Sərbəst işin mövzuları: Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafı


Kiçik məktəb yaşlı uşaqlarda şəxsiyyətin inkişafı



Yüklə 84,89 Kb.
səhifə2/4
tarix27.12.2023
ölçüsü84,89 Kb.
#163392
1   2   3   4
sərbəst iş

Kiçik məktəb yaşlı uşaqlarda şəxsiyyətin inkişafı.

Uşağın məktəbə getməsi ilə onun həyatında yeni dövr başlanır. Bu dövr 6-10 yaşları (I-IV sinif ) əhatə edir.Bu vaxtdan etibarən oyun fəaliyyəti uşağın aparıcı fəaliyyəti olmur və öz yerini təlim fəaliyyətinə verir. Lakin oyun da onun həyatında mühüm yer tutur. Uşaq məktəbdə artıq yeni şəraitə düşür: şagirdlər üçün olan qaydalara əməl etmək, dərsin başlanğıcından sonuna kimi sakit eyni parta arxasında oturmaq, müəllimin bütün göstəriş və tapşırıqlarına əməl etmək, ev tapşırıqlarını yerinə yetirmək və s. Bağça tərbiyəsi görən uşaqlar üçün bu məsələlər o qədər də çətinlik törətmir. Çünki orada uşaqlara sinifdə özünü necə aparmaq qaydaları öyrədilir. Uşağın məktəbə daxil olması onun həyat və fəaliyyətində ciddi dəyişikliklər əmələ gətirir. Bu dövrün nəzərə çarpan ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, uşağın məktəbdəki təlim fəaliyyəti ictimai məna kəsb edən fəaliyyət növünə çevrilir. Şagird təlim fəaliyyəti üçün müəllim, məktəb və valideyn qarşısında məsuliyyət daşımalı olur. Müəllimlə uşaq arasında tamamilə yeni tipli qarşılıqlı münasibət formaları özünü büruzə verir. Belə ki, müəllim, sadəcə olaraq, uşağın ona rəğbət bəslədiyi və ya nifrət etdiyi yaşlı olmayıb, həm də uşağa bir sıra ictimai tələblər verən konkret, canlı şəxsiyyət kimi çıxış edir. Bu günkü şagirdin məktəbdə qazandığı biliklər məzmunca elmi xarakter daşıyır. Əgər əvvəllər ibtidai təlim bilikləri, elmlərin əsaslarına yiyələnmək üçün hazırlıq mərhələsi rolunu oynayırdısa, indi şagird elmlərin əsaslarını elə birinci sinifdən mənimsəməyə başlayır. Uşağın məktəbə daxil olması ilə əlaqədar valideynlər qarşısında da bir sıra məsul vəzifələr durur. Hər şeydən əvvəl, valideynlər çalışmalıdır ki, bu yaş dövründə uşağın ən səmimi, sədaqətli və etibarlı dostu olsunlar: uşaq onlara inanıb heç bir səhv hərəkətini onlardan gizlətməsin. Bəzən valideynlər uşaq ev tapşırığının öhtəsindən gələ bilməyəndə, yaxud onu səhv icra edəndə uşağın üstünə qışqırır, onu danlayır, bəzən də fiziki cəzaya əl atırlar. Belə valideynlər dərk etməlidirlər ki, bununla da, onlar bir tərəfdən uşaq qarşısında öz acizliklərini nümayiş etdirir, digər tərəfdən isə bu cür hərəkətlərlə uşağın sinir sisteminin normal fəaliyyətinin pozulmasına səbəb olurlar. I sinfə gedən uşağa öz qüvvəsinə inam hissi yaratmaq, həmişə ona səbrlə, diqqət və qayğı ilə, eyni zamanda tələbkarlıqla yanaşmaq lazımdır. Məktəbə daxil olması uşağın ictimai həyatdakı vəziyyətini dəyişməklə bərabər, onun qarşısında tamamilə yeni bir aləm açır. Şagird müəllimin verdiyi tapşırıqlara da yeni münasibət bəsləməyə başlayır. Müəllimin şəxsi nümunəsi çox mühüm tərbiyəvi əhəmiyyət kəsb edir, hətta şagirdlər ata-ananın dediklərindən müəllimin dediklərini üstün tutur. Onlardan “Bizim müəllim belə dedi”, “Belə göstərdi” və s. ifadələrini tez-tez eşitmək olur. Lakin III sinifdə müəllimə münasibət bir qədər dəyişir. Ona görə də yuxarı siniflərdə müəllimin şagirdlərə verəcəyi tələblər, izahlar bir qədər ciddi olmalıdır. Məktəbə gələn uşağın bir xarakterik əlaməti də onda psixi funksiyaların ixtiyarililik səviyyəsinin keyfiyyətcə dəyişməsidir. Şagirdin inkişafına onun evdə icra etdiyi tədris xarakterli tapşırıqların da böyük təsiri vardır: evə verilən tapşırıqlar uşaqda mütəşəkkillik və məsuliyyət hisslərini formalaşdırır. Təlim prosesində şagirdin xarici aləmə münasibəti getdikcə dəyişir və ətraf aləm haqqında təsəvvürləri tədricən reallaşmağa başlayır. Uşaqlar məktəbdə bir sıra çətinliklərlə də rastlaşırlar. Məktəbə daxil olan birinci sinif şagirdlərinin tədris prosesində qarşılaşdığı ilkin çətinlikləri məşhur rus psixoloqu V.V.Davıdov üç qrupa ayırır: 1. Bu çətinliklərdən biri məktəbin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır (evə verilən tapşırıqların yerinə yetirilməsi, məktəb rejiminin gözlənilməsi, məktəbə vaxtında gəlib dərsdə sakit oturmaq, diqqətli olmaq və s.) 2. Məktəbə daxil olan uşağın qarşısına çıxan ikinci çətinlik yoldaşları və müəllimlərilə, eləcə də ailədə qarşılıqlı münasibətdə baş verir. 