Arzular, diləklər xətayiləşib;
“Avesta” fəryadıydı göydə əriyən,
“Karvan” dağlarıydı yerdə yeriyən;
Gördüm ki,
Gördüm ki,
Gördüm ki,
O gün
Ulu xidmətlərə baş əymək üçün
Oğullar - fişənglər xətayiləşib;
Təbriklər, çiçəklər xətayiləşib,
O qızlar - qəşənglər xətayiləşib!
Bir elə, bir elə əziz günüydü -
Evimdə elimin toy-düyünüydü...
Dünya üfüq boyu, ekvator boyu,
Əməllər yol boyu çiçəkləyirdi.
Başını göylərin dizinə qoyub,
Atalar - heykəllər çiçəkləyirdi.
Atəşə can verən səməndər kimi
Gördüm yollar uçur Araz, Kür sarı.
Qürbətdən qayıdan igidlər kimi
Qayıdıb Gəncənin darvazaları.
Gördüm göz güldürüb, könül açaraq,
Udduğum hava da xətayiləşib.
Gördüm ağlı yaraq, ağısı çıraq
O Qorqud baba da xətayiləşib,
Gördüm çoxlarına yamanam, yadam,
Çoxu da hazıra nazir dayanıb.
Bir iri meydanda
gördüm ki, atam,
Koroğlu Qıratla hazır dayanıb.
Gördüm ki, nağıllar həqiqət olub,
V ətənə oğulluq baş sənət olub!
Kimsə ulduz olub baxırdı göydən,
"SÜS?
Səyavuş S ərxa n lı
----------------------------------------------------------
Kimsə çinar olub qalxırdı yerdən.
Dünyada nə varsa, atlı kimiydi,
İldırım çaxırdı adi gileydən;
Gördüm
Savalanın qərib adını
Keçirdim dağların yeddi qatından!
Gördüm ki, nobellər mükafatını
Mükafat verirlər Bakı adından!
Qəfil fərəhimdən gördüm gülürəm,
Gördüm Bakımızda dəyişib aləm:
Köhnə Universitet binamızdakı
Şeirsiz pillələr xətayiləşib;
Təzə Akademiya obamızdakı
Xeyirsiz qüllələr xətayiləşib;
Konservatoriya dünyamızdakı
Sehrsiz nəğm ələr xətayiləşib...
Göyçəgöl Göygölə axdı gözümdə,
Təbriz çıraq kimi ağlıma gəldi.
Təzə bələklənən qundaq özü də
O gün yaraq kimi ağlıma gəldi.
Nə qədər bulaq var dünya üzündə -
Südlü dodaq kimi ağlıma gəldi.
Qartalın qıyı da, ovun izi də
Qanlı varaq kimi ağlıma gəldi...
Gördüm ki, analar xətayiləşib,
Yanında sonalar xətayiləşib,
Yanıq kərəmlərin, sarıtellərin,
Qurbanı olduğum bizim ellərin
Göyündə dumalar xətayiləşib,
Neyində mənalar xətayiləşib,
____________________________________
Vətən, səslə oğlunu
Səyavuş S ərxa n lı-----------------------------------------------------------
Toyunda xınalar xətayiləşib,
Dünyada dünyalar xətayiləşib!
Çiçək aparırdım bir Baş Meydana,
Körpə tumurcuqlar od qoxuyurdu;
Başımın üstündə göy - çıraqxana,
Ayağım altında yer oxuyurdu.
Gördüm
Babaların yolundan tutub,
Qayıdan bir dövran xətayiləşib.
Gördüm
Bir oğlunun qolundan tutub,
Bütün Azərbaycan xətayiləşib!
Xətayi yuxuma gəlmişdi o gün,
Suları yuxuma calamaq üçün...
Moskva - Şəmkir,
1980-1981-ci illər
İNSAN
Kimi sevdik gördük yüklü qatardı,
Səbrimizi çaldı-çapdı apardı,
Qayğıların qaysağını qopardı -
Soyuq istək,
İsti talan olmaya,
İnsan odur oxşamaya dünyaya,
Verdiyini geri alan olmaya.
Ayrılıqlar gözümüzdə yaş kimi,
Xoş günlərdi uçub gedir quş kimi,
д а ?
Qara günlər qalır qara daş kimi;
Belə gediş,
Belə qalan olmaya.
İnsan odur oxşamaya dünyaya,
Verdiyini geri alan olmaya.
Qürub qanı bəbəyimdən sağıla,
Ay da, gün də ürəyimdə soğula.
Dost ölməyə,
yad olsa da, sağ ola;
Ürək viran,
Ömür yalan olmaya -
İnsan odur oxşamaya dünyaya,
Verdiyini geri alan olmaya!
1984-cü il
------------------------------------------------------
Vətən, səslə oğlunu
QALA UŞAQLARI
Uşaqlar sürüşür Cıdır düzündə,
Özümü unudub bu yer üzündə.
Gör kimi, gör nəyi düşünürəm mən:
Bakıda xizək al, deyib ağlayan,
Könlünü belə bir qara bağlayan
Oğlum Əlibəyi düşünürəm mən.
Şəhərdə qara da tamarzıyıq biz,
Qar da bir nağılın yaraşığıdır.
Süd kimi bu dağlar dalğalı dəniz,
İgid heykəl idi qayalar, ulu.
Qışdan baharadı dünyanın yolu -
Bağlarda çiçək də qar işığıdı!
д а ?
Uşaqlar sürüşür Cıdır düzündə,
Ürəklər qanadlı odlara dönüb,
Hamı bir-birini ötmək istəyir.
Qayalar kişnəşən atlara dönüb,
Onların dalınca getmək istəyir.
Bu torpaq rahatlıq bilməyib axı!
Nə gəldi ağlıma, eşit fikrimi:
Xizəklər dalınca qar tozanağı
Bir igid endirən paraşüt kimi...
Böyüyür dünənki ölçük quranlar,
Yaxşı gör bu quzu, bu kəlçələri -
Böyüyür Qalaya yiyə duranlar,
Böyüyür Vaqifin gözəlçələri.
Böyüyür gözümdə bu dərə, bu dağ,
Böyüklük əzəldən öz elimdədir.
Döyüş meydanına dönür Qarabağ,
Hamı at belində, at belindədir.
Niyə at belində çıxmadı canım,
Bölündüm süfrəmin çörəyi kimi?
Yaxşı ki, baxdıqca üfüqlər boyu,
Böyüyür gözümdə Azərbaycanım,
Döyünür dünyanın ürəyi kimi!
Şirin yaş varmı ki uşaq yaşından?
Bu — sabah Babəkdi,
O - Tomris oğlu...
Uçur od gülüşlər dağlar başından,
Şaqqıldayıb gedir Təbrizə doğru.
Baxan bir qoca da körpəyə dönür,
Dərdi dilindədir ahı sərinin,
Səyavuş S ərxa n lı
--------------------------------------------------------
____________________________ Vətən, səslə oğlunu
Uşaq gülüşləri körpüyə dönür
Baxtını güldürür Xudafərinin.
Uşaqlar... umuda umud calayan!
Qoşulub onlara
üşümürəm mən.
Bakıda xizək al, deyib ağlayan
Oğlum Əlibəyi düşünürəm mən...
Şuşa, 1984-cü il
KOROĞLU HEYKƏLİ
Hərdən dənizlə də baş-başa yatın,
O məni duyana qeyrət səsidir,
Atası dəryadan çıxan Qıratın
Dalğalar susmayan kişnərtisidir.
Hərdən nə görürəm
dərya daşanda?
Gün doğur şəhərin gör harasından:
Dayanıb,
Qılınclı əli qaşında
Koroğlu boylanır Qız qalasından.
Bizdən hünərlidi hələ mən bilən,
Kim deyir dünyadan köçdü Koroğlu?
Hər əsrin önündən nərəsi gələn
Bir ayrı karvandı, köçdü, Koroğlu!
O gəlir,
Dağlara duyğutək gəlir,
ttıa?
Dostları ilə paylaş: |