Sevda quliyeva az ə r ba y ca n soraq-məlumat əDƏBİyyati yaranması, m üasir V əziyyəti və



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38177
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

smda,  İqtisadiyyat  U niversitetində  və  s.  texniki  və  elektrotexniki 

fənlərin  a n a   dilində tədris  edilməsi A zərbaycan ədəbi  dilinin  texni- 

ki  və  elektrotexniki  term inoloji  leksikasm ın  zənginləşməsi  və  inki- 

şafı  üçün  im kan  yaratm ışdır.  Təsadüfi  deyildir  ki,  1930-40-cı  illər- 

dən  bu  istiqam ətdə  term inoloji  lüğətlərin  tərtibi  və  nəşri  həyata 

keçirilməyə  başlanm ışdır.  1929-1944-cü  illərdə  «Nəzəri  m exanika- 

nm   istilah  lüğəti»  və  «E lektrotexnika  istilahları»  (1931)  m eydana 

gəlmişdir.  1960-cı  illərdən  bir-birinin  ardm ca  «R usca-azərbaycan- 

ca  m aşınqayırm a  texnologiyası  tenninləri  lüğəti»  (1958),  «Rusca- 

azərbaycanca  elektrotexnika  term inləri  lüğəti»  (1958),  «Rusca- 

azərbaycanca  texniki  m exanika  term inləri  lüğəti»,  «H idravlika  və 

hidravlik  m aşm  term inləri lüğəti» və s.  nəşr edilmişdir [192,  251).

Texnikanın,  elmin nailiyyətləri  həmişə sahənin oxucularını m a- 

raqlandırm ış,  onlarm   sorğularım n  artm asına  təkan  vermişdir.  Bu 

öz  növbəsində  dünya  ölkələrində  əldə  edilən  elmi-texniki  nailiyyət- 

ləri  öyrənm əyi,  izləməyi  qarşıya  qoyur.  Belə  bir  şəraitdə  əcnəbi 

dillərdə  y ara n a n   yeni  term inlərin  mənimsənilməsi  də  vacib  amilə 

çevrilir.  Bu işə kömək  etm ək m əqsədi ilə  term inoloji lüğətlərin nəş- 

ri  həyata  keçirilir.  Bu  m ənada,  1966-cı  ildə  Azərbaycan  SSR  EA- 

nın  nəşriyyatında  çap  edilmiş  «Azərbaycanca-rusca-ingiliscə  elek- 

trik   intiqalı  və  sənaye  qurğularınm   avtom atlaşdırılm ası  terminləri 

lüğəti»  adlı üçdilli texniki term inoloji lüğətinin  rolu xüsusilə diqqə- 

təlayiqdir.  H əm in  lüğət  1977-ci  ildə  avtom atik  idarəetm ə  üzrə 

Ü m um dünya  Federasiyası  Term inologiya  və  Standartlaşdırm a 

K om itəsinin,  A vtom atik  idarəetm ə  üzrə  keçmiş  SSRİ  Milli  Kom i- 

təsinin  təklifı  ilə  altı  dildə  ycnidən  nəşr  edilmişdir.  Bu  lüğətə  elmi- 

texniki  ədəbiyyatda,  dərsliklərdə,  m ətb u atd a  işlənərək  sabitləşmiş 

term inlər  daxil  edilmişdir.  B urada  term inlər  rus  əlifbası  ilə  düzül- 

müş,  sonra  onlarm   ingiliscə,  azərbaycanca,  qırğızca,  türkm əncə  və 

özbəkcə m üvafıq qarşılığı göstərilmişdir.

1987-ci  ildə  üçdilli  «İngiliscə-rusca-azərbaycanca  elektrom exa- 

nika  term inləri  lüğəti»  çap  edilm işdir.  Tərtibçilər  lüğətdə  texniki 

ədəbiyyatda  istiladə  edilən  əsas  elektrom exanika term inlərinı əha- 

tə etməyi qarşılarına məqsəd  qoym uşlar.  Burada  term inlər  üç dildə 

verilir:  əvvəlcə  ingiliscə,  sonra  rusca  və  azərbaycanca  (elektrome- 

xanikaya  aid)  qeyd  edilmişdir.  Lüğətdə  hər  üç  dildə  1160  termin 

verilmişdir.  K itab   iki  hissədən  ibarətdir.  Birinci  hissəsi  lüğətdir, 

ikinci hissəsi isə lüğət  göstəricisidir.  Oxucuların  ingilis,  rus  və azər- 

baycanca  elektrotexnikaya  aid  əsərləri  oxum aları uçün  çox  lazımlı

vəsaitdir.  Kitabı adm a  əsasən xüsusi  yox,  tərcümə tipli üçdilli  lüğət ad- 

landırmaq olar.  Bu adi tərcümə lüğətindən əsla fərqlənmir [130, 505].

Lüğətin  n ö q sa n la n   və  çatışm ayan  cəhətləri  də  qeyd  edilir.  Ki- 

tabın lüğət  və  lüğət  göstəriciləri  hissələrindən  aydın olur  ki,  tərtib- 

çilər adi  tərcüm ə  lüğəti  ilə tərcümə  tipli  term inoloji  lüğətlər arasın- 

da  fərq  qoya  bilm əm işlər,  onları  bir-birilə  qarışdırm ışlar.  Belə  ki, 

elektrom exanika  term ini  A zərbaycan  dilində  term inlə  yox,  adi 

sözlə  verilm işdir.  Bir  sıra  term inlər  dilim izdə  felin  məsdər  form a- 

sında  qeyd  edilm işdir.  Məsələn,  ağıllı  olm aq,  azad  etm ək,  azad 

olmaq,  ayrılm aq,  alm aq,  bağlam aq,  q a b aq lam aq , verm ək və s.  Adi 

sözlər  bir  neçə  term inin  qarşılığı  kimi  verilm işdir.  M əsələn,  almaq

-  68, 245, 433,  563,  797;  bağlam aq -  384,  580,  1064 və s.  [130, 308}.

1937-ci  ildə  dilim izin  term inologiyasındakı  ərəb-fars  mənşəli 

terminləri  təmizləmək  məqsədi  ilə  «T erm inlər  nüm unəsi»  bülletenı 

buraxılmışdır.  Bu  bülletendə  verilən  term inlər  d aha  da  m ürəkkəb- 

ləşdirilmişdir.  1929-cu  ildə  A zərbaycan  D övlət  Elm i-T ədqiqat  İn- 

stitutunun yanında Term inologiya K om itəsi  yaradılm ışdır.  1952-ci 

ildə  Term inologiya  K om itəsi  yenidən  təşkil  olunm uşdur.  İndi  bu 

Kom itə  A zərbaycan  M EA -nın  R əyasət  H eyətinin  yanında  fəaliy- 

yət göstərir.

1940-cı  ilə  qədər  respublikam ızda  term in  yaradıcılığı  və  termi- 

noloji  lüğətlərin  buraxılm ası  sahəsində  çox  kiçik,  zəif irəliləyiş  baş 

vermişdir.  1930-1940-cı  illərdə  30-dan  çox,  1940- 1942-cı  illərdə  4 

terminoloji lüğət buraxılm ışdır.

Ölkəmizdə  term inoloji  lüğətlərin  nəşri  və  inkişatı  sahəsindəki 

nailiyyətlər  1950-ci  ildən  sonrakı  dövrə  aiddir.  Bu  dövrdə  elmlərin 

inkişafı, texniki  tərəqqi,  müxtəlif elm  sahələri  üzrə görkəmli  alimlə- 

rin,  mütəxəssislərin  yetişməsi  və  artm ası  term in  yaradıcılığm a  və 

terminoloji  lüğətlərin  elmi,  nəzəri  və  praktiki  cəhətdən  inkişafına 

və  terminoloji  lüğətlərin  buraxılm asının  genişlənməsinə  və  tərtiba- 

tının yaxşılaşm asına güclü təkan vermişdir.  1952-1960-cı  illərdə  10, 

1960-1990-cı  illərdə  160-a  qədər  term inoloji  lüğət  nəşr  edilmişdir. 

Ümumiyyətlə,  1920-1990-cı illər arasm da 200-dən artıq m üxtəlif elm 

və texnika sahələri üzrə terminoloji lüğət nəşr edihnişdir [192, 251}.

1960-70-ci  illərdə  siyasi,  elmi,  mədəni  əlaqələrin  genişlənməsi 

rus  dilini  d a h a   m ükəm m əl  öyrənməyi  tələb  edirdi.  Elmi,  texniki, 

siyasi və bədii  əsərlərin  rus  dilindən Azərbaycan dilinə, eləcə də Azər- 

baycan dilindən rus dilinə tərcümə olunmasına m araq artmışdır.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə