Sərbəst iş Fakültə: Məktəbəqədər təhsil İxtisas: Məktəbəqədər təlim-tərbiyə Kurs: II qrup: mqt 2130b fənn: Sosial pedaqogika



Yüklə 151,25 Kb.
səhifə2/5
tarix30.04.2023
ölçüsü151,25 Kb.
#107795
1   2   3   4   5
0438(2

1. Şagirdə yönəlmiş təlim prinsipi: şagird təlim prosesinin mərkəzi obyekti kimi çıxış etməlidir; təlim uşağın imkan və qabiliyyətlərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir;
2. Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, idrak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələnmək həvəsini yaratsın;
3. İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vıqotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyüklərin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək potensial imkanlarına tuşlanmalıdır;
4. “Qabaqlayıcı təlim” pinsipi: təlim cəmiyyətin inkişaf təmayüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül tapacaq dünyada fəaliyyətə hazırlamalıdır;
5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi: İctimai mühitin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proqramlarının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə prosesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin sistematik təzələnməsi baş verməlidir;
6. Əməkdaşlıq prinsipi: “müəllim-şagird-valideyn ” qarşılıqlı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tərəf-müqabili kimi iştirak etməlidirlər;
7. Dialoji təlim prinsipi: məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini müəyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir
Bildiyimiz kimi, yeni təlim texnologiyaları və ya interaktiv təlim metodları yaddaşa yox təfəkkürə əsaslanır. Yeni təlim texnologiyaları ilə müstəqil şəkildə bilik əldə edən şagirdlərin nəyinki təfəkkürü inkişaf edir, formalaşır həm də yaradıcılıq qabiliyyəti də inkişaf edir. Şagirdlərin göstərilən istiqamətdə formalaşmalarına nail olmaq üçün təlim prosesində bir çox tələblərə əməl etmək lazımdır.
Problemlilik: təlim modelində problemli inkişaf şəraitinin modelləşdirilməsi; ətraf mühitin cisim və hadisələrində mövcud olan real ziddiyyətlərin həll edilməsi cəhdinə əsaslanmış təlim;

Yüklə 151,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə