Sərbəst iş İxtisas : Biznesin təşkili və idarə olunması Qrup : A1/2-21 Kurs: 2 Fənn


Biznesin qiymətləndirilməsində tətbiq olunan metodlar



Yüklə 74,31 Kb.
səhifə2/9
tarix18.05.2023
ölçüsü74,31 Kb.
#111115
1   2   3   4   5   6   7   8   9
Tg 9 (Sərmayələr və portfel menecmenti)2

Biznesin qiymətləndirilməsində tətbiq olunan metodlar
A. Xərc yanaşmasının metodları aşağıdakılardan ibarətdir:

  • xalis aktivlərin dəyəri metodu (Book Value) ;

  • ləğvetmə dəyəri metodu (Liquidation Value).

A1. Xalis aktivlərin dəyəri metodu qiymətləndirilən şirkətin məlumatlarına əsaslanır. Metodun mahiyyəti öhdəliklərin bazar dəyəri çıxılan balans məlumatlarının təshihi yolu ilə aktivlərin bazar dəyərinin müəyyən edilməsindən ibarətdir. Metodun modifikasiyasında aktivlərin bazar dəyərinə qazanc metodu ilə müəyyən edilən qudvill əlavə olunur (bu zaman xalis kapitalın sahə üzrə orta rentabelliliyini əks etdirən informasiya lazımdır). Metodun üstünlükləri onun sadəliyindən, nisbətən yüksək olmayan əmək tutumluluğundan və məhdudiyyətin olmamasından ibarətdir. Onun çatışmazlığı isə keçmiş xərclərin heç də müəssisənin (biznesin) alışının əsas səbəbi kimi nəzərə alınmamasıdır. Biznesin qiymətləndirilməsinə xərc yanaşmasının tətbiqi mərhələlər üzrə aşağıdakı kimi aparılır:
1. Firmanın maliyyə hesabatlarının təhlili. Əgər maliyyə hesabatları auditor tərəfindən təsdiq olunmayıbsa, onda müstəqil auditor dəvət edilməlidir. Beynəlxalq və ya Milli maliyyə hesabatları standartlarına (İFRS, MMUS) müvafiq olaraq tərtib edilmiş maliyyə hesabatlarında aktivlərin və öhdəliklərin ədalətli dəyəri müəyyən edilməlidir.
2. Müəssisənin dəyərinin müəyyən edilməsi. Müəssisənin dəyəri bərabərdir: aktivlərin ədalətli dəyəri çıxılsın öhdəliklərin ədalətli dəyəri.
A2. Ləğvetmə dəyərinin (fəaliyyətsiz müəssisənin dəyəri) hesablanması metodikası aktivlərin və öhdəliklərin bazar dəyərinin qiymətləndirilməsinə əsaslanır. Xalis aktivlərin dəyəri metodundan onun fərqləri müəssisənin vəziyyətindəki fərqlərlə müəyyən edilir. Ləğvetmə dəyərinin hesablamaları zamanı qudvillin dəyəri çıxılır. Digər qeyri – maddi aktivlərin dəyəri sıfıra bərabər olur (belə ki, alıcılar olmaya bilər). Əsas fərq ondan ibarətdir ki, aktivlərin ləğv olunması (satışı) üçün müəssisə demontaj üçün görə xərc çəkməli, vasitəçilərə komissiyon haqlar ödəməli, likvidliyi təmin etmək üçün qiyməti bazar qiymətindən aşağı salmalıdır. Satılmış aktivlərin dəyərindən (müsabiqə çəkisindən) xərclər (o cümlədən idarəetmə heyətinin saxlanmasına çəkilən xərcləri), öhdəlikərin dəyəri, əmlakın satışına vergilər, vasitəçilərə ödənilən komisyon haqlar çıxılır. Bütün gəlirlər və xərclər qiymətləndirmə anına gətirilir (diskontlaşdırılır).

Yüklə 74,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə