Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

kəndinə aid olan bir klassik ifadədir- S.A.).
50-ci  illərin  ortalarından  başlayaraq  Naxçıvanda  qadınların 
səhiyyə  sahəsinə  cəlb  edilməsi  sür'ətlənirdi.  Artıq  1949-cu  ildə 
Respublikada  19  xəstəxana  və  24  müalicəxanada  işləyən  116 
həkimdən  35-i,  orta  tibbi  işçilərindən  283-ü  qadın  idi  [131,  1949, 
№4].  Burada qadın məsləhətxanaları, uşaq ambulatoriyası, respub­
lika uşaq xəstəxanası fəaliyyət göstərirdi. İndi əsas məsələ qadınları 
bu  səhiyyə ocaqlarının  fəaliyyətindən səmərəli  istifadə etməyə sövq 
etməkdən,  qadınların  sağlamlığını  qorumaq  üçün  əməli  tədbirlər 
görməkdən  ibarət  idi.  Lakin  Naxçıvanda  hələ  də  qadınların  kişi 
həkimlərə  müraciət  etməkdən  boyun  qaçırması,  profilaktiki 
tədbirlərə qarşı etinasızlıq halları mövcud idi.  Bu sahədə ən mürək­
kəb  məsələ  qadınların  evdə  uşaq  doğması  və  arzuolunmaz 
hamiləlikdən  qeyri-təbii  yolla  azad  olmaq  (uşaq  salma-abort  -  
S.A.) hallarının kütləvi hal  alması idi. Təkcə onu demək kifayətdir 
ki,  1953-cü ildə respublikada 2834 doğuşdan  1538-i evdə  olmuşdu 
[95, s.l, iş 2088, bağ. 163, v.16].  Bu isə uşaq ölümünün səviyyəsinin 
yüksək  olmasına  gətirib  çıxarırdı.  Bunun  qarşısını  almaq 
məqsədilə bir sıra inzibati və təşkilati tədbirlər görülürdü. Qadınlar 
arasında izahat işi aparılır,  çox uşaq doğan analara dövlət yardımı 
göstərilirdi.  Qadınları  doğum  evlərinə  cəlb  etmək  üçün  kənd 
yerlərində  onların tikintisi sür'ətləndirilmiş (50-ci  illərin əvvəllərin­
də  Naxçıvanın  84  kolxozundan  heç  birində  doğum  evi  yox  idi), 
qızların  xüsusən  mamalıq  üzrə  ixtisas  alması  üçün  Naxçıvanda 
tibb  məktəbində  qəbul  artırılmışdı.  Bununla  yanaşı  inzibati 
tədbirlər görülmüş, gizli yolla abort etmək qadağan edilmişdi.
1950-ci  ildə mühakimə  edilmiş  64  qadından  18-i  uşaq salmağa 
görə mühakimə edilmişdi [95, s.l, iş 2063, bağlama  162, v.10].
Naxçıvanda  1950-ci  illərdə  artıq  qızların  demək  olar  ki, 
əksəriyyəti  təhsilə  cəlb  edilmişdi.  1958-ci  ildə  187 məktəbdə  (onun 
43-ü  orta,  72-si  yeddillik,  72-i  ibtidai  məktəb  idi)  oxuyan  21900 
şagirdin 40%-i qız idi.  1713 müəllimdən isə 528-i qadın idi.  Məktəb 
direktorlarının  isə  yalnız  6%-i  qadın  idi  [95,  s.l,iş  2089,  v.15;  iş 
2063, v.12].
Bununla belə məktəbə cəlb edilmiş qızların yalnız bir hissəsi or­
ta  məktəblərdə  təhsillərini  başa  vururdular.  Xüsusən  kənd  yerlə­
rində  qızların  məktəbdən  yayınma  hallan  ən'ənəvi  hal  almışdı. 
Qadınlar  arasında  savadsızlar  da  kifayət  qədər  idi  (1953-cü  ildə
107


2132  nəfər).  [95,  s.l,  iş  2063,  s. 12].  Lakin  Naxçıvan  qadınlarının 
təhsil  sahəsindəki  uğurları  inkar  edilməzdir.  Artıq  qeyd  edildiyi 
kimi,  1959-cu  ilin  siyahıya  alınması  nəticələrinə  görə  qadınların 
97,2%-i savadlı idi.
Qadınlar  arasında  aparılan  işin  yaxşılaşdırılmasında,  xalq 
təsərrüfatı  və  mədəni  quruculuq  işlərində,  ictimai-siyasi  həyatda 
qadınların  fəallığının  artırılmasında  Azərbaycan  qadınlarının 
qurultayları  (II  qurultay  -   1957-ci  ildə,  III  qurultay  -   1967,  IV 
qurultay -   1972-ci  ildə  olmuşdu)  mühüm  rol  oynadı.  Qurultaylar 
ərəfəsində  ən'ənəvi  olaraq  Naxçıvanda  və  rayon  qadınlarının 
konfransları  keçirilmiş, 
qadın  məsələsində  qarşıda  duran 
problemlər  və  onların  həlli  yollan  müzakirə  edilmişdi.  Bütün 
bunlar  qadınların  ictimai  fəallığına  tə'sir  göstərmiş,  onlan 
cəmiyyətin  böyük  qüvvəsinə  çevirmişdi.  60-cı  illərdən  başlayaraq 
Naxçıvan  MR-da  elə  bir  sahə  yox  idi  ki,  orada  qadınların  rolu  və 
əməyi  hiss  olunmasın.  Qadınların  sosial  və  istehsal  fəaliyyətini 
gücləndirmək  üçün  dövrün  ruhuna,  quruluşun  ideologiyasına 
uyğun  olaraq  tədbirlər  görülürdü.  Artıq  bu  zaman  respublikada 
qadın  şö'bələri  ləğv  edilsə  də,  partiya  komitələri  yanında 
ştatdankənar  qadın  şö'bələri  təşkil  edilmiş,  qadın  şuralarının  işi 
gücləndirilmişdi.
Kənd  təsərrüfatı, 
sənaye,  maarif, 
mədəniyyət, 
səhiyyə 
sahələrində  əldə  edilmiş  uğurlarda  Naxçıvan  qadınlarının  da 
böyük  əməyi  var  idi.  1964-cü  ildə  respublikada  198  ümumi  təhsil 
məktəbində  40  min  202  şagird  təhsil  alırdı  ki,  bunlardan  19  min 
600 nəfəri qız idi.  95 nəfər qadın müəllimə əməkdar müəllim adma 
layiq  görülmüş,  218  nəfəri  isə  orden  və  medallarla  təltif edilmişdi 
[39,  s.4-5].  1970-ci  ildə  isə  196  ümumi  təhsil  müəssisəsində  26292 
qız təhsil alır,  985  qadın dərs deyirdi  ki,  bu  da bütün müəllimlərin 
35%-ni təşkil edirdi.
Naxçıvanda  qadın  təhsilinin  əsasım  qoymuş  sələflərinin 
ən'ənələrini layiqincə davam etdirən qadın müəllimləri xalq maarif 
sistemində artıq xüsusi  rol oynayırdılar.  60-70-ci  illərdə bir çox qa­
dınlar  maarif sistemində  rəhbər  vəzifələrdə  çalışırdılar.  Ş.Əliyeva 
Naxçıvan şəhər XMŞ-nin müdiri, A. Ağayeva  l№-li  orta məktəbin 
direktoru, 
H.Xudatova 
9№-li 
orta 
məktəbin 
direktoru, 
M.LIəsənquliyeva  3№-li  orta  məktəbin  direktoru,  F.Ağalarova 
Ordubad  rayon  Vənənd  kənd  məktəbinin  direktoru  idi.  Bir  çox


məktəblərdə onlar dərs hissə müdirləri  vəzifəsində çalışırdılar [114, 
s.6-7].
60-cı  illərin  əvvəllərindən  başlayaraq  respublikada  səhiyyə 
xidmətini  yaxşılaşdırmaq  məqsədilə  bir  sıra  ciddi  tədbirlərin 
görülməsi  geniş  müalicə-profilaktik,  sanitar  epidimoloci  və  uşaq 
müəssisələrinin yaranmasına gətirib çıxardı.  1964-cü ildə Naxçıvan 
MSSR-də  18  şəhər  xəstəxanası  və  dispanseri,  146  feldşer-mama 
məntəqəsi,  təcili  yardım  stansiyası  və məntəqələri,  körpələr evi,  12 
kolxoz  doğum  evi,  tibb  məktəbi,  respublika  sanitar-maarif  evi 
fəaliyyət  göstərirdi  [39,  s.4-5].  Respublikada  1960-cı  ildə  178 
həkim,  968  orta  tibb  işçisi  var  idisə,  1970-ci  ildə  onların  sayı 
müvafiq  olaraq  262  və-  1435  olmuşdur.  Qadınlara  səhiyyə 
xidmətlərinin  göstəricilərindən  biri  olan  hamilə  qadınlar  üçün 
çarpayı  1960-cı ildə  115-dən  1970-ci ildə275-ə çatmışdı [177].  1970- 
ci  ildə respublikanın səhiyyə işçilərindən  1228-i qadın idi  [177;  54]. 
Qeyd  edək  ki,  orta  tibb  bacılarının  əksəriyyəti  Naxçıvan  tibb 
məktəbinin  yetirmələri  idilər.  1970-ci  ildə  respublikada  1855 
çarpayısı  olan  53  xəstəxana  və  dispanser,  158  felğdşer-mama 
məntəqəsi,  350  yerlik  12  körpələr  evi,  22  aptek,  6  sanitar 
epidimoloci  stansiya,  100  çarpayılıq müasir doğum evi var idi.  Bu 
səhiyyə  ocaqlarında  işləyən  qadın  həkimlər  öz  peşələrinin  dərin 
bilicisi  olmaqla,  böyük  hörmət və nüfuz sahibi idilər.  Bu həkimlər 
arasında  Naxçıvan  şəhər  doğum  evinin  baş  həkimi  S.Əliyeva, 
Gulfa  rayon  göz  xəstəxanasının  baş  həkimi  Ş.Məmmədəliyeva
V
(Azərb.SSR  Ali  Sovetinin  deputatı),  lliç rayon  göz xəstəxanasının 
baş  həkimi  S.Qədimova,  Vənənd  kənd  xəsəxanasmm  baş  həkimi 
N.Mirzəyeva  (SSRİ  Ali  Sovetinin  deputatı),  Çəhri  kənd  sahə 
xəstəxanasının baş həkimi  R.Bayramova, uşaq sanatoriyasının baş 
həkimi  A.Suslova,  eləcə  də  pediatr  həkimlər  Z.Nəsibova, 
M.Bağırova,  L.Zeynalova,  F.Vəliyeva,  göz  həkimi  Z.Həsənova, 
diş həkimləri S.Allahverdiyeva, K.Yusifova və başqaları var idi.
Mədəni-maarif  müəssisələrində  bu  dövrdə  qadınların  xüsusi 
çəkisi  digər qeyri-istehsal  müəssisələrinə  nisbətən  daha  yüksək  idi. 
1964-cü  ildə  Naxçıvanda  respublika  kitabxanası,  4  rayon  kitabxa­
nası,  2 şəhər,  3  uşaq,  61  kənd,  34 ictimai  əsaslarla işləyən kitabxa­
na,  5 mədəniyyət evi,  2 şəhər,  53 kənd klubu,  ölkəşünaslıq muzeyi, 
musiqi məktəbi, dövlət dram teatrı, respublika xalq yaradıcılıq evi, 
mədəniyyət və istirahət  parkları  var idi  [109,  s.131].  1924-cü ilə qə-
109


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə