Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

i
üzrə  47%,  Naxçıvan  MSSR
t
Ü
ə
  51%  idi.  Ümumiyyətlə  kənd  təsər­
rüfatı  Naxçıvanda  ümumi  məhsulun  həcminə  görə  ikinci,  işçilərin 
sayma görə birinci yeri tutmuşdu.
Böyük  Vətən  .müharibəsindən  sonrakı  ilk  illərdə  kişilərin 
ordudan  tərxis  o'lünması  nəticəsində  kolxoz  və  sovxozlarda 
qadınların sayı bir qədər azalsa da, onlar kənd  təsərrüfatında yenə 
əsas  qüvvə  olaraq  qalırdılar,  çünki  kişilərin  çox  hissəsi  kənd 
təsərrüfatında  deyil,  sənaye  müəssisələrində  işləməyə  üstünlük 
verirdilər. 
1
Bütün  ölkədə  olduğu  kimi,  Naxçıvan  MSSR-də  kənd 
təsərrüfatında məşğul  olan  qadınların  sayı  azalmaqda idi  (1959-cu 
ildə  83,7%-dən  1979-cu ildə 47,8%).  Əslində  bu  təbii  və mütərəqqi 
proses  olub,  kənd  təsərrufatvmda  texniki  tərəqqi  və  respublikada 
sənayenin inkişafı ilə əlaqədar idi.  Lakin buna baxmayaraq, bütün 
dövrlərdə  Naxçıvanda |kənd  təsərrüfatı  ilə  məşğul  olanların  xüsusi 
çəkisi  Azərbaycan  üzrə  göstəricilərdən  çox  olmuşdu  (1980-cı  ildə 
12
,
1
% ).
1970-ci  ildə  Naxçıvan  MSSR-də  kənd  təsərrüfatı  ilə  məşğul 
olanlar 48,5%,  1980-cı  ildə isə 45,1% təşkil  edirdi  (10,  s.  87).  1985- 
ci  ildə  bu  rəqəm  42,8%  idi.  İstehsala  cəlb  olunmayanların  58%-i 
kənddə yaşayırdı [82, s. 43].
Göstərilən  dövrdə  kolxozçu  qadınların  xüsusi  çəkisinin 
azalması'həm də volyuntarist siyasətin nəticəsi  sayılan  kolxozların 
sovxozlara  çevrilməsi  baxımından  izah  edilməlidir.  1960-cı  ildə 
Naxçıvanda 96 kolxoz, 4 sovxoz var idisə,  1970-ci ildə onların sayı 
müvafiq  olaraq  68-12;  1988-cı  ildə  isə  25-65  olmuşdu  [167,  s.  364; 
145, s. 259].  ■
Kolxozçu  qadınların  istehsala  cəlb  edilməsi  Naxçıvan  MSSR 
üzrə  1965-ci  ildə  87%,  1980-cı  ildə  isə  86,8%  təşkil  edirdi.  1980-cı 
ildə kolxozçu qadınların istehsala cəlb edilməsi  dərəcəsinə  görə İliç 
(98,1%)  və  Culfa  (94,6%)  rayonları  irəlidə  gedirdi.  Babək 
rayonunda  bu, rəqəm  61,3%,  Ordubadda  66,1%,  Şahbuzda  70,9% 
təşkil  edirdi  [82,  s.  62].  İctimai  istehsala  cəlb  edilməyən  qadınlar 
əsasən  şəxsi  təsərrüfatda çalışanlar,  uşaqların  tərbiyyəsi  ilə məşğul 
olanlar idilər. 
ı
ш
Əgər 50-60-cı illərdə keçmiş SSRI-də kənd təsərrüfatı sahəsində 
dövlət  siyasətinin  əsasında  şəxsi  təsərrüfatları  tamamilə  aradan 
qaldırmaq,  kolxoz  və  sovxozları  möhkəmləndirmək  kursu  durur-
0 2   '
1


1
!
dusa,  бО-cı  illərin  sonunda  bu  siyasətin  iflasa  uğraması  sonrakı 
dövrdə  şəxsi  təsərrüfatların  dirçəlməsinə  və  deməli  orada  məşğul 
olanların sayının  artmasına gətirib çıxardı. Xüsusən Sov.  İKP MK 
(may  1982-ci  il)  plenumunda  qəbul  edilmiş  «SSRİ-də  ərzaq  pro­
qramının»  həyata  keçirilməsində  şəxsi  təsərrüfatlara  da  xüsusi  yer 
ayrılmışdı.  1979-cu ildə Muxtar Respublikada istehsal  edilən  mey­
vənin  70,4%-i,  yunun  45,4%-i,  ətin  24,1%-i,  üzümün  17,2%-i  şəxsi 
təsərrüfatların  payına  düşürdü  [82,  s.  67].  Bu zaman  şəxsi  təsərrü­
fatlarda işləyənlərin  82,7%-i qadınlar idi.
Ayrı-ayrı  rayonlar  üzrə ev  və  şəxsi  təsərrüfatlarda məşğul  olan 
kişilər  əmək  ehtiyatlarının  0,8-26,8  faizini,  qadınlar  əmək 
ehtiyatlarının 7,2-29,3 faizini təşkil etmişlər [82, s.  35].
Kənd  təsərrüfatında  qadınların  .xüsusi  çəkisi  kişilərdən  artıq 
olsa  da,  mütəxəssislər,  kolxoz,  sovxoz  rəhbərləri  arasında 
qadınların  sayı  çox  az  idi.  Ümumiyyətlə,  1970-ci  illərin  sonunda 
Azərbaycanda  kənd  təsərrüfatı  müitəxəssisləri  arasında  qadınların 
xüsusi çəkisi  3,5% olmuşdur [65, s. 93].
Bu  həmçinin kənd  təsərrüfatının idarəetmə strukturuna da aid­
dir.  1985-ci  ildə  Azərbaycanda  qadınlar  kolxoz  sədrlərinin  33,1%- 
ni,  sovxoz  direktorlarının  18,7%-ni,  aqronomların  8,7%-ni,  zoo­
texniklərin  2,4%-ni,  baytarların  3,7%-ni; ferma müdirlərinin  1,4%- 
ni təşkil edirdi.  Naxçıvanda  1980-cı ilin ortalannda ali təhsilli kənd 
təsərrüfatı  mütəxəssləri-aqronomlar,  zootexniklər,  veterinarlar, 
mühəndis-texnoloqlar,  briqadirlər,  ferma  müdirləri  arasınla  bircə 
nəfər də  qadın yox  idi  [181,  s.  58].  Təkcə onu demək  kifayətdir ki, 
Muxtar Respublikada bu dövrdə mövcud  olan  96 kənd  təsərrüfatı 
müəssisəsi  rəhbərlərindən  yalnız 3  nəfəri  qadın  idi  [95,  s.  33,  iş  13, 
s.  48].  31  sənaye  müəssisəsindən  heç  birinin  rəhbəri  qadın  deyildi. 
Bu  disbalans  ixtisaslı  kadrların  hazırlanması,  o  cümlədən  kənd  tə­
sərrüfatı  və sənaye üçün  mütəxəssislərin hazırlanması sahəsində də 
özünü  göstərirdi.  Məsələn,  1986-87-ci  tədris  ilində  ali  və  orta  ixti- 
sas  məktəblərində  oxuyanlar  arasında  qızlar  SSRİ  üzrə  56%, 
Azərbaycan  SSR-də  47%  təşkil  edirdisə,  Naxçıvanda  bu  rəqəm 
27%  təşkil  edirdi.  Hərçənd  ki,  bu  dövrdə  orta  məktəblərin  yuxan 
sinif şagirdləri  arasında qızlar  1970-71-ci  tədris ilində 43,6%,  1980- 
81-ci  ildə  isə  46,3%  idi  [95,  s.  95,  iş  26,  v.  2-6].  Naxçıvanlı  qızlar 
xüsusən  iqtisadiyyat,  kənd  təsərrüfatı,  rabitə  sahəsində  təhsil  al-  т 
mağa az meyl edirdilər.  Lakin həmin illərdə ixtisas qazanmış qız və
I
93
1


I  •
qadınların işlə təmin  olunması  problem olaraq  qalırdı.  1980-cı ildə 
fəaliyyət  göstərən  10  orta  texniki  peşə  məktəbində  32  ixtisas  üzrə 
təhsil  alan  şagirdin  104-ü  qadın  idi  [123,  1986,  25  fevral].  1985-ci 
ildə  texniki  peşə  məktəblərinin  -   3270  məzunundan  2807  nəfəri 
müəssisələrə  göndərilsə  də,  onların  yalnız  456  nəfəri  müvafiq  işlə 
təmin olunmuşdu.
Naxçıvanda istehsal  sahələri  arasında  işləyən qadınların  sayma 
görə  ikinci  yeri  sənaye  tuturdu.  Sənayedə  qadınların  ictimai 
istehsala  cəlb  edilməsi  daha  dərin  olub  ki,  bu  da  50-ci  illərdən 
başlayaraq, 
xüsusən 
70-80-cı  illərin 

yarısında 
sənaye 
müəssisələrin  gücünün  artması  və  qadın  əməyinin  tətbiq  ediləcəyi 
yeni  müəssisələrin'gücünün  artması  ilə  əlaqədardır.  Ümumiyyətlə 
götürdükdə  bu  dövrdə  kişilərə  nisbətən  qadın  əməyinin  geniş 
surətdə  tətbiqi  tikiş,  toxuculuq  sənayesinin,  yeyinti  və  yerli  sənaye 
sahələrinin inkişafı ilə əlaqədar idi.
60-cı  illərin  sonunda  SSRİ-də  sənaye  sahələri  üzrə  qadınların 
xüsusi  çəkisi  47%,  Azərbaycanda  41%,  Naxçıvanda  30,9%  təşkil 
edirdi.  Qeyd  edildiyi  kimi,  qadınların  çalışdıqları  əsas  sənaye 
sahələri  yüngül  və  yeyinti  sənayesi  sahələri  idi  ki,  onlar  1980-cı 
illərdə Muxtar Respublikanın ümumi məhsulunun 90%-ni verirdi.
İpəkçilik  isə  yüngül  sənayenin  ən  ənənəvi  sahəsi  idi.  1969-cu 
ildə  Ordubad  baramaaçan  fabrikinin  yenindən  qurulması 
nəticəsində  onun  istehsal  gücü  artırılmış,  orada  işləyənlərin  sayı 
çoxalmışdı.  1980-cı  ildə  o,  sovetlər  məkanındakı  Muxtar 
Respublikanın  yüngül  sənayesinin  ən  iri  müəssisəsi  olub,  yüngül 
sənaye məhsulunun  65%-ni,  ümumi sənaye istehsalının  isə  8,2%-ni 
özündə  cəmləşdirirdi.  1982-ci  ildə  yüngül  sənayedə  işləyənlərin 
27%,  ümumi  sənayedə  işləyənlərin  isə  13,1%-i  bu  müəssisənin 
payına düşürdü [91, s. 39;  113, s. 46].
1981-ci ildə istifadəyə verilmiş Naxçıvan  alt  trikotag fabrikində 
bütün  yüngül  sənaye  müəssisələri  işçilərinin  25%-dən  çoxu 
çalışırdı.  XI  beşillikdə  alt  trikotac  fabriki  və  xalçaçılıq  fabriki 
istifadəyə  verildikdən  sonra  yüngül  sənayedə  işləyəndərin  sayı  2,5 
dəfə artdı. 
'  •
Ən  sürətli  inkişafı  70-80-cı  illərə  təsədüf edən  Muxtar respubli­
kanın  tikiş  sənayesinin  müəssisələrinin  bütün  rayon  və  şəhərlərdə 
məişət  xidməti  kombinatları  fəaliyyət  göstərirdi.  Bunlardan  ən 
böyükləri Naxçıvan tikiş fabriki (yüngül sənaye işçilərinin 36,8%, o
94
• • 
j


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə