Sərbəst iş Tələbə: Əsgərli Aytac Fakültə: Yüksək texnologiyalar ve innovativ mühəndislik Kafedra: Ekologiya İxtisas: Ekologiya Qrup: 230eko Fənn: Biosfer və onun mühafizəsi Tədris ILI: 2021/2022 Mövzu: Azərbaycanın su anbarları Müəllim



Yüklə 48,12 Kb.
səhifə18/22
tarix26.04.2022
ölçüsü48,12 Kb.
#86091
1   ...   14   15   16   17   18   19   20   21   22
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş (1)

Sirab su anbarı — Naxçıvan Muxtar respublikasının Babək rayonu ərazisində, Naxçıvan şəhərindən şimal-şərqdə yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1979-cu ildə istismara verilmişdir. Su anbarı Naxçıvançaydan qidalanır. Bu çaydan su götürülərək kanal vasitəsi ilə su anbarına verilir.Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2650m və su anbarının ümumi həcmi 12.7mln.m³-dur. Suvarma sahəsi 2700ha-dır.

Pirsaat su anbarı — Azərbaycan respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğudur.Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur.Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir.Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur.

Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir.2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır.




Yüklə 48,12 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə