Sərbəst iş Fakültə: Məktəbəqədər təhsil İxtisas: Məktəbəqədər təlim-tərbiyə Kurs: II qrup: mqt 2130b fənn: Sosial pedaqogika



Yüklə 151,25 Kb.
səhifə5/5
tarix30.04.2023
ölçüsü151,25 Kb.
#107795
1   2   3   4   5
0438(2

Fəal təlim metodu elə təlim metodudur ki, dərs prosesində müəllimlə şagird arasında qarşılıqlı əlaqə, münasibət, ünsiyyət, müəllim-şagird əməkdaşlığı vardır. Şagirdlər passiv dinləyici deyillər. Onlar dərsin fəal iştirakçılarıdır, müəllimin yaxın köməkçisidirlər. Əgər passiv təlim metodunda müəllim əsas fiqur, əsas sima idisə, indi müəllim və şagird birlikdə dərsin əsas qurucusu, təşkilatçılarıdır.
Fəal təlimdə müəllim və şagird eyni səviyyədə, eyni dərəcədədirlər. Əgər passiv dərs avtoritar, avtokratik üsulda qurulursa, fəal dərs tipində əməkdaşlıq, işgüzarlıq, demokratik prinsiplər öz əksini tapır.
Fəal təlimdə müəllim şagirdə təsir göstərdiyi kimi, şagird də müəllimə təsir göstərir. Fəal təlimdə müəllim şagirdə öyrətdiyi kimi, müəllim özü də şagirddən öyrənir. Fəal təlimdə qarşılıqlı dialoq, əməkdaşlıq hökm sürür. Fəal təlimi sxem şəklində aşağıdakı kimi göstərə bilərik.

Fəal təlimin prinsiplrini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi
2. Fəal idraki prinsip
3. İnkişafetdirici təlim prinsipi
4. “Qabaqlayıcı təlim” prinsipi
5. Təlim-tərbiyənin çevikliyi prinsipi
6. Əməkdaşlıq prinsipi
7. Dioloji təlim prinsipi

Fəal və interaktiv təlim anlayişlarının bir çox cəhətləri bir-birilə çox yaxın və ümumidir. Belə ki, hər iki metodla keçilən dərs şagirdləri fəallışdırmağa yönəldilmiş, hər ikisində şagirdlərə hazır biliklər verilmir, onlar axtarıcılığa, tədqiqatçılağa sövq edilir, hər ikisində müəllim şagird münasibətləri, ünsiyyət və dialoqlar hökm sürür.


İnteraktiv təlim zamanı isə müəllimin başlıca vəzifəsi şagirdlərə yardımçı olmaqdan, təlim prosesində şagirdlərin fəaliyyətini əlaqələndirib onlara yaradıcı axtarışa həvəs yaratmaqdan, axtarıb araşdırmağı, nəyi harada öyrənməyi öyrətməkdən ibarətdir.
İnteraktiv təlim metodları özü də fəal təlim prosesinə daxil olan metodlardandır. Burada biliyin əasas qrup və cütlərlə iş formalarından müntəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasi-ya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qruplarda işlər təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir. Hər qrup öz tədqiqatlarının yekunları ilə auditoriyanı tanış edirlər. Sonra təqdim olunan bütün işlər arasında rabitə, əlaqələr yaradılır. Məlumatlar sistemə salınaraq ümumiləşdirilir. Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisə olunur və nəticələr çıxarılır. Bundan sonra biliyn tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu kimi, fəal-interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı qayğısına qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti yaradıldığından iştirakçıların yüksək fəallığı təmin olunur.
Məlum olduğu kimi interaktiv təlim metodları ən yeni texnologiyalardan biri sayılır.
Təlim texnologiyası deyəndə pedaqoji prosesdə təlimin ən yeni və ən səmərəli metodlarından, priyom, tərz və vasitələrindən istifadə etməklə yüksək elmi – intellektual səviyyəyə və nümunəvi mənəvi - əxlaqi normalara malik olan şəxsiyyətin yetişdirilməsi nəzərdə tutulur.
“İnteraktiv” latın sözü olub, iki mənada təqdim olunur. Birincisi “intero” şəklində, yəni “daxili”, “içəri” mənasında, ikincisi isə “internaşin” şəklində yəni “ara”, “qarşılıqlı əlaqə”, “dialoq” “beynəlxalq” mənasında işlədilir. “Aktiv” və ya “akt” sözü isə beynəlxalq status almış “aktivişhin” sözündən olub, “fəaliyyət”, ”fəal”, “fəallıq”, “fəallaşmaq” mənasında işlədilir. Demək, “İnteraktiv” “qarşılıqlı əlaqə”, “anlaşma”, “əməkdaşlıq”, “dialoq” deməkdir. Bu prosesdə hər iki tərəfin fəallığı mühüm yer tutur. Bu fəallaşma adi və normal fəallaşma kimi deyil, çevik və dinamik fəallaşma kimi başa düşülür. Deməli, “interaktiv” sözü pedaqoji prosesin son dərəcə dinamik fəallaş-dırılması kimi başa düşülməlidir. Bu prosesdə hər bir şagirdin öz müstəqil fikri, düşüncəsi və ideyası olur və hər bir zəif şagird də fəallaşır. Bütün bunlar da, heç şübhəsiz, təlim keyfiyyətinin yüksəlməsinə, təkmilləşməsinə bilavasitə təsir göstərir, şagirdlərin mənimsəmə keyfiyyətini artırır.
İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusu kimi baxmaq olar. İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvi ola bilər:
- müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
- problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilmə-sinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabi-liyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
İnteraktiv təlim prosesində şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı”, araşdırıcı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, fikir söyləyən, münasibət bildirən, biz subyekt, təlim prosesinin tamhüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış edir və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
ƏDƏBİYYAT

1. Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri. Bakı, 2014.


2. Əlizadə Ə. Yeni pedaqoji təfəkkür. Bakı: Adiloğlu, 2001.
3. Veysova Z. Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi. Bakı, 2013.
Yüklə 151,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə