Sərbəst işin mövzuları: Məktəbəqədər yaşlı uşaqlarda şəxsiyyətin inkişafı


Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri



Yüklə 84,89 Kb.
səhifə4/4
tarix27.12.2023
ölçüsü84,89 Kb.
#163392
1   2   3   4
sərbəst iş

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri.

Pedaqoqun peşəkarlığı- onun peşəkar fəaliyyət bacarıqlarının, təlim və tərbiyə prosesində qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlməyə xidmət edən və peşə baxımından vacib olan psixoloji keyfiyyətlərin olmasını nəzərdə tutur.

Pedaqoqun peşəkarlığı bir sıra meyarlara cavab verməlidir. Onlar aşağıdakılardır:


1.Obyektiv meyarlar: pedaqoji fəaliyyətin effektiv təşkili (onun əsas növlərinin öyrədici, inkişafetdirici, tərbiyəedici, habelə pedaqoqun fəaliyyətinə kömək edən - diaqnostik, korreksion, konsultasion, təşkilati-idarəedici, özünütəhsil və s.)


2.Subyektiv meyarlar: davamlı pedaqoji istiqamətlənmə (peşədə qalmaq istəyi), dəyərlər, özünə peşəkar kimi müsbət, əməkdən məmnunluq.
3.Prosesual meyarlar: pedaqoqun fəaliyyətində sosiallığa uyğun humanistik yönümlü texnologiyalardan istifadəsi.
4.Nəticəvi meyarlar: pedaqoji əməkdə cəmiyyət tərəfindən sifariş olunan (iştirakçıların şəxsiyyətin formalaşdırılması, sürətli və dinamik cəmiyyətdə həyata hazırlığın təmin olunması) nəticələrə nail olmaq.
Pedaqoqun peşəkarlığın səviyyələri müəyyən ierarxiya malik olub pedaqoji əməyin daha yüksək göstəricilərini özündə əks etdirir. Onun aşağıdakı səviyyələrini fərqləndirirlər:

a) Peşəyə yiyələnmə səviyyəsi, ona adaptasiya, müəllim tərəfindən zəruri normaların, üsulların, texnologiyaların ilkin mənimsənilməsi:


b) Pedaqoji ustalıq səviyyəsi - peşədə yığılmış mövcud təcrübənin ən yaxşı nümunələrinin ötürülməsi iştirakçılara təcrübədə mövcud olan yollarla fərdi yanaşmağın öyrədilməsi, bilikləri ötürmək metodlarına yiyələnmə, şəxsiyyətyönümlü təlimin həyata keçirilməsi:
c) Pedaqoqun peşədə özünüaktuallaşdırma səviyyəsi - pedaqoji peşənin müəllim şəxsiyyətinin inkişafına xidmət edən imkanlarının dərk olunması, peşə üsulları ilə özünü inkişaf etdirmək, öz pozitiv keyfiyyətlərinin gücləndirilməsi, neqativlərin gizlədilməsi, fərdi üslubun möhkəmləndirilməsi:
d) Pedaqoji yaradıcılıq səviyyəsi - şəxsi yaradıcı töhfəsi ilə pedaqoqun təcrübədə öz peşəsini zənginləşdirməsi, təlim prosesinin təşkili formalarına aid olmasından asılı olmayaraq müəllifi olduğu cümlələri ideyaları təlim prosesinə daxil etməsi, habelə təlim və tərbiyədə yeni pedaqoji sistemlərin yaradılması.
Pedaqoqun peşəkarlığı özündə iki komponenti ehtiva edir.



  1. Pedaqoji fəaliyyətin ayrı-ayrı növlərinin effektiv nəticəyönümlü icrası (öyrədici, inkişafetdirici, tərbiyəedici, diaqnostik, korreksion, özünütəhsil və s.)




  1. Tam humanistikyönümlü pedaqoji ünsiyyət. Pedaqoji prosesin digər iştirakçıları ilə əməkdaşlığı təmin etməyə istiqamətlənmiş səviyyə (iştirakçılarla, əməkdaşlarla, pedaqoqlarla, inzibati işçilərlə)

Tarix boyu cəmiyyətin inkişafında müəllimin rolu və əhəmiyyətli əvəzedilməz olmuşdur. Müasir dövrdə müəllimlik anlayışı yeni-yeni keyfiyyətlər hesabına daha da zənginləşmişdir. Müasir cəmiyyətdə müəllim yüksək nəzəri biliklərə, mədəniyyət və mərifətə, pedaqoji etikaya və takta malik yetkin bir şəxsiyyətdir. Müəllim elə mötəbər, elə aqil, elə kamil adamdır ki, hər bir valideyn öz övladlarının tərbiyəsini onlara etibar edir.


Müəllim keçmiş nəslin ən yaxşı həyati təcrübəsini elmi bilikləri və özünün əldə etdiyi elmi nailiyyətləri yeni nəslə verir. Müəllim gənc mütəxəssislərin şəxsiyyətini formalaşdırır, dünyagörüşünün təşəkkül etməsinə və inkişafına şərait yaradır.
Pedaqoji fəaliyyət müəllimin təlim, tərbiyə, inkişaf, şagirdlərin təşkili zamanı cəmiyyət tərəfindən irəli sürülən sifarişə müvafiq olaraq məktəblilərdə şəxsiyyətin keyfiyyətinin formalaşmasına yönəldilmiş peşə fəallığından ibarətdir. Pedaqoji fəaliyyət pedaqoji elmlərin müxtəlif sahələri tərəfindən öyrənilir, tədqiq olunur. Burada birinci növbədə müəllim əməyinin psixoloji qanunauyğunluqları diqqəti cəlb edir. Ona görə də pedaqoji fəaliyyətin psixologiyasından danışarkən müəllim əməyinin, müəllimin cəmiyyət tərəfindən irəli sürülən məqsədləri və pedaqoji fəaliyyət sistemini necə qavraması və həyata keçirməsi, konkret şəraitdən asılı olaraq öz fəaliyyətinin vəzifə, forma və metodlarının aktuallığını necə dərk etməsinin psixoloji qanunauyğunluqlarını öyrənən psixoloji bilik sahəsini nəzərdə tuturuq.
Pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətləri ayırd edə bilərik:

  • Pedaqoji fəaliyyətin motivləri - insan yetişdirməklə əlaqədar ictimai tələbat;

  • Pedaqoji fəaliyyətin məqsədi - cəmiyyət üzvlərinin tərbiyəsi;

  • Pedaqoji fəaliyyətin predmeti - insan;

  • Müəyyən iş və əməliy­yatların məcmuundan ibarət olan fəaliyyətin özü - ayrı-ayrı öyrədici, inkişafetdirici və tərbiyələndirici iş və əməliyyatlar;

  • Pedaqoji fəaliyyətin vasitələri - məktəbdə təlim və tərbiyənin məzmunu, forması və metodları;

  • Pedaqoji fəaliyyətin şəraiti - cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması;

  • Pedaqoji fəaliyyətin nəticəsi - şagird şəxsiyyətinin əlamət və keyfiyyətlərinin formalaşması.

Bu cəhətlərin hər biri pedaqoji fəaliyyətin səmərəliliyi üçün əsas amil rolunu oynayır. Müəllim əməyi çoxcəhətli psixi reallıqdır. Burada bir-biri ilə vəhdətdə olan üç cəhət diqqəti xüsusi olaraq cəlb edir.
Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Pedaqoji fəaliyyət müəllimin şagirdlərə təsirini əhatə edir. Pedaqoji ünsiyyət - birgə fəaliyyət zamanı müəllim və şagirdlərin əməkdaşlığından ibarətdir. Psixoloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir:
— Cəmiyyətin sosial sifarişindən doğan ümumi ilkin məqsədlər;
— Təlim fənninin spesifikliyindən irəli gələn konstruktiv məqsədlər;
— Sinfin konkret tərkibi ilə bağlı olan operativ pedaqoji məqsədlər.
Pedaqoji fəaliyyətin əsas subyekti müəllim olduğuna görə burada müəllim əməyinin motivləri, məqsədləri və vəzifələri əsas yer tutur. Pedaqoji fəaliyyətin məzmunu və psixologiyası bir tərəfdən sosial amillərlə, digər tərəfdən sosial psixoloji amillərlə müəyyən edilir. Pedaqoji fəaliyyət şagirdlərə bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara dünyagörüşü, əqidə və inam aşılayır.
Bu prosesdə şagirdlər zəruri davranış formalarına yiyələnirlər. Onlarda fəallıq, biliyə hərislik inkişaf edir. Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, yüksək inam, yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır.
Psixoloji ədəbiyyatda belə keyfiyyətlər aşağıdakı kimi xarakterizə olunur:
—Hər bir müəllim öz fənninə dərindən yiyələnməli;
—İdrak nəzəriyyəsini və pedaqoji elmi mükkəməl əxz etməli;
—Ayrı-ayrı anlayışlar arasındakı əlaqə və münasibətləri açmağı bacarmalı;
—Şagirdləri fəallaşdırmaq məqsədilə müxtəlif kommunikativ vasitələrdən istifadə edə bilməli və s. Bütün bu keyfiyyətlərə yiyələndikdən sonra müəllim öz pedaqoji fəaliyyətində yüksək nailiyyətlər əldə edə bilər.
Müəllimin şəxsiyyəti onun pedaqoji əməyinə istiqamət, məna verir. Müəllim şəxsiyyətinin strukturuna gəldikdə buraya onun əməyinin xarakterini müəyyənləşdirən psixi keyfiyyətlərin, qabiliyyətlərin, halətlərin mürəkkəb vəhdətini və s. aid etmək olar. Müəllim şəxsiyyəti özünün istiqamət və motivasiyası, qabiliyyətləri, xarakteri, yaradıcı mövqeyi, fərdi üslubi və s. ilə xarakterizə olunur.
Təcrübələr göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şa­girdlər arasında olduqca səmərəli təmas yaranır və müəllimlər şagirdlərin sevimlisinə çevrilirlər.
Yüklə 84,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə