Sərbəst iş İxtisas : Biznesin təşkili və idarə olunması Qrup : A1/2-21 Kurs: 2 Fənn



Yüklə 74,31 Kb.
səhifə4/9
tarix18.05.2023
ölçüsü74,31 Kb.
#111115
1   2   3   4   5   6   7   8   9
Tg 9 (Sərmayələr və portfel menecmenti)2

Şirkətin qiymətləndirilməsi:
Firmanın dəyərinin qiymətləndirilməsi aşağıdakı kimi aparıla bilər:

    • hədiyyənin, var-dövlətin, mülkiyyətin vergi qoyma məqsədilə qiymətləndirilməsi;

    • Firma işçilərinin onun səhmdar kapitalında iştirak planının əsası kimi (Employee Stock Ownership Plans, ESOP);

    • firmanın və ya onun səhmlərinin alqı-satqısı kimi;

    • firma ləğv olunduğu zaman;

    • firmalar birləşdiyi və ya ayrıldığı zaman;

    • maliyyə zəbti və mülkiyyətin firmaya rekonstruksiyası zamanı;

    • bank kreditinə firma aktivlərinin girov qoyulması ilə ərizə verilməsi zamanı;

    • boşanmalar zamanı;

    • sığorta müqavilələrinin bağlanması zamanı;;

    • sığorta hadisəsi baş verdiyi zaman;

    • müflis elan olunma zamanı;

    • yeni səhmlərin və digər qiymətli kağızların buraxılması zamanı.



Firmanın qiyməti bir neçə formada ola bilər:
1) ədalətli bazar qiyməti (fair market value)- dövlət orqanları tərəfindən qəbul olunan, həm iri, həm də xırda səhmdarlara sərfəli olan və analoji obyektlərin orta bazar qiymətinə yaxın olan qiymət;
2) sərmayə qiyməti (investment value)- bu firmanın müəyyən sərmayəçi üçün onun bütün planları, üstüntutmaları, vergi xüsusiyyətləri, mümkün sinergetika və məhdudiyyətləri nəzərə alınmaqla olan qiymət.
3) daxili və ya bünövrə qiyməti (intrinsic, fundamental value) – firmanın bütün xüsusiyyətlərinin və bazar amillərinin diqqətli və razılaşdırılmış öyrənilməsi nəzticəsində alınan qiymət;
4) davam edən biznesin qiyməti (going concern value), alınması zamanı qiymətləndirici nəzərdə tutur ki, firma qeri-müəyyən müddət işləməyə davam edəcək;
5) ləğvolma qiyməti (liquidation value);
6) balans və ya mühasibat qiyməti (book value) firmanın aktivləri və öhdəlikləri haqda mühasibat sənədləri əsasında alınmış qiymət;
7) real bazar qiyməti (market value), firmanın hazırda mövcud olan faktiki əlverişli bazarda səmərəli müddət ərzində satılması mümkün olan qiymət.

Müxtəlif leqal formalı firmalar arasında mövcud olan fərqləri də nəzərə almaq lazımdır: özəl firmalar kiçik səhmdar cəmiyyətlərindən və səhmləri daim fond bazarlarında satılan iri korporasiyalardan fərqli qiymətləndirilir.


Maliyyə analitikləri və təcrübəçilərin çoxu üçün firmanın səhmlərinin daxili qiyməti xüsusilə mühümdür. Çünki, səhmlərə sahib olma- firmaya sahib olma deməkdir.

Yüklə 74,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə