Sərbəst iş Ad: Səid Soyad: Əliyev Fakültə


İraqın monqollar tərəfindən işğal edilməsi



Yüklə 119,62 Kb.
səhifə4/5
tarix30.12.2023
ölçüsü119,62 Kb.
#164512
1   2   3   4   5
Əliyev Səid. Şərq xalqları tarixi

4.İraqın monqollar tərəfindən işğal edilməsi.
Monqol işğalları—13-cü əsr boyu baş tutmuş, 1300-cü ilədək artıq Asiya və Şərqi Avropanı əhatə edən geniş Monqol İmperiyasının yaranması ilə nəticələnmişdir. Tarixçilər Monqol İmperiyası daxilindəki dağıntıları bəşəriyyət tarixindəki ən ölümcül münaqişələrdən biri kimi qiymətləndirirlər. Əlavə olaraq, monqolların kəşfiyyat xarakterli yürüşləri zamanı özləri ilə vəba gətirməsi, Asiya və Avropanın geniş hissələri boyu yayması və sonradan Qara ölüm adını alan və kütləvi insan həyatının itirilməsinə səbəb olan epidemiyanın əsasının qoyması ehtimalı da var.
Monqol İmperiyası 13-cü əsr ərzində Asiya boyu bir sıra işğal və yürüşlər əsasında yaranmış, 1240-larda isə Şərqi Avropaya çatmışdır. "Dənizlərin imperiyası" adlandırılan özündən sonrakı bir çox imperiyanın (Britaniya) əksinə, Monqol İmperiyası daha cox quru əsaslı olmuş, otarma yönümlü Monqol süvari və mal-qara qüvvəsinə əsaslanmışdır. Bu səbəbdən monqol qarət və yürüşlərinin əksəriyyəti mal-qara üçün kifayət qədər otun movcud olduğu daha isti fəsillərdə baş tutmuşdur. Monqolların yüksəlişindən əvvəl 1211-dən 1225-ə qədər 15 il rütubətli və isti hava şəraiti atların yetişdirilməsi üçün əlverişli şərait yaratdı və bu da monqolların işğalarına böyük kömək etdi.
Rus dövlətlərinə qarşı Tartar və Monqol yürüşləri 1260-cı illərdə Monqol İmperiyasının parçalanmasından daha sonralara qədər davam etmişdir. Digər ərazilərdə, Çində monqolların qazandığı əraziləri əldə saxlaması 14-cü əsrdə Yuan sülaləsinədək, İranda isə 15-ci əsrdə Teymurilər imperiyası adı altında davam etmişdir. Hindistanda Monqol dövləti 19-cu əsrədək Muğal imperiyası adı altında mövcud olmağı bacarmışdır.
Çingiz Xan Monqol İmperiyasının əsasını Mərkəzi Asiyada Merkit, Tartar və Monqol kimi türk və monqol əsilli konfederasiyaları birləşdirməklə qoymuşdur. Uyğur Buddist Qoço Krallığını təslim olmağa məcbur etmiş və imperiyaya qatmışdır. Daha sonra isə Qara Xitay və Xarəzmlər sülaləsinin işğalı ilə imperiyanı genişləndirməyə davam etmişdir.
Monqollara müqavimət göstərən hər bir şəhər ciddi dağıntılara məruz qaldığından müsəlman Mərkəzi Asiyası və İranın şimal-şərqi ciddi şəkildə əhali itirmişdir. Hər bir əsgərin qarşısına müəyyən sayda insan öldürülməsi tələbi qoyulurdu. Məsələn, Ürgəncin işğalından sonra hər bir monqol əsgərindən 24 nəfər öldürülməsi tələb olunurdu.
Alan və Kumanlara (Qıpçaq) qarşı monqollar parçala və ələ keçir taktikasını yürütmüşlər. Kumanlara Alanlarla müttəfiqliyə son qoymalı olduqlarını demiş, müttəfiqləri ayırdıqdan sonra isə sıra ilə onları məğlub etmişlər.[12][13][14]
Monqolların Mərkəzi Asiyada Məmlüklər üzərinə yürüşü zamanı Məmlük ordusunun əksəriyyəti Qıpçaqlardan təşkil olunmuşdu. Qızıl Ordu dövlətinin Məmlükləri yeni Qıpçaq qüvvələri ilə təmin etməsi onların monqollara qarşı müqavimətinə kömək etdi.
Monqolların işğallarından sonra Macarıstan qaçqın Kumanlar üçün sığınacağa çevrildi.
Mərkəzləşmiş dövlətə sahib və Yağma, Qarluq, Oğuzlardan ibarət olan, dünyəvi dinlərə keçmiş Qaraxanilərin əksinə, parçalanmış və dövlətsiz qalan Qıpçaqlar yalnız Monqol işğallarından sonra İslamı qəbul etmişdir
Monqollar hazırda İran, İraq, Qafqaz, Suriya və Türkiyə olaraq bilinən əraziləri güc yolu ilə və ya könüllü olaraq əldə edib. Əsas döyüşlər, monqolların İslamın 500 il boyu mərkəzi olmuş Bağdad şəhərinin 1258-ci ildə mühasirəsi və qarəti və müsəlman qıpçaq Məmlüklərin monqolları dəf etdiyi 1260-ci ildəki Ən Cəlut savaşı olmuşdur. Bu döyüşdə monqol qüvvələrinin qarşısı qəti olaraq kəsildi. Monqol Hülakü xanın Mərkəzi Asiyaya yürüşü zamanı onu minə yaxın çinli mühəndisdən ibarət dəstə müşayiət etmişdir.
Çingiz Xan və onun varisləri Çini dəfələrlə işğal etmiş, 1209-da Qərbi Xianı istila etmiş 1227-də isə tamamilə darmadağın etmişlər. 1234-də Djin sülaləsini, 1279-da isə Sonq sülaləsini məğlub etmişlər. Dali Krallığını 1253-cü ildə vassala çevirən monqollar, Koreyanı kopitulyasiyaya məcbur etmiş, lakin Yaponiyanı işğal edə bilməmişlər.
Cənubi Çini işğal etməyə göndərilən monqol qüvvələri 1256-da Mərkəzi Asiya üzərinə göndəriləndən daha böyük idi.
Monqollar tərəfindən işğal olunan Tibetin idarəsi Yuan sülaləsinə verilib. Ərazinin idarəsi üçün Yuanlar tərəfindən Buddist və Tibet münasibətləri Bürosu yaradılmışdır.1264 və 1308-ci illər arasında monqollar Saxalin adasını da işğal edir. Korea (Qoryeo) yarım müstəqil vassala və 80 il müddətinə Yuan sülaləsinin məcburi müttəfiqinə çevrilir. Daha sonra Yuan sülaləsi 1368-ci ildə Qırmızı Türbanlılar üsyanı zamanı devrilir.
Monqollar Avropada Polşanı, Macarıstanı və Bolqarıstanı işğal etmədən öncə Volqa Bolqarıstanını və Kiev Rusunu işğal edib dağıntalara məruz qoymuşlar. Üç il ərzində (1237-1240) monqollar Novqorod və Pskov istisna olmaqla bütün əsas Rus şəhərlərini dağıdıb xəritədən silmişlər.
Papanın Böyük Monqol Xanının yanına göndərdiyi elçi, Ciovanni da Pian del Karpine, 1246-cı ildə Kievdə səyahətdə olarkən yazırdı: Onlar (Monqollar) Rusiyaya hücum edib viran qoydular. Şəhərləri, qalaları darmadağın edərək kişiləri qılıncdan keçirdilər və Kiyevi, Rusiyanın paytaxtını mühasirəyə aldılar. Uzun çəkən mühasirədən sonra şəhərə daxil olub sakinləri ölümə məhkum etdilər. Biz bu ərazilər boyu səyahət edərkən yerdə tərk edilmiş saysız-hesabsız insan kəllələri və sümüklərinə rastladıq. Kiev olduqca böyük və sıx məskunlaşılmış bir şəhər idi, halbuki indi şəhər əhəlisi demək olar heçə endirilib. Hazırda şəhərdə 200 ev qalıb ki, onların da sakinləri qul olaraq saxlanılır.
Monqol işğalları məcburi əhali köçünü Mərkəzi Asiya və Şərqi Avropada görülməmiş səviyyəyə qaldırmışdı. Monqol ordularının yaxınlaşması xəbəri terror və panika yaradırdı.



Yüklə 119,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə