Sərbəst iş İxtisas : Biznesin təşkili və idarə olunması Qrup : A1/2-21 Kurs: 2 Fənn


Biznesin qiymətləndirilməsində tətbiq olunan yanaşmalar



Yüklə 74,31 Kb.
səhifə3/9
tarix18.05.2023
ölçüsü74,31 Kb.
#111115
1   2   3   4   5   6   7   8   9
Tg 9 (Sərmayələr və portfel menecmenti)2

Biznesin qiymətləndirilməsində tətbiq olunan yanaşmalar
Biznesin (müəssisənin)qiymətləndirilməsinə aşağıdakı yanaşmalar tətbiq edilə bilər:

  • xərc yanaşması

  • bazar yanaşması

  • gəlir yanaşması.

Xərc və ya əmlak yanaşması çəkilmiş xərclər nöqteyi-nəzərindən müəssisənin dəyərini müəyyən edir. Əvvəlcə ayrı-ayrılıqda hər bir balans aktivinin ədalətli bazar dəyərinin qiymətləndirilməsi aparılır. Sonra öhdəliklərin cari dəyəri müəyyən edilir. Bundan sonra isə müəssisənin aktivlərinin əsaslandırılmış bazar dəyəri məbləğindən bütün öhdəliklərin dəyəri çıxılır. Nəticədə xüsusi kapitalın qiymətləndirilən dəyəri alınır. Xərc yanaşmasında bazar dəyəri aşağıdakı kimi hesablanır:
XK= A-Ö
burada XK - xüsusi kapital, A- aktivlər, Ö – öhdəliklərdir.
Qeyd. Bu yanaşma inkişaf və ya satışların/gəlirlərin əhəmiyyətli dərəcədə artırılması perspektivləri olmayan və sabit bazar mühitində fəaliyyətdə göstərən müəssisələr üçün tətbiq edilə bilər. Əks halda, alınan nəticə digər yanaşmaların tətbiqi ilə aparılmış qiymətləndirmənin nəticələrindən kəskin fərqlənə bilər. Bu halda müəssisənin fəaliyyətinin fasiləsizliyi mülahizəsi də inkar edilmiş olocaq.

Müəssisənin dəyərinin qiymətləndirilməsinə müqayisə yanaşması
Müqayisə yanaşması əvəzetmə prinsipinə əsaslanır: əgər müəssisənin dəyəri onunla eyni faydalılığa malik oxşar obyekt bazarında həmin obyektin əldə olunması xərclərini ötüb keçirsə, onda alıcı bu obyekti almır. Bir qayda olaraq bu yanaşma alqı –satqı sövdələşmələri haqqında kifayət qədər aktiv bazar məlumatlarına malik olduqda istifadə edilir.
Müqayisə yanaşmasının üstünlükləri :

  1. Qiymətləndirici faktiki qiymətlərə əsaslanır. Qiyməti bazar diktə edir, qiymətləndirici analoqun qiymətləndirilən obyektlə müqayisəliliyini təmin edən düzəlişlərlə kifayətlənir.

  2. Qiymətləndirmə retroinformasiyalara əsaslanır və müəssisənin istehsal – maliyyə fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

  3. Faktiki başa çatmış sövdələşmənin qiyməti bazardakı vəziyyəti nəzərə alır, tələb və təklifin real əksi sayılır.

Müqayisə yanaşmasının tətbiqi mümkünlüyü aktiv maliyyə bazarının mövcudluğundan, maliyyə və qiymət informasiyalarını toplayan xidmətlərdən, eləcə də belə informasiyaların əldə edilməsi mümkünlüyündən asılıdır. Müqayisə üçün şirkətlərin seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir:

  • bu və ya digər sahəyə, regiona məxsusluğu;

  • buraxılan məhsul və ya xidmətlərin növləri;

  • məhsul və ya xidmətlərin diversifikasiyası;

  • şirkətin həyat tsikli fazası;

  • şirkətlərin ölçüləri, onların strategiyası, maliyyə göstəriciləri.



Yüklə 74,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə