Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

I
cümlədən  məhsulun 
24
%),
  Naxçıvan  istehsal  kombinatı  və Naxçı­
van  fərdi  tikiş  fabriki  idi  ki,  burada  çalışanların  əksəriyyətini  qa­
dınlar  təşkil  edirdi.  Naxçıvan  Respublikasının  ictimai  əmək  bö­
lgüsündə  yerini  daha çox yeyinti  sənayesi  sahələri müəyyən  edirdi. 
1970-1985-ci  illərdə  Naxçıvan  MR  sənayesində  tikilib  istifadəyə 
verilmiş  21  müəssisədən  11-i  (53%)  yeyinti  sənayesinin  payma 
düşmüşdür.  Bu dövrdə 5 ilkin şərab zavodu,  quşçuluq fabriki, pivə 
zavodları,  süd zavodu,  pendir zavodu,  dəyirman kombinatı, mine­
ral  su  zavodu,  çörək  bişirmə  müəssisəsi  tikilib  istifadəyə  verilmiş, 
nəticədə  Naxçıvanda  çoxsahəli  sənaye  istehal  kompleksi  forma­
laşmışdı.  1980-cı  ildə  MR  sənaye  məhsulunun  77,5%-i  yeyinti  sə­
nayesinin payma düşmüşdür [91, s.  39-40].
Bu sənaye sahələrində işləyənlərin çoxusunu qadınlar təşkil etsə 
də,  onların  əksəriyyəti  əl  ilə  yerinə1  yetirilən,  maşın  və 
mexanizmlərin  az  tətbiq  edildiyi  işlərdə  çalışırdılar  (qablaşdıncı, 
çeşidləyici, toxucu, baramadüyücülər və s.).
XX əsrin ikinci yarasından başlayaraq qadınların istehsala cəlb 
edilməsinin başlıca göstəricilərdən biri də ticarət, ictimai iaşə, satış, 
texniki  təchizat,  rabitə,  nəqliyyat  və  digər  yardımçı  sahələrdə  qa­
dınların sayının artmasıdır.  Artıq  1970-ci illərin əvvəllərində naxçı­
vanlı  qadınların  1,9%-i  ticarət və ictimai iaşədə,  0,4%-i'məişət xid­
mətində,  0,7%-i  mənzil  kommunal  xidmətində;  37%-i  nəqliyyatda 
çalışırdı.  Lakin  bununla  belə,  Azərbaycan  üçün  xarakterik  olan 
mənfi tendensiya Naxçıvanda da özünü büruzə verirdi. Adı çəkilən 
sahələrdə qadın əməyinin tətbiqi üçün daha optimal şərait olsa da, 
burada işləyən qadınların sayı kişilərə nisbətən dəfələrlə az idi. Qa­
dınların  bu sahələrdə xüsusi  çəkisi  nəinki  ümumittifaq  göstəricilə­
rindən,  hətta Azərbaycan  SSR  və respublikanın digər iqtisadi  ray­
onlarının  göstəricilərindən  aşağı  idi.  Məsələn,  ticarət və ictimai  ia­
şədə  işləyən  qadınların  çəkisi  SSRİ  üzrə  75%,  Azərbaycan  SSR 
üzrə 43% təşkil edirdisə,  Naxçıvan MSSR-də bu rəqəm cəmi 25,8% 
idi  [193,  s.  64],  (pərakəndə  satışda  isə  cəmi  28,9%).  Bu  göstəriciyə 
görə  Naxçıvan  Azərbaycan  SSR bölgələri  içərisində yalnız  Lənkə­
randan  (19,4%)  irəlidə  idi.  Keçmiş  DQMV-də  qadınlar  ticarət  və 
ictimai-iaşə  işçilərinin  60,5%-ni  təşkil  etdikləri  halda,  Naxçıvan 
MSSR-də  qadınların  ticarətdə  ümumi  çəkisi  25%-ə  bərabər  idi 
[193,  s.  64].  Baxmayaraq  ki,Naxçıvanda  maddi  istehsal  sahələri 
arasında  qadın  əməyinin  tətbiqi  dərəcəsinə  görə  ictimai  iaşə  və  ti-
95
İ


carət,  maddi-texniki  təchizat,  satış  və  tədarük  sahələri'  II  yeri 
tütürdü (bu rəqəm Azərbaycan  üzrç  1985-ci ildə  10,6% təşkil edir­
di)  və  1970-ci  illə  müqayisədə  1983-cü  ildə  bu  sahələrdə  qadm 
əməyinin miqyası  genişlənmişdi  (1983-cü  ildə  Naxçıvan  MSSR-də 
bütün ticarət və ictimai  iaşədə işləyənlərin  30,9%-i, pərakəndə tica­
rətdə  30,8%-i,  ictimai  iaşədə'isə  işləyənlərin  48,9%-i  qadınlar  idi). 
Həmin  illərdə  qadınların  bu  sahələrdə  məşğulluğu  ümumi  Azər­
baycan göstəricilərindən  (müvafiq  olaraq  51,6%;  52,6%,  49,8%) və 
keçmiş  DQMV  gösjtəricilərindən  (58,7%;  61,6%;  80,3%)  çox  aşağı 
idi [90, s.  159]. 
’ 
,
Göründüyü kimi,  80-cı illərin  ortalarında bu sahədə qadınların 
sayının  artması  müşahidə  olunsa  da,  Naxçıvan  MSSR-də  ticarət, 
ictimai  iaşədə  qadınların  xüsusi  çəkisi  respublikamızın  digər 
rayonlarına nisbətən  ən  aşağı  göstərici  idi.  Naxçıvan  şəhərində  də 
bu sahələrdə qadınlar azlıq təşkil edirdi.  Baxmayarq  ki,  bu sahədə 
işləyən  kişilərin əksəriyyətinin  xüsusi  ticarət  təhsili  yox  idi,  onlar 
həm də bu sahənin rəhbərliklərində mütləq üstünlüyə malik idilər.
Rabitə  sahəsində  də  vəziyyət  eyni  idi.  SSRİ-də  rabitədə 
işləyənlərin  68%-ni,  Azərbaycanda. 39%-ni,  Naxçıvanda  isə  cəmi 
20%-ni qadınlar təşkil edirdi.
Muxtar  Respublikanın  şəhər  və  kəndlərində  qəzet-cumal 
köşklərində, poçtlarda, ATS-də işləyənlərin mütləq əksəriyyəti kişi 
idi,  halbuki,  bu  bölgədə  qadınların  istehsala  cəlb  edilməsi 
səviyyəsinin  Azərbaycan  SSR  və  SSRİ-yə  nisbətən  aşağı  olması, 
istehsal  sahələrində  çalışan  qadınların  çoxunun  ağır  əl  əməyinə 
əsaslanan  işlərdə  işlədiyi  bir  dövrdə  qadm  əməyinin  tətbiqi  üçün 
münasib  sayılan  sahələrdən  olan  ticarətdə,  ictimai-iaşədə  kişilərin 
üstünlük  təşkil  etməsi  qeyri-mütərəqqi  hal  hesab  edilməli  idi. 
Qadınların  80-90%-ni  təşkil, etdiy  bir  sıra  sənaye  müəssisələrində 
(Ordubad  baramaaçan,  konserv  zavodları,  Naxçıvan  tikiş  və 
trikotac  fabrikləri,  xalça  kombinatı  və  ,s.)  xidmət  və  iaşə 
sahələrində'  işləyənlərin  əksəriyyəti  kişilər  idi.  Düzdür,  belə 
vəziyyətin  əsas  səbəbləri  kişi  əməyinin  cəlb  edilməsi  üçün  zəruri 
olan  sənaye  sahələrinin  olmaması  və  ya  zəif  inkişaf etməsi  idisə, 
digər tərəfdən ixtisaslı, ticarət işçiləri arasında qadınların az olması, 
ticarətin  əvvəlcədən  milli  mentalitetimizdə  «kişi  peşəsi»  olması 
haqqında 
stereotiplər, 
əmək 
ehtiyatlarının 
düzgün 
yerləşdirilməməsi və s. olmuşdur.
96
1


I
Naxçıvanda  1940-cı  ilə  nisbətən  1960-cı  ildə  ticarət  və ictimai- 
iaşə müəssisələrinin  sayı  19,1%,  1970-ci ilə nisbətən  1980-cı ildə isə 
16,9%  artsa  da,  Azərbaycanla  müqayisədə  Naxçıvan  MSSR  çox 
geridə  qalırdı.  Məsələn,  əhalinin  hər  10  min  nəfərinə  düşən 
pərakəndə  ticarət  müəssisələrinin  sayı  1940-cı  ilə  nisbətən 
Azərbaycanda  1980-cı  ildə  2,4  dəfə,  Naxçıvanda  isə  1,8  dəfə 
artmışdı.  Hər  10  min  nəfərə  düşən  işçilərin  sayına  görə  Naxçıvan 
həm  Azərbaycan,  həm  də  keçmiş  SSRİ  üzrə  göstəricilərdən  geri 
qalırdı (SSRI-də hər  10 min nəfərə 274 ticarət işçisi, Azərbaycanda 
174,  Naxçıvanda  173)  [175,  s.  95].  Qeyd  edək  ki,  Naxçıvanda 
həmin  dövrdə  ticarət,  xidmət  sahələrində  qadın  əməyindən  az 
istifadə,  qadınların  bu  sahələrə  qeyri-mütəşəkkil  cəlbi  müasir 
dövrdə  Muxtar  Respublika  qadınları  arasında  bizneslə  məşğul 
olanların cüzi olmasına da az təsir göstərməmişdir.
Lakin  50-60-cı  illərdə,  müəyyən  mənada 70-80-cı illərdə Naxçı­
vanda  qadın  əmək  ehtiyatlarından  səmərəli  istifadə  olunmayan  və 
deməli qadınların  az  cəlb  olunduğu sahələrdən biri  də ictimai  xid­
mət  sahələri,  əhaliyə  məişət  xidməti  və  mənzil  kommunal  sahələri 
idi  ki,  bunun da bir sıra sosial iqtisadi,  demoqrafik,  milli-psixoloci 
səbəbləri  var  idi.  Bu,  hər  şefdən  əvvəl  Naxçıvan  MSSR-də  haq­
qında danışılan  xidmət sahəsinin  az inkişaf etməsi  ilə əlaqədar idi. 
1970-1985-ci  illərdə  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  mə­
dəni-məişət, təhsil və səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamə­
tində  əhəmiyyətli  irəliləyişlərin  baş  verməsi,  həm  də  göstərilən  sa­
həyə  əmək  ehtiyatlarının,  o  cümlədən  qadınların  cəlb  edilməsinə 
ciddi  təkan  verirdi.  Bununla  belə,  bu  qeyri-istehsal  sahəsində  qa­
dınların  məşğulluğu  iqtisadiyyatın  digər sahələrinə nisbətən  geridə 
qalırdı.  Mədəni-məişət  və  mənzil-kommunal  xidməti  sahələrində 
qadınların  yerinə  yetirə  biləcəkləri  işlərin  kişilərə  tapşırılması  son 
nəticədə respublikada məşğul olmayan qadınların sayının  artması­
na gətirib çıxarırdı.  Bu, əhalinin 75%-nin kənddə yaşadığı bir bölgə 
üçün  xüsusi  əhəmiyyətli  məsələ idi  və  bütün Azərbaycan  üçün  xa­
rakterik  problem  idi.  Azərbaycan  SSR-də  əhalinin  46%-i  kənddə 
yaşasa  da,  onların  payına  məişət  xidməti  müəssisələrinin  cəmi 
35,6%-i  düşürdü  [179,  s.  501-502].  Buna  görə  də  qadın  şuralan 
konfranslarının gündəliyində qadınların məişət xidməti müəssisələ­
ri ilə təmin  olunması həmişə birinci sırada dururdu.  Maraqlıdır ki, 
totalitarizm  şəraitində  belə  qadınların  məşğuliyyəti  probleminin
97
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə