Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   25   26   27   28   29   30   31   32   ...   53


III FƏSİL,
QADINLARIN NAXÇIVAN MUXTAR  RESPUBLİKASININ 
SOSİAL-İQTİSADİ VƏ MƏDƏNİ İNKİŞAFINDA ROLU
(XX  ƏSRİN 50-80-ci illəri)
t
1. Naxçıvan qadınlarının ictimai istehsalda iştirakı
I
İkinci  Dünya  müharibəsinin  ağır  illərində  cəbhədə  və  arxada 
böyük  mətanət  və  fədakarlıq  göstərən  Naxçıvan  qadınları 
müharibədən  sonrakı  illərdə  də  xalq  təsərrüfatının  bütün 
sahələrində  və  ictimai-siyasi  həyatda  fəal  iştirak  edərək  muxtar 
bölgənin  və  Azərbaycanın  inkişafına  öz  töhfələrini  vermişlər. 
Ümumiyyətlə,  Azərbaycan  qadınlarının  cəmiyyətin  ictimai,  siyasi, 
iqtisadi  və  mədəni  həyatındakı  rolunun  xeyli  artması  məhz  XX 
əsrin  50-80-cı  illərinə  təsadüf edir.  Təkcə  onu  demək  kifayətdir ki, 
1960-cı  ildə  Azərbaycanda  xalq  təsərrüfatının  müxtəlif sahələrində 
çalışan,  bütün  fəhlə  və  qulluqçuların  38%-ni  qadınlar  təşkil 
edirdilərsə,  1980-cı  ildə  bu  rəqəm  artaraq  43%-ə  çatmışdı  [176,  s. 
157]. 
_
Naxçıvan  MSSR-də  isə  iqtisadiyyatda  muzdla  işləyənlərin 
arasında  qadınların  xüsusi  çəkisi  1940-cı  ildə  33,3%-dən  1980-cı 
üdə 42,0%-ə çatmışdı [112, s. 61].
1950-80-cı  illərdə  Naxçıvan  MSSR-in  sosial-iqtisadi  inkişafın­
da,  onun ictimai-siyasi  həyatında böyük dəyişikliklər baş vermişdi. 
1940-cı  ilə  nisbətən  1950-ci  ildə  sənaye  məhsulu  istehsalı  44% 
(Azərbaycanda  39%)  artmışdı.  1950-60-cı  illərdə  sənayenin  yerləş­
məsində  xeyli  irəliləyişlər  baş  verdi.  Yeni  sənaye  müəssisələri  Na­
xçıvan və Ordubad şəhərləridə yanaşı Şərur,  Culfa, Şahbuz rayon­
larında da tikilirdi.  Nəticədə sənayenin yeni sahələri-mineral  sular, 
ət-süd,  çörək, əlvan metallar istehsalı meydana gəldi  və onların he­
sabına  sənaye  məhsulunun  istehsalı  1951-55-ci  illərdə  87%  artdı 
(Azərbaycanda 45%).  60-cı illərin sonunda Naxçıvanın iqtisadiyya­
tında tənəzzül baş versə də,  1970-ci ildən başlayaraq ərazidə sosial- 
iqtisadi  inkişaf yeni  mərhələyə  qədəm  qoydu.  1970-85-ci  illərdə 21 
yeni  sənaye  müəssisələri  tikildi,  digərləri  əsaslı  surətdə  yenidən  qu­
ruldu.  Nəticədə  1985-ci  ildə  sənaye  məhsulunun  ümumi  həcmi 
1970-ci  ilə  nisbətən  4.6  dəfə  artdı  (Azərbaycanda  2,9  dəfə)  [91,  s. 
59].  Bu Azərbaycanın digər iqtisadi zonalarının inkişaf göstəricilə-
86
i
I


i
rindən  artıq  idi.  Regionda  ənənəvi  sənaye  sahələri  ilə  yanaşı  yeni
Щ
sənaye  sahələri-energetika,  dağ-mədən,  maşınqayırma,  elektrotex­
nika  səhaləri  də  inkişaf  etdirilirdi.  Lakin  iqtisadiyyatın  və  səna­
yenin əsas sahələri  olaraq yüngül və  yeyinti  sahələri qalmaqda idi. 
1970-ci  ildə  bu  iki  sahə  ümumi  məhsulun  92,9%-ni,  1975-ci  ildə 
90,9%-ni,  1980-cı ildə isə 90%-ni təşkil edirdi.
Sənayenin,  kənd  təsərrüfatının,  qeyri-istehsal  sahələrinin 
inkişafı,  yeni  sənaye  sahələrinin  yaranması,  itsehsal  prosesində 
mexanikləşdirmə və avtomatlaşdırma nəticəsində  1950-80-cı illərdə 
Naxçıvanda  fəhlə,  qulluqçu  və  kolxozçuların  sayı  artmış,  onların 
tərkibində mühüm keyfıyyt  dəyişiklikləri  baş  vermişdi.  Bu  dövrdə 
onların  sayı  müəyyən  mənada  qadınların  ictimai  istehsala,  geniş 
cəlb  olunması-  hesabına  artmışdı.  Düzdür,  müharibə  dövrü  ilə 
müqayisədə  sonrakı  illərdə  xalq  təsərrüfatında  çalışan  qadınların 
xüsusi  çəkisi  aşağı  enmişdi  (1945-ci  ilə  xalq  təsərrüfatında  çalışan 
qadınlar  Azərbaycan  üzrə  bütün  işçilərin  48%-ni  təşkil  edirdisə, 
1960-cı  ildə  bu  rəqəm  38%-ə  enmişdi  [173,  s.  185].  Buna  səbəb 
müharibənin  qurtarması  ilə  kişilərin  istehsala  qayıtması  idi.  Lakin 
buna  baxmayraq  Naxçıvanın  iqtisadiyyatında  qadınların  xüsusi 
çəkisi  artmaqda  idi.  Artıq  1970-ci  ildə  qadınlar  bütün  müzdla 
işləyənlərin  39,8%-ni  təşkil  edirdi.  1940-1988-ci  illərdə  Naxçıvan 
Muxtar  Respublikasında muzdla işləyənlərin  sayı  8,1  dəfə .artaraq 
8,7  min  nəfərdən  70,2  min  nəfərə,  qadınların  sayı  isə  11,5  dəfə 
artaraq 2,9 min nəfərdən 33,5 min nəfərə, bütün işləyənlər arasında 
onların  xüsusi  çəkisi  isə  14,4%  artaraq  33,3%-dən  47,7%-ə 
qalxmışdı [112, s. 61].
Qadınların  ictimai  istehsala  cəlb  edilməsi  ictimai-iqtisadi 
tərəqqiinin  sürətləndirməsində  və  xalqın  həyat  səviyyəsinin 
yüksəldilməsində  mühüm  əhəmiyyət  kəsb  edir.  Qadınların 
istehsala  cəlb  edilməsi  və  qadın  əmək  ehtiyatlarından  səmərəli 
istifadə  edilməsi  həm  də  qadınların  öz  maddi  -və  mənəvi 
tələbatlarının ödənilməsi üçün zəruri idi.
Bütün  Azərbaycanda  olduğu  kimi,  bu  bölgədə  də  'qadınların 
maddi  istehsala  cəlb  edilməsi  işində  onların  mədəni-texniki  sə­
viyyəsinin  yüksəldilməsi  və  təhsilinin  inkişafı  mühüm  rol  oynamış 
oldu.  Bu,  əvvəllər qadınların  başdan-başa savadsız  olduğu  bir bö­
lgə üçün  mühüm əhəmiyyət kəsb edirdi.  Rəsmi statistik göstəricilə­
rə görə, əgər  1939-cu ildə Naxçıvanda qadınların savadlılıq dərəcə-
87
i


si  78,1%  idisə,  1979-cu  ildə  Naxçıvanda  qadınların  artıq  100%-ə 
qədəri  (Azərbaycanda isə  99,5  %)  savadlı  idi  [160; 162;  177,  s.  32]. 
Düzdür bu rəqəmlər real  vəziyyəti  tam əks  etdirməsə də,  müəyyən 
mənada qadınların  savad  dərəcəsinin  yüksəldiyini,  onların  mütləq 
əksəriyyətinin təhsilə cəlb edildiyini təsdiqləyirdi.
Naxçıvanda  qadınların  istehsala  cəlb  edilməsinin  ən  mühüm 
keyfiyyət dəyişikliklərindən biri də xalq təsərrüfatında məşğul  olan 
ali və orta  təhsilli  mütəxəssislər arasında  qadınların  sayının sürətlə 
artmasıdır.  Artıq  1970-ci ildə Muxtar Respublikada 28,359 çalışan 
qadından  62-si  ali,  269-u  natamam  ali,  1789-u  orta ixtisas,  4101-i 
orta,'8452-si  natamam orta,  6955-i  ibtidai  təhsilə malik idi  [160,  s. 
275]. Əgər  1959-cu ildə hər işləyən  1000 qadının  10-u ali təhsilli,  8-i 
natamam  ali,  33-ü  orta ixtisas,  47-si  ümumi  orta,  254-ü  natamam 
orta,  187-si  ibtidai  təhsilli  idisə,  1970-ci  ildə  bu rəqəmlər  müvafiq 
oläraq  22,  9,  63,  145,  292,  245  təşkil  edirdi  [160,  s.  281].  1959-cu 
ildə hər 1000 nəfər qadına 7 ali təhsilli (kişiyə -  24), 295 orta təhsilli 
qadın  düşürdüsə  (kişiyə  -   255),  1970-ci  ildə  bu  rəqəm  10  və  254 
təşkil  edirdi  (kişilərdə  46  və  490).  1979-cu  ildə  bu  rəqəmlər 
aşağıdakı  kimi  idi:  hər  1000  nəfər  qadına  24  ali  təhsilli  qadın 
(kişilərədə ,74),  152  orta  təhsilli  qadın  (kişilərdə  624)  1979-cu  ildə 
isə məşğul  olan əhali  arasında hər  1000 nəfər qadına 42  ali  təhsilli 
(kişiləfdə  125),  717 (kişilərdə 733) orta təhsilli  qadın düşürdü [181, 
s.  3]. 
,
1959-cu  ildə  Naxçıvanda  məşğul  olan  qadınlar  arasında  hər 
1000 nəfər qadından 332 nəfərinin ali və orta təhsili var idisə,  1979- 
cu  ildə  bü  rəqəm  531-ə,  1979-cu  ildə,725  nəfərə  çatmışdı  [181,  s. 
24]. Lakin bunlara baxmayaraq, Naxçıvanda işləyən əhali arasında 
qadınların  ümumtəhsil  səviyyəsi  Azərbaycanın  xalq  təsərrüfatında 
çalışan qadınlardan  (1959:cu ildə  hər  1000 nəfərə 408,  1970-ci ildə 
605,  1979-cu  ildə  785)  və  Azərbaycanda  işləyən  qadınların 
səviyyəsi  isə  SSRİ-də  çalışan  qadmlärın  ümumtəhsil  səviyyəsidən 
(1959-cuıildə 431;  1970-ci ildə 651,  1979-cu ildə 801  nəfər) aşağı idi 
[198, s.  54;, 180, s. 20]. 
,
Göründüyü  kimi^  XX  əsrin  sonlarına  yaxın  Naxçıvanda 
müxtəlif əmək  sahələrində  çalışan  əhali  arasında  ali  təhsilli  kişilər 
üstünlük təşkil etsələr də, orta təhsillilər sırasında belə bir üstünlük 
yox idi.  •
,  .  1963-cü  ilin  göstəricilərinə  görə,  Naxçıvan  MSSR-də  qadınlar
'  

 
• 
’  
'■ 
8 8
»


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə