Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

həllindən  daha  çox,  onlara  göstərilən  məişət  xidmətinin  aşağı  sə­
viyyədə  olması  bütün  yığıncaqlarda,  partiya-dövlət  sənədlərində 
əks  olunurdu.  Buna  görə  də  həmin  dövrdə  qadınlara  münasibətdə 
yeridilən  dövlət siyasətinin  əsasında  ictimai  xidmət  sahələrinin,  ilk 
növbədə əhaliyə məişət xidməti  sahələrininin  inkişaf etdirilməsi du­
rurdu.  Məsələn,  1975-ci  ildə  Naxçıvan  ərazisində  cəmi  2  kimyəvi- 
təmizləmə  və  rəngləmə  məntəqəsi  (1985-ci  ildə  3-S.A)  və  2  cama- 
şırxana məntəqəsi mövcud idi  ki, bu,  təbii  ki,  əhalinin sayı  300  mi­
nə  çatan  bir  bölgə  üçün  çox  az  idi  [181,  s.  59].  Qeyd  edək  ki,  bu 
xidmət müəssisələrinin demək olar ki, hamısı  respublikanın mərkə­
zində  yerləşirdi  və  Naxçıvan  şəhərindən  uzaqda  yaşayan  əhali  on­
ların  xidmətdən  istifadə  etmək  üçün  on  kilometlrlərlə  yol  və  xeyli 
vaxt sərf etməli  olurdu.  İctimai  xidmət  sahələrinin  inkişafı  qadına 
ev  işlərinə  daha  çox  qüvvə  və  vaxt  sərf etməyə  və  onların  ictimai 
istehsaldan kənarda qalmalarına gətirib çıxarırdı.
İctimai  xidmət  sahələrindən  biri  olan  məktəbəqədər  uşaq 
müəssisələrinin 
inkişaf 
səviyyəsi 
Azərbaycana 
nisbətən 
Naxçıvanda  aşağı  idi.  Baxmayaraq  ki,  1970-ci  ildə  uşaq 
bağçalarının  sayı  1960-cı  ilə  nisbətən  2,4  dəfə,  körpələr  evlərinin 
sayı  isə 21,5% artmışdı.  1980-cı ilə qədər onların sayı  sabit qalmış, 
həmin  ildə  Naxçıvanda  66  məktəbəqədar  uşaq  bağçası  var  idisə, 
1990-cı  ildə  onların  sayı  88-ə  çatmışdır.  Maraqlıdır  ki,  sonrakı 
illərdə  bu  artım  davam  etsə  də  (1995  -   100,  1998  -   105),  onlarda
u şaq ların   sayı  a/.almaqda  idi  (Ю НО  u   ilıla 
Ю<)() 
6075,  Ю ‘П
-  5568,  1995 -  5500 min uşaq) [112, s. 49].
Naxçıvan  MR  əhalisinin  səhivvə  xidməti  ilə hu  dövrdə  səhivvə 
işçiləri arasında qadınların xüsusi çəkisi yüksələn şkala üzrə inkişaf
<Мm ə l u l a   idi  Пмми  a ş a p . ı d a f ı   r ə q ə m l ə r   d ə   siibııl  e d i r   Xəs l ə . xa na
müəssisələrinin  sayı:  1940-cı  ildə  14,  1973-cii  ildə  53,  1980-cı  ildə 
48,  1990-cı  ildə  50,  1998-ci  ildə  55,  qadın  məsləhətxanaları,  uşaq 
poliklinikaları  və  ambulatoriyaların  sayı  müvafiq  olaraq  5,  15,  34, 
72,  87 idi [112, s.  50]. 
'
İqtisadiyyatında  məşğul  olan  əhalinin  sahəvi  quruluşunda 
1960-1980-cı  illərdə  baş  verən  dəyişikliklər  nəticəsində  maddi- 
istehsalda  məşğul  olanların  sayı  1960-cı  ilə  nisbətən  1970-ci  ildə 
25,8%,  qeyri-istehsal  sahələrində  isə1 2  dəfədən  çox  artmışdı.  Əgər 
1960-cı  ildə  Muxtar  Respublikanın  kənd  təsərrüfatında  məşğul 
olan  işçilər  ümumi  məşğul  olanların  67,4%-ni,  sənayedə  işləyənlər
I
98


isə  6,1%-ni  təşkil  edirdilərsə,  1970-ci  ildə  kənd  təsərruüfatmda 
məşğul olanların sayı  azalaraq 42,8%-ə, sənayedə isə artaraq  9,3%- 
ə  çatmışdı.  Başqa  sözlə,  kənd  təsərrüfatı  ilə  məşğul  olanlar  14,5% 
azalmış,  sənayedə  məşğul  olanların  sayı  isə  72,5%  artmışdı.  Bu 
zaman  Azərbaycanda  ictimai  istehsalda  məşğul  olanların  72,6%-i 
maddi  istehsalda,  27,4%-i  qeyri-istehsal  sahələrində  çalışırdısa, 
Naxçıvan  Muxtar Respublikasında  bu  göstəricilər müvafiq  olaraq 
75,7% və 24,3% təşkil edirdi [82, s.  36].
Qeyri-istehsal  sahələrində  çalışanların  sayının  maddi-istehsal 
sahələrinə  nisbətən  artmasına  baxmayaraq,  qadınların  əksəriyyəti 
istehsal  sahələrində,  əsasən  də  fiziki  işin  üstünlük  təşkil  etdiyi, 
yüksək ixtisas tələb etməyən sahələrdə çalışırdılar.
Muxtar  Respublikanın  istehsala  cəlb  edilmiş  qadın  əmək 
ehtiyatlarının  tərkibində  kəmiyyət  dəyişiklikləri  ilə  yanaşı, 
keyfiyyət  dəyişiklikləri  də  baş  verməkdə  idi.  1970-ci  ildə 
iqtisadiyyatda  çalışan  ali  və  orta  ixtisas  təhsilli  mütəxəssislər 
arasında qadınlar müvafiq  olaraq  25,8% və  30,4%  təşkil  edirdidər 
[82, s.  39].
Muxtar  Respublikada  20-30-40-cı  illərdə  baş  verən  siyasi  və 
sosial-iqtisadi  dəyişikliklər  qadınlar  arasında  işsizliyi  qismən  ləğv 
etməyə  (rəsmi  təbliğatat .o  vaxt  SSRİ-də  işsizliyin  tamamilə  ləğv 
edilməsini  desə  də,  əslində  ictimai  istehsala  cəlb  olunmamış 
qadınlar  işsiz  sayılmalıdırlar  -   S.A.)  və  onların  ictimai  istehsala 
cəlb  edilmə səviyyəsini  yüksəltməyə  şərait  yaratsa  da,  Naxçıvanda 
qadınların  istehsala  cəlb  edilmə  səviyyəsi  kişilərə  nisbətən  aşağı 
(ауп-ауп rayonlarda bu fərq  12,5-6,4% təşkil edirdi)  [82,  s.  35] idi. 
Düzdür,  bu əmsala  görə,  Naxçıvan  Azərbaycan  göstçəricilərindən 
irəli olsa da,  SSRİ-də muzdla işləyənlər arasında qadınların xüsusi 
çəkisindən  aşağı  idi.  1985-ci  ildə  fəhlə  və  qulluqçular  içərisində 
qadınların  xüsusi  çəkisi  Naxçıvanda  44,9%,  Azərbayanda  43%, 
SSRİ-də 51% təşkil edirdi [112, s.  61;  150, s.  53].
Beləliklə,  1940-1998-ci  illərdə  Naxçıvanda  müzdla  işləyən  qa­
dınların  sayı  11,5  dəfə  artaraq  2,9  min  nəfərdən  33,5  min  nəfərə, 
bütün  işləyənlər  arasında  onların  xüsusi  çəkisi  isə  33,3%-dən 
47,7%-ə çatmışdı.  Bu müddət ərzində qadınlar arasında məşğulluq 
səviyyəsinin  ən  çox  artdığı  dövr  70-80-cı  illərdir  ki,  bu  dövrdə 
muzdla  işləyən  qadınların  sayı  1,8  dəfə  artaraq  14,6  min  nəfərdən 
(1970-ci  il)  26,4  min  nəfərə  (1980)  çatmışdı.  1980-90-cı  illərdə  isə
99


qadınların  sayı  41,3% artaraq  26,4  mindən  (1980)  37,3  min nəfərə 
(1990)  çatmışdı.  90-cı  illərdən  başlayaraq  iqtisadiyyatda  muzdla 
işləyən  qadınların  sayı  16,1%  azalaraq  31,3  min  nəfərə  düşmüşdü 
[112, s. 25-24].
Bununla  belə  sovet  dövründə  qadınların  ictimai  istehsala  cəlb 
edilməsi  mülləqləşdirilir,  eyni  zamanda  qadınlar  üçün  müxtəlif 
kvota və güzəştlər,  kişi və qadın bərabərliyini əks etdirən qanun  və 
qərarlar  qadınların  tam  bərabərliyi  və  rifahı  illüziyasını  yaradırdı. 
Əslində isə bütün  sahələrdə və qərarların qəbul  edilməsində hakim 
və həlledici  rol kişilərə məxsus idi.  Bütün xalq təsərrüfatı işçilərinin 
yarısına  qədərini,  kənd  təsərrüfatı  işçilərinin,  maarif,  mədəniyyət 
və  səhiyyədə  işləyənlərin  yarıdan  çoxunu  qadınlar  təşkil  etməsinə 
baxmayaraq,  rəhbər  vəzifədə  onlar  beş  faizdən  də  aşağı  təşkil 
olunurdular.  Onlar əsasən  ixtisas  və fiziki  qüvvə tələb  edən işlərdə 
(xüsusən  kənd  təsərrüfatı,  yüngül  və  yeyinti  sənayesi  sahələrində) 
çalışır,  qadınların  işləyə  biləcəyi  sahələrdə,  o  cümlədən  ticarət  və 
ictimai iaşədə,  xidmət sahələrində,  inzibati və karguzarlıq işlərində 
ənənəvi olaraq kişilər üstünlük təşkil edirdi.
Naxçıvanda  əmək  ehtiyatlarından  istifadə  edilməsindəki  bu 
uyğunsuzluq  qadınların  məşğulluq  probleminin  həllini  ləngidirdi. 
Buna baxmayaraq,  Naxçıvan Respublikasının  1950-1980-cı  illərdə 
müxtəlif sahələrədə  əldə  etdiyi  uğurlarda,  sosial-iqtisadi  inkişafda 
qadınların da böyük əməyi  var idi.
100


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə