Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

sisələrində  isə  kolxoz  sədrlərindən  2-si,  briqadirlərdən  2-si,  ferma 
müdirlərindən  yalnız  6-sı  qadındır.  [  «Azərbaycan  qadını»,  1961, 
№4,  s.23].  Respublikada, xüsusən kənd yerlərində qadınları ictimai 
yerlərə  buraxmamaq,  çadra  örtməyə  məcbur  etmək,  dərsdən 
yayındırmaq hallarının daha çox olduğu  üçün  bu məsələ Naxçıvan 
rəhbərlərinin  nəzərinə  çatdırılmış,  partiya  komitələrinə,  qadın  şu­
ralarına bu  hallara qarşı mübarizə aparmaq təklif edilmişdi.
Azərbaycan  qadınlarının  III  qurultayı  (1967)  ərəfəsində  və 
qurultaydan  sonra  Naxçıvanda  qadın  hərəkatında  bir  qədər 
canlama  baş  vermiş,  qadınların  problemlərinə  diqqət  artmışdı. 
Qurultay 
ərəfəsində 
respublikanın 

rayonunda 
qadın 
konfransları,  apreldə  isə  ümumnaxçıvan  qadınlar  konfransı 
keçirilmişdi.  Konfranslarda  çıxış  edənlərin  əksəriyyəti  qadın 
hərəkatında  uğurlardan  danışmaqla  yanaşı,  qadınların  rastlaşdığı 
bir  sıra  sosial-iqtisadi  problemlərdən  də  yan  ötməmişdilər.  Bu 
problemlər sırasında  qadınların  işsizliyi  problemi,  onların  səbəbsiz 
olaraq  işdən  çıxarılması,  onların  əmək  və  məişət  şəraitinin 
yaxşılaşdırılması,  səhiyyə,  ictimai-iaşə,' xidmət,  məktəbəqədər uşaq 
müəssisələrinin  azlığı,  qızların  kiçik  yaşlarında  kəbinsiz  ərə 
verilməsi,  ikiarvadlılıq,  çadra  gəzdirmək  hallarının  davam  etməsi, 
doğuşların  çoxunun  evlərdə,  həkim  nəzarətindən  kənarda  baş 
verməsi  və s.  problemlər qadınları  xüsusi narahat edirdi.  Naxçıvan 
VPK  katibi  F.Musayeva  şəhərdə  14  qadın  şurasının  hamısının 
işinin  formalı  xarakter  daşıdığını  qeyd  etmiş  və  göstərmişdi  ki, 
yaxşı  olardı  ki,  Naxçıvan  şəhərində  ticarət  və  ictimai  iaşə 
müəssisələrində  işləyənlər  əsasən  qadınlardan  idarət  olsun  [129, 
1967, 
29 
aprel]. 
Ordubad 
qadınlar 
şurasının 
sədri
M.Həsənəliyevamn  çıxışında  isə  etiraf  olunmuşdu  ki,  rayonda 
yaşayan qadınların yalnız  10%-i işləyir.
Konfransda,  həmçinin  həmin  ilin  may  ayının  25-də  Naxçıvan 
VPK  «Qadınların  kommunizm  quruculuğunda  fəal  iştirakını 
tə'min  etmək,  onların  əmək  və  məişət  şəraitinin  yaxşılaşdırılması 
sahəsində'partiya təşkilatlarının  vəzifələri haqqında» məsələyə həsr 
edilmiş  plenumda  qadınlar  arasında  'mədəni-maarif  işinin,  tibb 
xidmətinin  zəif olması  göstərilmiş,  xüsusən  dağ  kəndlərində  qadın 
müəllimlərə  və  tibb  işçilərinə  böyük  ehtiyac olduğu  qeyd  edilmişdi 
[129,  1967,  2  may].  Plenumda  xüsusi  vurğulanmışdır  ki,  respubli­
kada  kolxozçuların  51,5%-ni  qadınlar  təşkil  etməsinə;  sənayedə,
112


nəqliyyatda, rabitədə 3000 qadının işləməsinə baxmayaraq, onların 
rəhbər vəzifələrə irəli çəkilməsi  qənaətbəxş  deyildir.  68  kolxoz səd­
rindən  1-i  qadm  idisə, 290 briqadir arasında isə qadın  yox  idi  [129, 
1967, 2 may]. 

Bütün  bu  problemlər  70-ci  illər  üçün  də  xarakterik  olaraq 
qalırdı.  Bunu  Azərbaycan  qadınlarının  IV  qurultayından  (1972-ci 
il)  əvvəl  Muxtar  Respublikada  keçirilmiş  qadın  konfranslarının, 
qadın  fəallar  yığıncaqlarının  materialları,  sonrakı  illərdə  aid 
partiya  iclaslarının  qərarları  da  təsdiq  edir.  Bu  yığıncaqlarda 
qadınların  ictimai  istehsala,  təsərrüfat işlərinə cəlb edilməsi,  onlara 
mədəni-məişət  xidmətinin  yaxşılaşdırılması  və  digər  sosial-iqtisadi 
xarakterli məsələlər müzakirə edilir, rəhbər orqanlardan qadınların 
problemlərinə  diqqət  yetirilməsi  tələb  olunurdu.  Bu  dövrdə 
qadınların  irəli  çəkilməsi  60-cı  illərin  I  yarısı  ilə  müqayisədə 
artmışdı.  Naxçıvan  qadm  hərəkatının  lideri  və  Azərbaycanın 
görkəmli  ictimai,  dövlət  xadimi  Səkinə  Əliyeva  əvvəlcə  Naxçıvan 
MSSR  Ali  Soveti Rəyasət  Heyəti sədrinin  müavini,  sonra isə sədri 
seçilmiş,  F.Musayeva  Naxçıvan  VPK  katibi,  Sitarə  Bayramova 
Respublika  Ali  Məhkəməsinin  sədr  müavini,  sonra  isə  sədri 
işləyirdi.  Naxçıvan  vilayət  qadınlar  şurasının  sədri  Zəroş 
Həmzəyeva,  onun  müavini  isə  Lətifə  Qafarova  idi  (hər  iki  vəzifə 
ictimai vəzifə idi -  S.A.).
Respublikanın  maarif,  mədəniyyət  və  tibb  orqanlarında  1739 
qadm  çalışırdı  ki,  onlardan  300  nəfəri  ali  təhsilli  idi  [129,  1967,  8 
mart].  46  min  şagirddən  ^2.112-i  qız  idi  [129,  1967,  8  mart,  20 
oktyabr].
1970-ci  illərdə Naxçıvanda  rəhbər vəzifələrdə işləyən qadınların 
xüsusi  çəkisinin 
artması, 
onların  mədəni-məişət 
şəratinin 
yaxşılaşdırılması 
həmin 
dövrdən 
başlayaraq 
Azərbaycan 
rəhbərliyinin bu bölgəyə diqqətinin artmasının nəticəsi idi.
Heydər  Əliyevin  Azərbaycan  rəhbərliyinə  gəlməsi  ilə  Naxçı­
vanda  iqtisadiyyatın,  elmin,  təhsilin,  mədəniyyətin,  səhiyyəninin 
.  inkişafı  güclənmiş,  Azərbaycan  EA  Elm  Mərkəzi,  Naxçıvan  Döv­
lət  Pedaqoci  İnstitutu,  politexnik,  kənd  təsərrüfatı,  musiqi,  tibb 
texnikumları  və  digər  müəssisələr  fəaliyyətə  başlamışdı.  Naxçıvan 
MSSR  bu  illərdə  əsl  mə'nada  quruculuq  və  yüksəliş  dövrü  ya­
şayırdı.  Həmin illərdə S.Əliyeva Naxçıvan  MSSR Ali  Soveti  Rəya­
sət  Hey'əlinin  sədri,  G.Rzayeva  sədrin  müavini,  L.İ.Əkbərova  ic-
113 

I


timai  tə'minat  naziri  (o,  bu  vəzifədə  Ş.Rzayevanı  əvəz  etmişdi  -  
S.A.).  V.Hüseynova  Naxçıvan  vilayət  komsomol  komitəsinin  bi­
rinci katibi, sonra Naxçıvan şəhər PK katibi və Ali Sovetinin plan- 
büdcə komissiyasının  sədri,  Ş.Əliyeva  Naxçıvan şəhər XMŞ  müdi­
ri,  L.Zeynalova səhiyyə nazirinin  müavini,  S.Bayramova Ali  Məh­
kəmənin  sədri,  F.Musayeva  Naxçıvan  VPK  siyasi-maarif  evinin 
müdiri, 
L.Quliyeva 
Naxçıvan 
tikiş 
fabrikinin 
direktoru,
A. Məmmədova 
Naxçıvan 
VPK 
ümumi  şö'bənin 
müdiri, 
Ş.Tarvediyeva  Muxtar  Respublika  Nazirlər  Sovertiııiıı  ümumi 
şö'bəsinin  müdiri,  S.Əliyeva  İliç rayon  MŞ  müdiri,  C.Abdullayeva 
iliç rayon  Lenin  adına sovxozun  direktoru,  S.Kərimova  «Şərq  qa­
pısı»  qəzetinin  şö'bə  müdiri,  sonra  isə  redaktoru,  S.Fərəcova  İliç 
rayon  komsomol  komitəsinin  birinci  katibi  işləyirdi.  Həmin  döv­
rdə Naxçıvan qadınlar şurasının sədri Zeynəb  Məmmədova,  katibi 
isə  Sənubər  Kərimova  idi,  Ordubad  rayon  Qadınlar  Şurasına 
Ş.Ələkbərova,  Naxçıvan  şəhər  Qadınlar  Şurasına  A.İsmayılova, 
iliç  rayon  Qadınlar  Şurasına  Sosialist  Əməyi  Qəhrəmanı
B. Talıbova rəhbərlik edirdi.
Qadınların ictimai-siyasi fəaliyyətə cəlb edilməsində, cəmiyyətin 
və dövlətin  idarə olunmasında,  istehsal  həyatında onların  rolunun 
artırılmasında qadın şuraları mühüm rol oynayırdılar.
70-ci  illərin  sonu  -  80-ci  illərdə  Naxçıvan  MSSR-də  qadınların 
rolunun artması həm ictimai-siyasi həyatda, mədəniyyətdə,  həm də 
sosial-iqtisadi  sahələrdə  özünü  göstərirdi.  Xalq  təsərrüfatının 
bütün  sahələrində  qadınlar  kişilərlə  çiyin-çiyinə  çalışırdılar.  Res­
publikanın  sənaye  müəssisələrində  qadınların  ümumi  sayı  artma­
qda  idi.  Alt  trikolac,  tikiş  fabriklərində,  Ordubad  baramaaçan  və 
konserv  zavodlarında  çalışanların  90-95%-i  qadınlar idi.  Qadınla­
rın  rəhbər vəzifələrdə  təmsil  olunması  üçün  də müəyyən  işlər görü­
lürdü.  Dövlət  xadimləri,  rəhbər  işçilər,  incəsənət  ustaları,  yaradıcı 
insanlar  arasında  onların  sayı  artmaqda  idi.  S.Əliyeva  1990-cı  ilə 
qədər  Muxtar  Respublikanın  Ali  hakimiyyət  orqanına  rəhbərlik 
edirdi.  Sitarə  Bayramova -  Ədliyyə Naziri,  Lətifə  Ələkbərova  icti­
mai  tə'minat  naziri,  sonra  isə  alt  trikotac  paltarları  fabrikinin  di­
rektoru,  Dilarə  Ələkbərova  Naxçıvan  VPK  katibi,  E. Qasımova 
Naxçıvan  şəhər  PK  katibi,  Sənubər  Kərimova  «Şərq  qapısı»  qəze­
tinin  redaktoru,  Zeynəb  Məmmədova  Respublika  Xalq  Nəzarət 
Komitəsin  sədrinin  müavini,  V.Vəliyeva  tikiş  fabrikinin  direktoru,
114


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə