Sevinc abbasova zakir qizi


  Qadınların respublikasının sosial-mədəni  və



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

2.  Qadınların respublikasının sosial-mədəni  və 
ictimai-siyasi həyatında yeri  və rolu
I
1920-1930,  qismən  də  1940-cı  illərdə  Azərbaycanda,  o 
cümlədən  Naxçıvanda  baş  vermiş  sosial-iqtisadi  dəyişikliklər 
qadınlara  respublikanın  iqtisadi  və  sosial-mədəni  həyatında  daha 
yaxından  iştirak  etməyə  şərait  yaratdı,  onların  təhsil  və  mədəni 
səviyyəsinin  yüksəlməsinə,  sosial-siyasi  fəallağının  artmasına 
gətirib  çıxardı.  Sonrakı  dövrdə  Naxçıvan  qadınları  ictimai-siyasi 
həyatda  və  mədəni  quruculuqda  ən  fəal  qüvvə  kimi  fəaliyyət 
göstərirdilər.  Naxçıvanda  bu dövrlərdə  ictimai-iqtisadi  həyatın  elə 
bir  sahəsi  yox  idi  ki,  orada  qadın  əlinin  hərarəti,  onun  zəkasının 
işığı  hiss, edilməsin.Naxçıvan  qadınlarının  vəziyyətində  baş  verən 
dəyişikliklərin'  nəticəsi  olaraq  onlar  nəinki  ictimai  istehsalda, 
həmçinin  respublikanın  mədəni  həyatında  geniş  təmsil  olunmağa 
başladılar.  Qeyd  edək  ki,  bu  proses  artıq  Böyük  Vətən 
müharibəsindən  sonrakı  ilk  illərdə  geniş  vüsət  tapmışdı. 
Müharibədən  sonra  mədəni-maarif  müəssisələrinin  üzərində 
rəhbərliyi  gücləndirmək,  əhalinin  durmadan  artan  mədəni 
tələbatını  ödəmək  məqsədi  ilə  1945-ci  ilin  ikinci  yarısında  bütün 
müttəfiq  və  muxtar  respublikaların  nazirlər  sovetləri  yanında 
nazirlik  hüququna  malik  mədəni-maarif  müəssisələri  komitəsi 
yarandı. Naxçıvanda Muxtar Respublikanın müvafiq komitəsi  (ilk 
sədr Nəcəf Tağızadə  -  S.A.),  rayon  icrayyə  komitələri  yanında  isə 
mədəni-maarif şöbələri fəaliyyətə başladı.
Müharibədən  sonra  Azərbaycan  rəhbərliyi  səviyyəsində  qadın­
ların  xalq  təsərrüfat  sahələrinə,  habelə  mədəni  quruculuq  işlərinə 
daha  geniş  cəlb  olunması,  qadın  məsələlərinə  diqqət  yetirilməsi 
məqsədi  ilə  bir  sıra  tədbirlər  görüldü.  1945-ci  ilin  iyul  ayında  16 
sərhəd  rayonunda,  o  cümlədən  Naxçıvanın  6  rayonunda  partiya 
komitələri  yanında  qadınlar  arasında  iş  aparan  şöbə  təşkil  edildi. 
1950-ci  ildə  Naxçıvan  vilayət  qadınlar  şöbəsinin  müdiri  Əsgərova
idi.  1951-ci  ildə  onu  Hacıyeva  əvəz etdi  [95,  s.  1,  iş  2058,  bağlama 
• •
162].  Ümumiyyətlə,  1950-ci  illər  Naxçıvanda  qadın  şöbələrinin 
müdirlərinin  tez-tez dəyişilməsi  adi hal  almışdı.  Bir müddətdən so­
nra  Hacıyevanı  S.Əliyeva  əvəz etmişdi.  1953-cü ildə  isə vilayət  qa­
dınlar şöbəsinin  mııdiri  F.Rzayeva  idi.  1946-cı  ilin  iyulunda  qadın 
şöbələri  müdirlərinin  respublika  müşavirəsi  keçirildi.  Müşavirənin


yekunlarına  görə,  Azərbaycan  KP  rəhbərliyinin  xüsusi  qərarı  [56, 
1945,  5  iyul  №133]  respublika  qadınları  arasında  siyasi-mədəni  iş­
lərin  daha  da  sürətləndirilməsinə,  onların  təhsilə  və  mədəni  quru­
culuğa  daha  geniş cəlb  olunmasına,  sosial  fəallığının  artmasına  sə­
bəb oldu.
1946-1947-ci  illərdə  respublikanın  şəhər  və  rayonlarında  gənc 
qadınların  konfransları  keçirilmiş,  bu konfranslarda gənc qadınlar 
və  qızlar  arasında  siyasi  işin  vəziyyəti,  onların  fəallığını  artırmaq 
barədə  qərarlar  qəbul  edilmişdi.  1947-ci  ilin  oktyabrında  Bakıda 
keçirilmiş  gənc  qadınların  III  respublika  qurultayı  gənc  qız  və 
qadınların  respublikanın  təsərrüfat,  mədəni  və  ictimai-siyasi 
həyatında  rolunun  artırılmasına  böyük  təkan  verdi  [2,  1947,  10 
oktyabr].
Qadınlarının  mədəniyyət  sahələrinə  cəlb  edilməsinə  o  dövrdə 
Azərbaycan  və  Naxçıvan  rəhbərliyinin  bu  məsələyə  aid  qəbul  et­
dikləri  qərar  və  sərənacamlarmm  böyük  təsiri  oldu.  Xüsusən, 
AK(b)P  MK-nın  1947-ci  il  sentyabrın  9-da  «Respublikanın  mədə­
ni-maarif  müəssisələrinin  kadrlarla  təminatı»  haqqında  məsələni 
müzakirə edərək,  xüsusi  qərar qəbul  etməsi,  1948-ci  ilin  noyabrın­
da  «Respublikada mədəni-maaif işçilərinin  vəziyyəti  və  onu  yaxşı­
laşdırmaq  tədbirləri  haqqında»  məsələyə  xüsusi  plenum  həsr  edil­
məsi mədəni-maarif müəssisələri  üçün qadın kadrların hazırlanma­
sına,  onlardan  ən  bacarıqlılarını  mədəni-maarif  müəssisələrində 
rəhbərliyə  irəli  çəkilməsinə  rəvac verdi,  yerli  partiya,  sovet  orqan­
ları,  həmkarlar  komitələrinin  bu  məsələlərlə  müntəzəm  məşğul  ol­
malarını  sür'ətləndirdi.  Naxçıvan  rəhbərliyinin müvafiq məsələlərə 
dair  qəbul  etdikləri  qərarlardan  sonra  Naxçıvan  MSSR-də  mədə­
ni-maarif işləri  getdikcə  qüvvətləndi.  1948-ci  ilin  sonunda  respub­
likada  7  mədəniyyət  evi,  37  klub,  19  kitabxana,  44  qiraət  koması 
var idi.  Müharibədən  sonrakı  ilk  üç  ildə  kolxozlarda  35  yeni  klub 
və qiraət koması tikilmişdi.  Lakin onların ixtisaslı kadrlarla tə'min 
olunması  problem  olaraq  qalırdı.  Naxçıvanın  136 mədəniyyət işçi­
sindən cəmisi 2-nin ali  təhsili,  22-nin natamam ali,  62-nin orta təh­
sili  var  idi  [56,  1948,  20  noyabr].  1951-ci  ildə  Naxçıvanda  dövlət 
hesabına  saxlanılan  mədəni-maarif  müəssisələrində  136  adam,  o 
cümlədən 90-na yaxın qadın çalışırdı [14, s.260,  iş 332, v.64]. Təkcə 
Ordubad  rayon  mədəni-maarif  müəssisələrində  çalışan  33  işçinin 
20-si qadın idi [14, s.260, iş 305, v.8].
102


Mədəni-maarif  sistemində  fəal  işləyən  bir  çox  qadınlar  bu 
sahədə  yüksək  vəzifələrə  irəli  çəkilmişdilər.  Məsələn,  Lətifə 
Məmmədova  Naxçıvan  şəhər  mərkəzi  kitabxanasına,  Rəfiqə 
Bağırova isə Ordubad rayon kitabxanasına müdir tə'yin edilmişdir 
[14,  s.260,  iş  332,  v.64].  1940-cı  illərin  sonunda  Naxçıvanda  şəhər 
mədəniyyət  sarayı,  dövlət  kitabxanası,  62  klub,  22  kütləvi 
kitabxana  (130  min  nüsxə  kitab  fondu  ilə),  dövlət  teatrı, 
Fılormoniya,  5  qəzet,  24  kino  qurğusu  mövcud  idi.  Bu 
müəssisələrdə  35  dram,  25  xor,  28  musiqi  dərnəyi  fəaliyyət 
göstərirdi  [131].  Bu  dərnəklərdə  iştirak  edənlərin,  kitabxanaya 
abunə  yazılanların  çoxu  qadın  idi.  Qeyd  edək  ki,  40-50-ci  illərdə 
qadınların  mədəni-maarif müəssisələrinə  cəlb  edilməsi  nəticəsində 
1957-ci 
ildə 
onlar  bu 
sahədə 
işləyən 
işçilərin 
55%-ni, 
kitabxanaçılarm  isə  85%-ni  təşkil  edirdilər  [56,  1957,  29  mart].  Bu 
isə əslində çox mütərəqqi proses olub, qadınlarımızın qeyri-istehsal 
sahələrinə daha geniş cəlb edilməsinin göstəricisi idi.
Müharibənin  qurtarmasından  sonra  respublikada  qadınların 
təhsilə  cəlb  edilməsində  bir  sıra  irəliləyişlər  baş  vermişdi.  1945-ci 
ildə  Naxçıvanda  180  məktəb,  3  texnikum,  musiqi  məktəbi, 
müəllimlər  institutu  fəaliyyət  göstərirdi.  Təhsil  alan  25478 
şagirddən  11.500 nəfəri (təqribən 47,8%) qız idi [56,  1945, 30 aprel]. 
1949-cu  ildə  isə  Naxçıvanda  29.000  şagirdin  tə'lim-tərbiyəsi  ilə 
1.115 müəllim məşğul olurdu ki,  onların 70%-i Ordubad  Redaqoci 
Məktəbinin  və  Naxçıvan  Müəllimlər  İnştitutunun  yetirmələri  idi 
[131,  1949,  №4].  50-ci  illərin  sonlarında  1773  müəllimdən  528-i 
qadın idi  [34,  s.39].  Naxçıvanda  qadın  təhsilinin inkişafında  1955- 
ci  ilə  qədər  fəaliyyət  göstərmiş  2  №-li  qız  məktəbinin  və  onun  di­
rektoru  Pəri  İbrahimovanın  mühüm  xidmətləri  olmuşdur.

Müəllimlərdən  Səmənnaz  Sadıqova  SSRİ  Ali  Sovetinə,  Məsmə 
Talıbova  Azərbaycan  Ali  Sovetinə,  Pəri  İbrahimova  və  Tovuz 
Sadıqzadə isə Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdilər.
1950-ci il martın  10-da Naxçıvanın fəal qadınlarının respublika 
müşavirəsində  «Naxçıvan  MSSR-da  qadınlar  arasında  işin  və­
ziyyəti  və  onun  yaxşılaşdırılması  haqqında»  məsələ  müzakirə  edil­
miş  və  belə  bir fakta diqqət  yetirilmişdi  ki,  bu  bölgədə hələ  də  qa­
dınlara münasibətdə köhnə baxışlar, stereotiplər qalmaqdadır. On­
ların  hüquqları  tez-tez  pozulur.  Hüquq  mühafizə  orqanları,  xüsu­
sən  prokurorluq  və məhkəmələr nigah-ailə haqqında sovet  qanun-
103
I


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə