Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

lanni  pozan şəxslərə  qarşı  zəif mübarizə aparırlar.  Öz hüquqlarını 
qorumaq üçün müvafiq  orqanlara müraciət edən qadınların  şikay­
ət  və  ərizələrinə  baxılmasındakı  lənglik  onlara  qarşı  mühafizəkar 
münasibətin göstəricisi idi.
1950-51-ci  illərdə  qadınların  hüquqlarının  pozulmasına  dair  52 
şikayət  ərizəsi  prokurorluq  və  məhkəmə  orqanlarına  daxil 
olmuşdu  ki,  bunlar  içərisində  2  qətl,  5  zorlama,  11  təhqiretmə 
hadisəsi,  6  ikiarvadlılıq  məsələsi  və digər  məsələlər  var  idi  [95,  s.l.
iş. 2058,bağlama  162, v.l, 51].
Naxçıvanda  qadınlar  arasında  işin  ən  mühüm  formalarından 
biri  də vilayət,  rayon,  şəhər partiya  komitələri,  icraiyyə komitələri 
nəzdində,  həmçinin  idarə  və  müəssisələrdə,  kolxoz  və  sovxozlarda 
yaradılan qadın şuraları oldu.
Qadın  şuraları  qadın  fəallarına  arxalanaraq  qadın  və  qızların 
ictimai istehsala daha geniş cəlb  edilməsi, əmək, məişət  və istirahət 
şəraitinin  yaxşılaşdırılması,  ana  və  uşaq  mühafizəsi,  çoxuşaqlı 
analara  kömək  məsələləri  ilə  məşğul  olurdu.  Şuraların  əsas 
fəaliyyət istiqamtlərindən  biri də qadınların hüquqlarının və sosial 
müdafiəsinin qorunmasından ibarət idi.
«Respublikada  qadınlar  arasında  işin  vəziyyəti  və  onu 
yaxşılaşdırmaq  tədbirləri  haqqında»  Azərbaycan  K(b)P  MK-nın 
1950-ci  il  12  avqust  tarixli  qərarından  sonra  Naxçıvanda  qadın 
məsələsinin həlli istiqamətində bir sıra addımlar atıldı.  Demək olar 
ki,  bütün müəssisə və təşkilatlarında qadın şuralarının  yaradılması 
sür'ətləndirildi.  Təkcə  Naxçıvan  rayonunun  16  kolxozunda,  4 
idarəsində,  5  məhəllədə  qadın  şuraları  təşkil  edilmiş,  oraya  7000 
qadın cəlb edilmişdi  [95, s.l, iş 2057, bağlama  162, v.2].  1950-ci ildə 
respublikada  42  qadın  rəhbər  vəzifəyə  irəli  çəkilmiş  (onun  17-si 
Naxçıvan rayonunun payına düşürdü), 4 qadın SSRİ Ali Sovetinə, 
5-i Azərbaycan,  24-ü Naxçıvan  Ali  Sovetlərinə,  405  qadın  isə yerli 
sovetlərə  deputat  seçilmişdi  [95,  s.l,  iş  2063,  bağlama  162,  v.3]. 
Lakin  kişilərlə  müqayisədə  qadınların  rəhbər  orqanlarda  təmsil 
olunması  qənaətbəxş  deyildi.  Respublikada. mövcud  olan  12 
nazirlikdən  1-nə  (ictimai-tə'minat  naziri  S.Rzayeva-  S.A.),  22 
komitə  və  idarədən  1-nə,  74  kolxozdan  3-nə,  59  sovetlikdən  isə  8- 
nə  qadınlar  başçılıq  edirdi.  Qadm  şö'bələrinə  rəhbərlik  edənlərin 
hamısının  ali  təhsili  var  idi  (təkcə  Noraşen  qadınlar  şöbəsinin 
müdiri orta təhsilli idi - S.A.) [95, s.l, iş 2089].
104
I


1953-cü  ilin  noyabrında  Naxçıvan  vilayət  partiya  komitəsinin 
plenumunda  qadınlar  arasında  işin  vəziyyəti  yenidən  müzakirə 
edilərək,  qadınların rəhbər Vəzifələrə irəli çəkilməsi  tövsiyə olundu. 
Z.Məmmədova  Naxçıvan  Vilayət  Partiya  Komitəsində  tə'limatçı, 
X.İbrahimova  Naxçıvan  şəhər  sovetinin  katibi,  K.Ələkbərova 
Noraşen  prokurorunun  müavini,  T.Xəlilova  2№-li  qızlar 
məktəbinin  direktoru, T.Sadıqzadə -  Ordubad  rayon XMŞ müdiri 
vəzifəsinə  irəli  çəkilmişdi.  Lakin  kənd  təsərrüfatında  qadınlar 
çoxluq  təşkil  etməsinə  baxmayaraq,  onlar  rəhbərlikdə  zəif  təmsil 
olunmuşdular.  Əgər  1950-ci ildə Naxçıvanda 3  qadın kolxoz sədri,
2  qadın  isə  briqadir  işləyirdisə,  1953-cü  ildə  onlar  vəzifədən  azad 
edilmişdilər. 
Maraqlıdır 
ki, 
Sosialist 
Əməyi 
Qəhrəmanı 
F.İmanquliyeva  Noraşen  rayon  Kirov  adma  kolxoza  sədr  tə'yin 
olunmuş,  lakin  bir  ildən  sonra  savadsız  olduğu  üçün  işdən 
götürülmüşdü [95, s.l, iş 2089, bağlama  163, v.37].
Azərbaycan  və  Naxçıvan  rəhbərliyi  səviyyəsində  qadınlar 
arasında  işin  vəziyyətinə  dair  50-ci  illərin  I  yarısında  bir  sıra 
qərarlar  qəbul  edilsə  də,  (Azərbaycan  KP  MK-nin  1953-cü  il  15 
oktyabr  tarixli 
«Qadınlar 
arasında 
siyasi 
tərbiyə 
işinin 
yaxşılaşdırılması tədbirləri haqqında» və Naxçıvan VPK  14 noyabr 
tarixli  müvafiq  məsələyə, dair  qərarları  və  s.  -   S.A.)  bu  qərarlar1 
kağız  üzərində  qalırdı.  Sov.  İKP-nin  XIX,  XX  qurultayları 
arasında  Naxçıvan  MSSR-da  qadınlar  arasında  işə  dair  məsələ 
vilayət partiya komitəsinin  1  plenumunda,  6 büro  iclasında,  rayon 
komitələri  plenumlarında  müzakirə  edilsə  də,  respublikada 
qadınların  siyasi  fəallığı  aşağı  idi.  Baxmayaraq  ki,  XIX 
qurultaydan sonra 70 nəfər qadın irəli çəkilmiş,  181  məktəbdən  11- 
nə  qadınlar  rəhbərlik  edirdi.  Bu  dövrdən  e'tibarən  bütün 
Azərbaycanda  olduğu  kimi,  Naxçıvanda  da  rayon  partiya 
komitələrinin  katibələri  vəzifəsinə  qadınların  tə'yin  edilməsi 
praktikası  yaranmışdı.  Səkinə  Sadıqova  Naxçıvan,  Tovuz 
Əsgərova  Şahbuz,  Məhbubə  Həsənova  Ordubad,  Zeynəb 
Ramazanova  Culfa,  Zeynəb  Məmmədova  Noraşen  rayon  PK 
katibləri tə'yin edilmişdilər [95, s.l, iş 2089, v. 14-15].
Naxçıvan VPK nomenklaturasma daxil olan  305 vəzifədən  yal­
nız 26-sını qadınlar təşkil edirdi. Respublikanın 6 maarif və səhiyyə 
şö'bəsinin  heç  birinə  qadın  rəhbərlik, etmirdi,  baxmayaraq  ki,  bu 
sahələrdə qadınlar artıq kifayət qədər təmsil olunmuşdular.
105
I


Bölgədəki  84 kolxoz sədrinin hamısı kişi idi.  60 müavindən 2-si, 
522 briqadirdən  4-ü,  ferma müdirlərindən  1-i  qadın  idi.  Kolxoz  və 
sovxozlarda  1  aqronom,  2  zootexnik,  5  mal  həkimi  qadın  idi. 
Sənaye  müəssisələrində  isə  direktor,  mühasib,  sex  müdirləri 
vəzifələrində  yalnız  kişilər  işləyirdilər.  Ordubad  ipək  fabrikində 
işləyənlərdən  100-ə  yaxmı  qadın  olsa  da,  orta  pillədə  onlar  zəif 
təmsil olunmuşdular.  Bu vəziyyət Naxçıvan sənət artelində də eyni 
idi [95, s.l, iş 2089, s. 10-15].
Qadın  şö'bələri,  qadın  şuraları  partiya  orqanlarının  təzyiqi 
altında  qadınlar  arasında  siyasi  iş  apararkən,  onların  hüquqlarını 
qorumaq  əvəzinə,  bir  çox  hallarda  qadın  ləyaqətini  alçaqdan 
hərəkətlərə yol  verir, qadınların milli  və dini hisslərinə hörmətsizlik 
edirdilər.  Qadınlar arasında dini hissləri aradan qaldırmaq cəhdləri 
və  çadraya  qarşı  sərt  inizibatçılıq  tədbirləri  müharibədən  sonra 
xüsusilə  amansız  şəkil  almışdı.  İslam  dini  ilə  bağlı  müqəddəs 
günlərdə  fəal  qadınlar  kənd  və  qəsəbələrə  yollanır,  qadınları  dini 
ayinləri  yerinə  yetirməməyə  çağırırdılar.  Bu  məqsədlə  onlar 
dövlətin,  partiyanın  əlində  olan  bütün  tə'sir  vasitələrindən-  qəzet 
və  curnallardan,  radiodan  istifadə  edir,  geniş  təbliğat,  təşviqat 
işləri,  mühazirə  və  söhbətlər  aparırdılar.  1980-cı  illərin  sonuna 
qədər  respublikada  qadiri  problemlərinə  həsr  edilmiş  bütün 
tədbirlərin,  yığıncaq,  iclas,  müşavirə,  seminar,  konfrans  və 
plenumların  diqqət  yetirdiyi  əsas məsələlərdən  biri  o vaxtın  dili  ilə 
desək  «qadınlar  arasında  dini  qalıqların  aradan  qaldırılması, 
onların  ateizm tərbiyəsi»  idi.  Çadra əleyhinə mübarizə də məhz bu 
konteksdən 
aparılırdı. 
Lakin 
bu 
mübarizənin 
sərtliyinə 
baxmayaraq,  Naxçıvan  əhalisi,  qadınları  hətta  belə  qorxu  və 
təzyiqlər şəraitində öz dini inanclarını qoruyub saxlaya bilmişdilər.
Respublikanın partiya rəhbərliyi, mədəniyyətdə,  təhsildə, qadın 
məsələsində  qazanılan  uğurlardan  danışarkən,  yubiley  günlərində 
təbliğatda  adətən  Nehrəm  kəndini  misal  gətirir,  sanki  bununla  da 
sovet  dövrü  Nehrəminin  C.Məmmədquluzadənin  vaxtilə  qələmə 
aldığı  Danabaş kəndindən tamamilə fərqləndiyini  sübuta yetirmək 
istəyirdi., Lakin  bu  dövrün  partiya  sənədlərinədə  belə  Nehrəm 
kəndində  dini  mərasimlərin  icra  olupduğu,  hətta  fəal  qadınların 
belə  məscidə  getmələri  və  çadra  örtmələri  göstərilir [95,  s.l,  bağla­
ma  162,  2060,  s .l5].  (C.Məmmədquluzadənin  yazdığı  Danabaş 
kəndi  bir  kəndə  deyil,  geniş  mə'nada  ümumiləşmiş  Azərbaycan
106
*


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə