Səyavuş Sərxa n lı-----------------------------------------------
UNUT GETSİN...
Yüz yol yanıb oxşasan da sən neyə,
Nə torpağa yiyə sənsən, nə göyə;
Bəsdir, ürək, qan ağlama qəm deyə -
Unut getsin,
unut getsin hər şeyi!
Kim görübdü göz yaşından pay olsun?
Eldi gəlir, toy olsun, ya vay olsun.
Yaşa getsin, hər nə olur qoy olsun -
Unut getsin,
unut getsin hər şeyi!
Ağıl güdüb, ada yansan, hayıfsan,
Odda donub, suda yansan, hayıfsan,
Unutmayıb sal dayansan, hayıfsan -
Unut getsin,
unut getsin hər şeyi!
Fikir çəkmək nə sənətdi - köhnəlir,
Məhəbbətdi, kimə bənddi - köhnəlir,
Dost dediyin uzun dərddi - köhnəlir,
Unut getsin,
unut getsin hər şeyi!
Yəqin mərdlər öz arından deməyib -
Bu dünyanın bazarından deməyib;
Heç kəs qalxıb məzarından deməyib:
Unut getsin,
unut getsin hər şeyi!
SƏMƏD BEHRƏNGİNİN
XATİRƏSİNƏ...
Qardaş, mən də dərdə yaraya biləm,
Dərd qanan yanında hörmətim ola.
Elimi, dilimi qoruya biləm,
Elin də gözündə qiymətim ola.
Bu könlüm sınıqdı-sınıq saz deyil,
Bu bahar sazaqdı, sazaq-yaz deyil,
Mənim danladığım xan Araz deyil,
Torpağıma sərhəd qeyrətim ola.
Xətai göyündən baxam cahana,
Çöllər meydan ola, dağlar topxana,
Dünya dağlarını yığam yan-yana,
Savalan-Səttarxan qüdrətim ola.
Dönəm kimsəsizlər havadarına,
Qələmim qan vura el damarına,
Vətənin gül üzlü balalarına
Sənintek gün üzlü xidmətim ola.
Ey qələm, başını qoyma balınca,
Süngü ol, yerisin xalqın dalınca!
Yarımı yadlardan xəbər alınca,
Şəhriyar babamdan töhmətim ola.
Dərdimə yaraşıq dinə bilməsəm,
Xalqımın qəlbinə enə bilməsəm,
Bir canlı körpüyə dönə bilməsəm,
Arazda boğulmaq qismətim ola!..
1984-cü il
-------------------------------------------------------
Vətən
,
səslə oğlunu
t e a ?
QÜRBƏTDƏ BİR OVUC
VƏTƏN TORPAĞI
Ömürdən bahadı bir ovuç torpaq,
Sən onun qədrini biləndən soruş.
Taleyi qara yel, ürəyi yarpaq,
Torpaq, torpaq deyə öləndən soruş!
Bir torpaq hənirə yüz ayda-ildə
Əlləri uzalı qalanları an;
O, özü yad eldə, sözü yad eldə,
Gözü Vətən sarı dolanları an.
Hər günü çırpılar tut ağacıtək,
Hər anı qırılan bir sim kimidir.
Sərhəd göylərinə çəkilər ürək,
Qürbətdə qürubun rənginə bax bir!
Aylı gecələrdə
uzun ayları
Onların sinəsi sökülüb gedər.
Həsrət çaylarıdı Vətən çayları -
Onların gözündən tökülüb gedər.
Nə üzlü qonaqmış ahlar, amanlar!
Şəkərə dönübdür uzaq “yamanlar”,
O bizim dağlardan qalxan dumanlar
Onların başından çəkilib gedər.
Günü-güzəranı ətirsiz güldü,
Nə dərdi açıldı, nə üzü güldü.
Yeriyən kölgədi, bir ovuc küldü,
Dalınca izi də “əkilib” gedər.
Səyavuş S ərxa n lı
--------------------------------------------------------
Ana yox, bacı yox, qardaş yox barı,
Ovuda, kiridə bu ağrıları.
Vətəndən oxuyan duma qatarı,
Onların köyündən hönkürüb gedər.
Bu yerlər ögeydir, o göylər ögey,
Gözləri yaş tutar, ürəkləri ney,
Bir ovuc torpağı öpə-öpə hey,
Belləri vədəsiz bükülüb gedər...
Bu dərd
çəkilməzdi
doğmaya, yada,
Bu dərd öz içindən göyərib ağlar;
Sərhəddə hər şeyi yoxlasalar da,
Bir ovuc torpağı yoxlamayıblar!
O, sərhəd göyündən uçan buluddu,
Qanadı göydədi,
umudu yerdə,
O, ölümqabağı diri sükutdu -
Dünyası yurd olan düşüncələrdə.
Doğma el, doğma ev, doğma göz yaşı,
Doğma duz-çörəkdi bir ovuc torpaq!
Doğma yol, doğma toy, doğma başdaşı,
Doğma bir çıraqdı bir ovuc torpaq!
Bu torpaq vətəndi, vətən bu torpaq,
Açıldıq gül kimi gözünün üstə.
Bizdən gül üzünü çevirəndə baxt -
Öləndə düşürük köksünün üstə!
O, ilk beşik olar, son soraq olar,
Qəmli həqiqət var bu m ənzərədə -
___________________________________ _
Vətən, səslə oğlunu
Səyavuş S ərxa n lı----- -------------------------------------------------
Bükülü dəsmalda çilçıraq olar,
Torpaq işıq salar qürbətlərə də.
O elə yanar ki...bir də əkilməz,
Kim öpdü, gözünün üstünə qoydu?
Qürbətdə ölənin dərdi çəkilməz,
Vətəndə ölənin yası da toydu...
Niyə borc alırıq dərddən-düyündən,
Gör niyə havayı ağlamırıq biz -
Qəbri doğma yurda tapşıran gündən
V ətənə əbədi bağlanırıq biz!
Roma-Moskva,
1978-ci il
TƏNHA GƏMİ
Hara belə, tənha gəmi,
Hara belə, gecəyarı?
Qalxıb enir ağır-ağır,
N ə yorursan, nə yarırsan dalğalan?
Hardan belə?
Hara belə?
Dünyanın bu zülmət dəmi,
Gəmi əmi?!
Canın yoxmu, çəkin yoxmu,
Qorxun yoxmu, hürkün yoxmu,
İnsan deyilən yükün yoxmu? -
Aşıq-aşıq oynudu vaxt,
Cikin yoxmu, bökün yoxmu;
Ulduz yağmurunda çılpaq -
s ü s
?
Bir təsəki, börkün yoxmu?
O pərlərin niyə qızır,
O nurların niyə sarı?
Hara belə, tənha gəmi,
Hara belə, gecəyarı?
Krım-İstanbul arası,
Bakı-Təbriz ayparası...
Hara, a sinəm parası,
Hara, a gözüm qarası,
Məni açıb yedəyindən,
Hara belə, gecəyarı?
Səni gördüm atdım qəmi,
Meydana çək bu aləmi:
Qov başından qorxuları,
Qarğaları, darğaları,
Ürəklə yar dalğaları -
Uğur olsun, tənha gəmi,
Uğur olsun, gəmi əmi...
-------------------------------------------------------
Vətən, səslə oğlunu
Yalta, 1984-cü il
QILINC İŞIĞINDA
Xətai yuxuma gəlmişdi o gün -
Ellər yollar boyu şax dayanmışdı;
Xətai yuxuma gəldiyi üçün
Bu dünya bir az da işıqlanmışdı!
Gördüm... üzə gülən yaz havasıtək,
Sinədə ürəklər xətayiləşib,
Siz deyən, siz bilən saz havasıtək,
s ü s
?
Dostları ilə paylaş: |