3. Birinci sinif şagirdlərinin qarşılaşdıqları üçüncü tip çətinlik tədris ilinin ortalarında uşağın təlim fəaliyyətində baş verir. Belə ki, təlim mürəkkəbləşir, uşaq onun öhdəsindən gələ bilmir. Belə halların qarşısını almaq üçün uşağın əqli fəaliyyətini daim fəallaşdırmaq, onu mürəkkəb intellektual məsələlərin həllinə alışdırmaq lazımdır. Psixoloqların bu sahədə apardıqları tədqiqatlar (L.V.Zankov, V.V.Davıdov, A.M.Matyuşkin, Q.A.Ponomoryov, Ə.Ə.Qədirov və s.) göstərir ki, təlimə bəslənilən bu cür münasibətin aradan qaldırılması üçün uşaqları təlim prosesində mürəkkəb intellektual məsələlərlə, problem situasiyaları ilə vaxtaşırı qarşılaşdırmaq lazımdır. Belə olduqda uşaq yeni anlayışları, onların mahiyyətini, bu və ya digər konkret cəhətlərini mənimsəmək imkanına malik olur.
Uşaq şəxsiyyətinin inkişafı yaş aspektində özünü həqiqətən iki dəfə qabarıq şəkildə büruzə veriri. I dəfə uşaq 3 yaşında belə bir əzəmətli ifadə işlədir: “Mən özümedəcəyəm”. II halda isə uşaqda şəxsiyyət fiziki, psixoloji, sosial fəallıq zəminində şüurlu surətdə təşəkkül edir. II halı başlanğıc kii kişik məktəblilərə şamil etmək olar. Kiçik məktəblilərin şəxsiyyətinin inkişafında özünüdərketmə, yəni öz psixi, fiziki, mənəvi keyfiyyət və xüsusiyyətlərinə şüurlu münasibət, özünüqiymətləndirmə mühüm rol oynayır. Uşaq şəxsiyyətinin formalaşmasında məktəb kollektivinə daxil olmaq mühüm əhəmiyyət kəsb edir. Uşağın sinfə, qrupa daxil olması bir tərəfdən onda kollektivçilik hissinin meydana gəlməsinə, digər tərəfdən isə şəxsiyyətlərarası münasibətlərin yaranmasına səbəb olur. Qrup daxilində kiçik məktəb yaşlıların bir-birinə münasibətində tədricən əsaslı dəyişikliklər nəzərə çarpır. Tədris fəaliyyəti tədricən uşaqları bir-biri ilə bağlayır və onların bir-birinə qarşılıqlı köməyini, tələbkarlığını təşəkkül etdirir. Uşaqlar tədricən özlərini qrupun ayrılmaz hissəsi hesab edirlər. 9-11 yaşlı şagirdlər yoldaşlarının yanında onlara tutulan iradlardan daha çox utanır və mütəəssir olurlar. Kiçik məktəblilər öz şəxsi tələbat və arzuları ilə yanaşı, başqa adamların da maraq və istəklərinə aid fikir söyləyirlər. Kiçik məktəblilərdə tələbat və maraqların inkişafı. Məktəbə daxil olmuş uşaqların tələbat və maraqları olduqca müxtəlif və rəngarəng xarakter daşıyır. Şagirdin müvəffəqiyyətlə oxumasına, biliklərə yiyələnməsinə müəllim yaxından kömək göstərdikdə şagird bu sahədəki tələbatını ödəyə bilir. Müəllim şagirdin gözü qarşısında ətraf varlığın zənginliklərini, bir növ nümayiş etdirir: onu yeni-yeni cisim və hadisələrlə tanış edir. Bu da uşaqda idrak, təlim maraqlarının inkişafına səbəb olur. Oxumaq get- gedə nəinki lazımi, hətta ən maraqlı prosesə çevrilir. Psixoloqların tədqiqatları göstərmişdir ki, I sinfə yeni gələn uşaqlarda maraqlar hələ fərqləndirici xarakter daşımır. Onlar təlim fəaliyyətinin bütün sahələri ilə eyni dərəcədə maraqlanırlar. II sinifdə uşaqlarda təlim fəaliyyətinin nəticəsinə maraq artır. III sinifdə isə uşaqlarda müstəqilliyin artması onların təlim fəaliyyətinin mahiyyəti ilə daha dərindən maraqlanmalarına imkan yaradır. Kiçik məktəblilər onları əhatə edən adamların rəftar və davranışlarını qiymətləndirməyə də maraq göstərir, eyni zamanda onlarda başqasının qeydinə qalmaq, insanlara həssaslıq göstərmək, onlara hörmət etmək kimi mövqedə olurlar.

  1. YENİ YETMƏLƏRDƏ İNKİŞAF

Ki­çik məktəblidən fərqli olaraq yeniyetmədə özünə, öz şəxsi həyatına, şəxsiyyətinin xüsusiyyətlərinə maraq yarandıqda, özünüqiymətləndirmə tələbatı, özünü baş­qaları ilə müqayisə etmə meyli əmələ gəlir. Nəticədə yeniyetmə özü üçün öz “mən”ini bir növ kəşf edir. Mənlik şüurunun formalaşmağa başlaması və son­rakı inkişafı yeniyetmənin bütün psixi həyatına, onun təlim fəaliyyətinin xarakterinə, ətrafdakı­lara münasibətinə öz təsirini göstərir. Yeniyetmənin mənlik şüurunun formalaşması onun öz davranı­şını, mənəvi keyfiyyətlərini, xarakter və qabiliy­yətlərini dərk etməsi ilə başlayır. İlk dövrlərdə yeniyetmənin mənlik şüurunun əsasını başqa adamla­rın mülahizələri təşkil edir. Yaş artdıqca yeni­yetmə özünün şəxsiyyətini müstəqil təhlil etməyə və qiymətləndirməyə başlayır.
Bu dövrdə yeniyetmələr öz müstəqilliklərini qoruyub saxlamağa çalışmaqla refleksiya əsasında mənlik şüurlarını, «mən» obrazını, «real» və «ideal mənin» əlaqəsini forma­laşdırır və inkişaf etdirirlər.
Bütün bunlarla yanaşı olaraq yeniyetmələrdə özünü­qiymətləndirmə və özünəmünasibətin formalaşması baş verir. Mövcud psixoloji ədəbiyyatda yeniyetmələrin özünü­qiymətləndirmələrinin aşağıdakı tipləri qeyd olunur:

  1. Uşağın «özünüqiymətləndirməsi» ananın ver­diyi qiymətin birbaşa təkrarı kimi özünü göstərir. Adətən uşaqlar özlərində birinci növbədə valideynlərinin onlar haqqında qeyd etdikləri kefiyyətləri görürlər. Əgər valideynlər tərəfindən neqativ surət təlqin olunur və uşaq bu nöqteyi nəzəri qəbul edirsə, onda özünün yararsızlıq, pislik hissinə üstün gəlməsinə qarşı davamlı neqativ münasibət formalaşır. Uşağın ailədən kənar sosial təmas dairəsinin məhdudluğu valideyninin güclü nüfuzu sayəsində verdiyi qiymət onun üçün yeganə daxili özünüqiymətləndirməsinə çevrilir.

Bu cür özünüqiymətləndirmənin ciddi qüsuru ondan ibarətdir ki, (əgər pozitiv xarakter daşısa belə) ciddi qüsurlarla nəticələnə bilir. Bu zaman uşağın özünə qarşı stabil pozitiv münasibətini təmin edə biləcək daxili şəxsi kriteriyaların yaranmasına mane olur.
2. Ziddiyyətli komponentlərdən ibarət olan qarışıq özünüqiymətləndirmə. Bu bir tərəfdən müvəffəqiyyətli sosial qarşılıqlı təsir təcrübəsi sayəsində yeniyetmədə for­ma­laşan özünün «mən» obrazı, ikinci tərəfdən, valideynin uşağı necə qiymətləndirməsi ilə bağlı formalaşır. Bu zaman «mən» obrazı ziddiyətli xarakter daşıyır.
3. Yeniyetmə valideynlərinin onun haqqında dedik­lərini xatırlayır, lakin ona başqa qiymət verir. O, tərsliyi xaraktersizlik kimi qəbul etmir. Belə ki, bu yaşda olan yeniyetmə üçün böyüklərin onu bəyənməsi vacibdir. Lakin eyni zamanda onlara qulaq asmaq öz müstəqilliyini, «mən»ini itirməsini bildirir. Həmin konflikti valideynlərin tələblərinə cavab verməyin mümkünsüzlüyü və öz «mən»­ini saxlaması kimi hiss etməsi yeniyet­mənin özünü «pis», lakin güclü kimi qiymətləndirməsinə gətirib çıxarır.
4. Yeniyetmə valideynlərinin fikrinə qarşı müba­rizə aparır, lakin bununla belə özünü həmin sərvətlər çərçivəsində qiymətləndirir. Bu kimi hallarda yeniyetmə özünüqiymətləndirmə zamanı valideynlərinin real qiymətini deyil, ideal gözləmələrini nəzərdə tutur.
5. Yeniyetmə özünüqiymətləndirmə zamanı vali­deyn­lərinin onun haqqında neqativ fikirlərini qəbul edir, eyni zamanda bildirir ki, o elə bu cür də olmaq istəyir. Valideynlərin tələblərinin bu cür rədd edilməsi ailədə olduqca gərgin münasibətlərin yaranmasına gətirib çıxarır.
6. Yeniyetmə valideynlərinin neqativ qiymətini görmür, hiss etmir. Gözlənilən qiymət özünüqiymət­ləndir­mədən xeyli yüksək olur. Halbuki valideynlərin real qiyməti neqativ xarakter daşıyır. Valideynləri tərəfindən real şəkildə rədd olunduğunu qəbul etməyən yeniyetmə öz mənlik şüurunda valideyn münasibətlərini, əgər o, valideynlərinin sevimlisi olsaydı onların münasibətlərinin necə ola biləcəyi formasında dəyişdirir.
Yeniyetməlik yaşında əxlaqi şüurun inkişa­fı da baş verir. bu dövrdə əxlaqi şüurun formalaş­masında yaşlılarla müxtəlif fəaliyyət növlərində qarşılıqlı əlaqəsi mühüm rol oynayır. Yeniyetmə­lərdə əxlaqi şüurun formalaşmasında şagird kol­lektivinin də müstəsna rolu vardır.
Yeniyetmənin əxlaqi şüurunda iki yeni xüsusiy­yət meydana çıxır: 1) bu dövrdə ictimai davranışla bağlı norma və qaydalar, insanların bir-birilə qar­şılıqlı münasibətilə bağlı normalar diqqət mərkə­zində olur; 2) yeniyetmədə təsadüfi təsirlərdən ası­lı olmayaraq nisbətən sabit əxlaqi görüşlər, hökmlər və qiymətlər əmələ gəlib özünün xüsusiyyətləri ilə təzahür etməyə başlayır.
Psixoloqlar belə bir qənaətə gəlmişlər ki, yeniyet­məlik yaşı dövründə özünəməxsus «əxlaq məcəlləsi» əmələ gəlir (Ə.Ə.Əlizadə). Bu «məcəllə» onların yoldaşlıq müna­sibətlərini tənzim etdiyi üçün onu «yoldaşlıq məcəlləsi» adlandırırlar. Bu «məcəlləyə» gorə yoldaş yoldaşının hörmətini saxlamalı, qayğısına qalmalı, müdafiə etməlidir. Professor Ə.Əlizadənin qeyd etdiyi kimi, hörmət, qayğı, müdafiə anlamlarının yeniyetmələr üçün öz yozumu, öz mənası, öz təfsiri var. Bu yozuma görə dərs vaxtı, imtahan zamanı yoldaş yoldaşa şpalqalka ötürməlidir, nəyin bahasına olur-olsun onun tərəfini saxlamalıdır. «yoldaşlıq məcəlləsində» məhz bu cür sərt «sanqsiyalar» əsas yer tutur.
Yeniyetmələrdə əxlaqi ideallar formalaşmağa başlayır. Bu ideallar güclü motiv kimi yeniyetmənin özünütərbiyəsinə, öz qüsurlarını aradan qaldırmasına təkan verir.


  1. Yüklə 84,89 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə