərik) və buna görə də həyat
və mərhəmət Mənbəyinə yaxınlaşmırlar. Bu insanlar
səmərəsiz fikirlərlə özlərinə iztirab verməməli, əksinə,
Rəbbin məhəbbətinə görə Ona alovlu məhəbbətlə əvəz
verməyə, Onun sonsuz mərhəmətinə görə başqa
adamlara münasibətdə mərhəmət işləri etməyə çalışma-
lıdırlar, çünki O bizi olduğumuz kimi sevir. Bu insanlar
kiçik qəbahətlərinin əvəzində sədaqətlə, səbirlə,
təvazökarlıqla Öz borclarını yerinə yetirərək Allahı razı
salmağa çalışmalıdırlar, səmimi kədər hissi və islah
olmaq niyyəti, imanla, məhəbbətlə və minnətdarlıqla
Rəbbin Müqəddəs Süfrəsinə yaxınlaşmalıdırlar, İsa da
~ 169 ~
169
Dostları ilə paylaş: |