Sərbəst iş Ad: Səid Soyad: Əliyev Fakültə


Mərvanilər dövündə Əməvilərin xarici siyasəti



Yüklə 119,62 Kb.
səhifə2/5
tarix30.12.2023
ölçüsü119,62 Kb.
#164512
1   2   3   4   5
Əliyev Səid. Şərq xalqları tarixi

2.Mərvanilər dövündə Əməvilərin xarici siyasəti.
Əməvilər əsası I Müaviyə tərəfindən 661-ci ildə qoyulan müsəlman xəlifələri sülaləsidir. Süfyani və mərvani əməviləri VIII əsrin ortalarına qədər Əməvilər xilafətini idarə etmişlər. Əməvilər sülaləsinin dövründə Xilafət ordusu indiki Cəbəlüttariq boğazını keçərək Avropaya girdi, müasir İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdi. 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində Əməvilər sülaləsini əvəz edən Abbasilər tərəfindən hakimiyyətdən devrilmiş və İspaniyada Kordova xilafətinin əsasını qoyan xəlifə Hişam ibn Əbd əl-Malikin nəvəsindən başqa bütün əməvilər həlak olmuşdur. Sülalənin banisi Əbdşəms ibn Əbdmanafın oğlu və Əbdülmütəllibin əmisi oğlu Üməyya ibn Əbd Şəms olmuşdur.
Əməvilərdə Mərvanilər dövrü (683-750-ci illəri əhatə edir.
Müsəlmanların əksəriyyətinin Abdullah b. Zübeyri xəlifə olaraq tanıması, Ümeyyəoğulları arasında da parçalanmalara səbəb olmuşdur. Hətta xəlifənin vəkili olan Dəhhaq b. Qeys də gizlicə Abdullah Zübeyrə beyət etmişdi.
Mərvan b. Hakəm də Abdullaha beyət etməyi düşünərkən Übeydullah b. Ziyad İraqdan gəldi. Əhli-Beytə qarşı işlədiyi dəhşətli günahdan qorxuya düşən bu şəxs, Mərvanm da Abdullah b. Zübeyrə beyət edəcəyini öyrəndikdə, Abdullah b. Zübeyrin Əhli-Beytin intiqamını özündən alacağını düşünərək:
“San Qüreyşin şeyxisən. Əməvılərm ən ulususan. Gedib Zübeyrə beyət etsən, sənin yerinə utanaram ” deyərək onu xəlifə olmağa razı saldı.
Mərvan b. Hakəm bu sözlərdən sonra xəlifəliyini elan etdi. Başını itirən əməvilər, dərhal onun ətrafina toplandılar. Bəzi Yəmən qəbilələri də Mərvanın hakimiyyətini tanıdılar. Bu səbəbdən Mərvanm ətrafina toplanaraq onu tanıyanlara “yəməniyyə” deyildi. Dəhhaq b. Qeys Abdullahı xəlifə olaraq tanıdığı üçün, onun tərəfdarlarına da “qeysiyyə” deyildi. Bu iki qrup arasındakı münaqişələr getdikcə böyüyərək döyüşlə nəticələndi. Mərcu-Rahit adlanan yerdə Mərvan b. Hakəmin tərəfdarları ilə, Dəhhaq b. Qeysin tərəfdarları arasında 684-cü ildə qanlı döyüş baş verdi. Dəhhaq b. Qeys döyüşdə öldürüldü və tərəfdarları dağıldı. Mərvan Şama girdi. Şamlılar ona beyət etdilər. Suriyada təhlükəsizliyi təmin edən Mərvan, Ömər b. Sadı da yanma alaraq Misirə tərəf hərəkət etdi. Abdullah b. Zübeyrin adamlarını məğlub etdikdən sonra oğlunu Misir valisi elan etdi. Bu əsnada Abdullah b. Zübeyr Misirə qardaşı Musabın başçılığı ilə bir ordu göndərmişdi. Ömər b. Sad bu ordunu da məğlub etdi. Beləliklə Mərvanın Misirdəki hakimiyyəti güclənmiş oldu.
Mərvanı ən çox maraqlandıran bölgə Hicaz idi. İraqda da bir çaxnaşma vardı. Kufəlilərin əksəriyyəti Hz. Hüseyni çağırdıqları halda, sonradan onu yalnız buraxaraq şəhid olmasına səbəb olduqları üçün peşman idilər. Nəticədə Hz. Hüseynin qanını tələb etməklə təmizə çıxacaqlarına inanaraq üsyan etdilər. İraqdakı Şiə (Əhli-Beyt) tərəfdarları Tuwa ya da Təwabin adlı gizli dəmək quraraq fəaliyyətə başladılar.
İraqda Sasanilərlə aparılan müharibələrdə İslam ordusuna komandirlik etmiş və şəhid olmuş Übeydə Məsudus-Səqafinin oğlu Muxtar da, h. 64/m. 684-cü ildə Kufədə Şiələrlə görüşdü: “mən Mehdi Məhəmməd b. Hənifənin (Hz. Əlinin nəvəsinin) yanından gəlirəm. Məni sizə əmir olaraq göndərdi. ” dedi.
Şiələrin həmin vaxt beş rəisi var idi. Bunlar Süleyman b. Sardı özlərinə başçı seçmişdilər. Lakin Muxtarın şöhrəti və onun Məhəmməd b. Hənifə tərəfindən göndərilmiş olması bəzi şiələrin onu əmir olaraq tanımasına səbəb oldu.
Abdullah b. Zübeyr Muxtarı həmişə təhlükəli adam kimi tanıyaraq ona etimad etmirdi.
Muxtarus-Səqafinin Kufəyə çatmasından bir həftə sonra Abdullah b. Zübeyrin İraqa vali təyin etdiyi Abdullah b. Yezid Kufəyə daxil oldu.
Mərvan da bu əsnada hazırladığı iki ordunu Mədinə və İraq üzərinə göndərmişdi. Mədinəyə girən ordu Zübeyr tərəfindən məğlub edildi. İbn Ziyadın ordusu İraq yolunda olarkən Mərvanın ölüm xəbəri gəldi.
Əməvilərin liderlərindən olan Mərvan, Hakəmin oğludur. Hz. Osmanın katibi olmuşdur və onun şəhid edildiyi əsnada yaralanmışdı. Əməvilər arasında Yezidin digər oğlu Xalidin xəlifə olmasını istəyənlərin də ortaya çıxdığını görən Mərvan, Yezidin dul arvadı Ümmü Haşimlə evlənmişdi. Bunula o həm xəlifəliyini gücləndirdi, həm də vəliəhd təyin etmək haqqına sahib oldu. 684-cü ildə oğlanları Əbdülməlik və Əbdüləzizi vəliəhd təyin etdi. Xalidi də təhqir edərək xalqın gözündən düşürməyə çalışdı. Kinli qadınm intiqamı dəhşətli olur. Ümmü Haşim oğlu Xalidin təhqir olunmasından ötrü Mərvanı öldürməyə qərar verdi. Bir gecə Mərvan yatarkən onu üzünə yastıq basaraq öldürdü. Etibar etdiyi iki cariyəsi də, ona bu cinayəti törətməkdə kömək etdilər. Ümmü Haşim buna baxmayaraq oğlu Xalidin xəlifə olmasına nail ola bilmədi. Xilafətə 685-ci ildə vəliəhdliyi elan edilən Əbdülməlik keçdi.


Yüklə 119,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə