Səyavuş Sərxanlı
VƏTƏN, SƏSLƏ OĞLUNU...
Ağacınam - ayaq üstə, yuxusuz,
Əlacınam - qadağasız, qorxusuz,
Leylacınam - duya bilməz duyğusuz,
Möhtacınam - yüz sınaqsız, sorğusuz,
Neyə tutum, göydən asım yolunu -
Vətən, var ol,
Vətən, səslə oğlunu!
Ana südün, dağ çiçəyin öyüdüm,
Ay nurunda, gün nurunda öyüldüm,
Səhvlərimin zindanında döyüldüm,
Mən Xətai qürurundan böyüdüm
Çox əl-qola kəmənd atdım yolunu -
Vətən, var ol,
Vətən, səslə oğlunu!
Dumaların həsrətimi daşıdı,
Bir oğlunam - Araz dərdi yaşıdım,
Göyərməyən qeyrətimi daşıdı,
Mən sabaha min ümidlə yaşadım,
İmanlara qalxan etdim yolunu -
Vətən, var ol,
Vətən, səslə oğlunu!
Ellərini sağım-solum bilmişəm,
Yollarını vuran qolum bilmişəm,
Dağlarını dəlim-dolum bilmişəm,
Mənəm körpən, səni ulum bilmişəm:
Tarixlərə çıraq tutum yolunu -
Vətən, var ol,
Vətən, səslə oğlunu!
s m
?
____________________________ Vətən, səslə oğlunu
Bir ozanam, saz göyərər külümdən,
Bir körpüyəm, karvan keçər belimdən,
Anadiltək asılaram dilimdən,
Göylər enib, su içəndə əlimdən,
Dizim üstə qılınc gördüm yolunu -
V ətən, var ol,
V ətən, səslə oğlunu!
1984-cü il
ANA
Anam Səadətə...
Vuruldum V ətənə ana adında,
Ömrümün gecəsi-gündüzü ana!
Həyat dediyimiz kainatın da
İlk sözü anadı, son sözü ana.
Ana - ilk məhəbbət sözü kimidir,
Safdır hər niyyəti, hər arzusu da.
Ana - təbiətin özü kimidir,
Bir əli oddadır, bir əli suda.
Ana məktəbini keçməyən həyat
Özünə bir ömür qazana bilməz.
Bir ana kölgəsi düşməyən həyət
Yüz ocaq yansa da, qızına bilməz.
Ata - əkinçisə, anadı - torpaq,
Sinəsi güllüdü, gülüstanlıdı.
Köçər nağıllara o çıraq-çıraq,
Hər aylı gecəsi yüz dastanlıdı.
Çəm ənlə yeriyən, çaylarla axan
Ana nəfəsidi, ana nəfəsi.
s m
?
Hərbin
top-tüfəngli gözündən baxan
Ana naləsidi, ana naləsi!
Çəkər yuxusuna savaşlar kimi
Qəbri qürbət eldə itənləri o;
Yollar qırağında ağaclar kimi
Göyərib
gözləyər gedənləri o.
Səbri ondan alıb dağım-daşım da,
Can verib yurdumun ocaqlarına.
O, sac qırağında, təndir başında
Qəlbini bölübdü qonaqlarına.
Laylaya güvənib çətində-darda,
Beşiyi - bəşərin şah əsəridir.
Bütün muğamlar da, simfoniyalar da
Layla ağacının meyvələridir!
Yer üzü, göy üzü borana düşsə,
Həyatın közərən gözüdü ana.
Göylərin güləyən gözü günəşsə,
Yerlərin ağlağan gözüdü ana.
Bir dünya asılıb hər ağ telindən,
Yeri göz üstündə görünməlidir.
Bəşər ömür alıb ana əlindən,
Ana əhdinə də bürünməlidir.
Odur əl arxası, min ev dirəyi,
Hər arzu, əməli günəşə baxar.
Yüz xəzan gəlsə də, ana ürəyi
Həmişəbahardı, həmişəbahar!
Səyavuş S ərxa n lı
----------------------------------------------------------
Qızlar eşq badəsi içməzdən əvvəl
Ana əllərindən su içsin gərək.
Bir evdən-bir evə köçməzdən əvvəl
Öyüddən-öyüdə yol keçsin gərək.
Səpər sovqatını bağça-bağ kimi,
Günəşdi evlərin yaxasında o.
Qocalıb,
əssə də bir yarpaq kimi,
Dağdı dünyamızın arxasında o!
Bir canlı tarixdi, bir canlı əsər,
Qızıldan qiymətli hər kəlməsidir.
İnsanlıq yolunda oğullar - əsgər,
Ana - sərkərdələr sərkərdəsidir!
Bu sözü ən şirin - dilim deyibdi,
Dayan qulluğunda, xoş halın olsun;
M ənə qələm verən elim deyibdi:
Ana südün kimi halalın olsun!
Şairlər şeirini qınasın bir az,
Borcludu önündə o saf niyyətin;
Dahilər yerini tanısın bir az -
Anadı dahisi əbədiyyətin...
Şəmkir, 1985-ci il
______________________________ _____
Vətən, səslə oğlunu
t o ?
Səyavuş Sərxanlı
TORPAQ AXTARIRAM
Torpaq axtarıram,
Bir ovuc alıb,
Sıxanda Xaqani hayqırsın onda.
Torpaq axtarıram, zəlzələ salıb,
Qandallar, zəncirlər qırılsın onda!
M ənə dərdim qədər qayğı gərəkdir,
Yanmayan de, haçan ürək olubdur?
Yanğı söndürməyə su, su gərəkdir,
Mənə torpaq, torpaq gərək olubdur!
Sənin varlığını bir heç eyləyən
Sənin gözündəcə gecələyərmiş;
Deyirdin quşlardı tək köç eyləyən,
Sən demə, torpaq da köç eyləyərmiş!
Xətai,
Səttarxan,
Üzeyir,
Vurğun
Torpağın altına köçüb nə vaxtdan -
Elə bil yurdumuz uçmamaq üçün
Tutublar torpağın ayaqlarından.
Qoy hicran alışıb dönsün çırağa,
Vüsal yollarına duman-çən düşüb;
Əyri qılınc kimi ana torpağa
Araz Savalanm əlindən düşüb.
Ağsaç okeantək qoparıb haray,
Niyə qəmsizləri sıxmayır Vətən?
Vətən, səslə oğlunu
Bir qanad o taydı.
Bir qanad bu tay,
Ha uçur,
bir yana çıxmayır Vətən!
Çaxsın ildırımlar... sən heyrətə bax,
O tufanlı başlar yoxsa donubdu?
Qoynunda insanlar dəfn olan torpaq
Bəs özü hayanda dəfn olunubdu?!
Ə l-ələ verməsə milyon məhəbbət,
M ilçəklər ağzında bizi aparar;
İnsan yetimliyi ovunar, fəqət,
Torpaq yetimliyi fəryad qoparar!
Gözümdə bir torpaq öyünür mənim,
Mən də o torpağın bir zərrəsitək;
Sinəmdə bir ürək döyünür mənim,
Döyünür narahat yer kürrəsi tək.
Hər misram bir günəş şüası kimi,
Ömür nurlandırsın, çiçək bitirsin.
Hər şerim - meteor parçası kimi
Dağılan dünyamdan xəbər gətirsin.
Nizami dünyalı, Tomris baxışlı,
Babək atlamşlı torpağım hanı?
Yox! Yox! Yox! Siz məni alqışlamayın,
Ən böyük alqışlı torpağım hanı?!
1963-cü il
s m
?
Dostları ilə paylaş: |